http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr

Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]

Giriş

Axtarış

Dost saytlar

Mini chat

Sorğu
POLL$


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə axşamı, 2024-03-19, 13.26MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » Articles » Nərgiz Cəmilova

ECəmi yazıların sayı: 6
Göstərilən yazıların sayı: 1-6

Düzülüş: Tarix · Elan · Reytinq · Şərhlər · Baxış sayı
CƏLALƏDDİN RUMİNİN İLAHİ EŞQ FƏLSƏFƏSİ

Cəlaləddin Ruminin bütün yaradıcılığı İlahi eşqi tərənnüm etmək üstündə qurulub. O, sübüt etməyə çalışırdı ki, eşq insanın vücüduna xoş yüngüllük gətirən, onu göylərə yüksəldən qanaddır. Eşqin qarşısında uca dağlar əriyir, hərəkət etməyə başlayır, acı şey dadlı şeyə, kədər səfaya, torpaq qızıla, dərd-azar sağlamlığa, üzüntü sevincə, fəlakət uğura çevrilir. “Ölü qəlblər dirilir, kölələr ağa olur, dəmir yumşalır, daş əriyir.” Bir sözlə, eşq insanı bütün ehtiyaclardan azad edir. Mövlana deyirdi ki, sevgilisinin eşqini qəlbində saxlayıb hər şeyi unudan insan yer üzərindəki insanların ən xoşbəxtidir, mal və mülk sahibləri ona hörmət bəsləyirlər, insanlar ona görmək etməyə çalışırlar. Çünki eşq külün altındakı od kimi gizlidir.

Nərgiz Cəmilova | Baxış: 848 | Əlavə edən: nur_tanesi | Tarix: 2009-05-31 | Reytinq: 0.0/0 | Comments (1)

«Mö'min qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar, öz özlüyündə görünən (əl və üz) istisna olmaqla, zinətlərini (zinət yerləri boyun, boğaz, qol, ayaq, və s. naməhrəmə) göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin). Zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qardaşlarından, yaxud sahib olduqları cariyələrdən, yaxud kişiliyi qalmamış xidmətçilərdən, yaxud qadınların mərhəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər. Gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və bir-birinə) vurmasınlar. Ey mö'minlər! Yalnız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız» (Qur'ani Kərim, Nur surəsi 31-ci ayə). «Ya peyğəmbər! Zövcələrinə, qızlarına və mö'minlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan ayağa gizlədən) çarşablarını örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayan rəhm edəndir» (əzhab, 59).
Nərgiz Cəmilova | Baxış: 685 | Əlavə edən: nur_tanesi | Tarix: 2008-12-15 | Reytinq: 0.0/0 | Comments (2)

Insan həyatı boyu daima çətinliklərlə üzləşir. Və bəzən onlara tab gətirmir və psixoloji pozğunluqlar: stres, depressiya yaşayır, hətta intihara belə təşəbbüs göstərir. Dinlərdə intihar qadağa qoyulmuş və intihar edənin AXİRƏTdə davamlı əzab görəcəyini bildirmişdir. Peyğəmbər əfəndimiz (s.a.s) belə buyurmuşdur:
“ Kim ki, özünü bir dəmir parçası ilə öldürərsə Cəhənnəmdə o dəmir parçası yenə onun əlində olub onu davamlı olaraq qarnina soxacaq. Kim ki zəhər içərək intihar edərsə o kimsə, Cəhənnəmdə davamlı zəhər içəcəkdir. Kim ki, özünü yüksək bir yerdən atıb intihar edərsə Cəhənnəmdə də həmişə yüsəklərdən aşağılara atılacaqdır.”
Əlbəttə insanlar belə çətin anlarda ALLAHa üz tutmalı, ondan yardım istəməlidirlər. İnsanın ALLAHla əlaqəsi müxtəlif cür ola bilər. NAMAZ, DUA buna misaldır.
Nərgiz Cəmilova | Baxış: 1119 | Əlavə edən: nur_tanesi | Tarix: 2008-12-15 | Reytinq: 5.0/2 | Comments (5)

