http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-04-20, 15.51MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Nərgiz Cəmilova

HİCAB QADININ GÖZƏLLİYİDİR!!!
«Mö'min qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar, öz özlüyündə görünən (əl və üz) istisna olmaqla, zinətlərini (zinət yerləri boyun, boğaz, qol, ayaq, və s. naməhrəmə) göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin). Zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qardaşlarından, yaxud sahib olduqları cariyələrdən, yaxud kişiliyi qalmamış xidmətçilərdən, yaxud qadınların mərhəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər. Gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və bir-birinə) vurmasınlar. Ey mö'minlər! Yalnız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız» (Qur'ani Kərim, Nur surəsi 31-ci ayə). «Ya peyğəmbər! Zövcələrinə, qızlarına və mö'minlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan ayağa gizlədən) çarşablarını örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayan rəhm edəndir» (əzhab, 59).
Artıq bu ayələr sübut edir ki, islamda olan hər bir müsəlman qadın bu ayələrə tabe olub, öz üst geyimindən əlavə başına hicab örtməlidir. (Hicab örtünmək deməkdir) Çünki, Allah təala Peyğəmbərin zövcələrinə, qızlarına və mö'minlərin qadınlarına özlərini yad nəzər və naməhrəmdən qorumaq üçün hicab örtmələrini əmr edir. Bu əmr kafir qadınlara aid deyil. Bizim onların işlərinə qarışmağa haqqımız yoxdur. Hicab (örtünmə) bir ibadətdir. Çünki, bunda Allah təalanın əmrini yerinə yetirmək var. Deməli, örtünmə müsəlman bir qadına namaz, oruc kimi vacib əməldir. Demək, hər hansı bir müsəlman qadın Allah təalanın əmrini yerinə yetirmirsə, artıq o qadın mürtəd olur, yə'ni dindən çıxmış sayılır. Lakin bir müsəlman qadın bunları inkar etmir, lakin pozğun cəmiyyətlərə qoşulub onların yolu ilə gedirsə bu qadın mürtəd deyil