Peyğəmbər Əfəndimiz (s.a.s) bir hədisində belə buyurmuşdur:
“Zina edən, bu işi görərkən imanlı deyildir. Oğru, oğurlarkən imanlı deyildir, içki içən də içərkən imanlı deyildir”
Dinimizdə əxlaq, iman və ibadəti kəsgin cizgilərlə ayırmaq mümkün deyil. Əxlaq da insanın davranışıdır və yalnız insanın özünü deyil, bütün ətrarfdakıları da maraqlandırır. Əxlaq QURAN-İ KƏRİMdə və hədislərdə bir çox yerdə işlənmiş, gözəl əxlaq təriflənmiş, əxlaqsızlığın hər növündən insanlar çəkindirilmişdir. Hz. Peyğəmbərimizin (s.a.s) əxlaqı Müqəddəs Kitabımızda surələrdən birində belə verilmişdir.
“ Və SƏN həqiqətəndə böyük əxlaq abidəsisən”
Nərgiz Cəmilova | Baxış: 755 | Əlavə edən: nur_tanesi | Tarix: 2008-12-14 | Reytinq: 5.0/1 | Comments (2)

Ziqmund Freydin Şəxsiyyət haqqında nəzəriyyəsi.
Ziqmund Freyd mənşəcə yəhudi olsada 1856 ildə mayın 6da Avstraliyada anadan olmuşdur. Freydin ailəsi kifayət qədər imkanlı olmasa belə onun valideynləri freydin təhsilinə uşaqlıq illərindən etibarən xüsusi təhsil vermişlər. Bu isə təsadüfü deil. Freydin istedadlı uşaq olması valideynlərinin diqqətini cəlb etmiş və onlar Freydin böyük alim kimi yetişməsində əhəmiyyətli rol oynamışlar.
Freyd gənc oglan olarkən cəmiyyətdə yəhudilərə qarşı genosid müvcud idi. Buna görə də yəhudilər yüksək vəzifələr tuta bilmirdilər. Freyd isə böyük arzularla yaşayırdı. Lakin o tezliklə anladı ki, yalnız 3 sənətdən birini seçə bilər: ya tacir, ya vəkil, ya da həkim ola bilərdi.
Freyd həkimliyi seçdi. Freydin könülsüz olaraq başladığı koreyera çox uğurla nəticələndi. O, dünyanın ən güclü psixologuna çevrildi. XX ci əsrin əvvəllərində dünya psixologiya elmində inqilab etdi.
Öz dövründə freydi qəbul etməsələrdə sonralar dünya psixoloqları onun əsərlərindən faydalanaraq sanballı nəzəriyyələr yaratdılar.
Freyd orta məktəbi bitirdikdən sonra Vyana üniversitetində tibb fakültəsinə daxil oldu. Tibbi təhsil aldıqdan sonra Freyd tələbə dostu Bleyerin işlədiyi Şarkonun klinikaslna getdi. Onu belə bir sual narahat edirdi:
Nə üçün insanlar ömrünün yaradıcı vaxtında ruhi xəstəliyə düçar olur?
Nərgiz Cəmilova | Baxış: 1170 | Müəllif: Nergiz | Əlavə edən: nur_tanesi | Tarix: 2008-12-14 | Reytinq: 5.0/1 | Comments (3)

DİNİ ŞÜUR HAQQINDA

Bu tezis ilə konfransda çıxış etmişdim. Və bu sadəcə o mövzudan bir parçadır. Sizinlə paylaşmaq istədim. İnşallah xoşunuza gələr və və ardınıda sevinərək sizinlə paylaşaram.Şüurun mühüm növlərində biri də DİNİ ŞÜURDUR. Dini psixologiya XIX cu əsrdən etibarən müstəqil sahə kimi araşdırılmağa başlandı. Son illərdə istər Amerika, istərsə də Avropada dini psixologiya sürətlə ön plana çıxmaqdadır. Psixoloqlar belə hesab edirlərki, dini şüurun əsas xüsusiyyəti ondan ibarətdir ki, bu şüur səviyyəsində insanlar (dindarlar) qeyri-real, fövqəladə ideyalara inanır.

Nərgiz Cəmilova | Baxış: 911 | Müəllif: nur_tanesi | Əlavə edən: nur_tanesi | Tarix: 2008-12-14 | Reytinq: 5.0/3 | Comments (4)


Copyright MyCorp © 2024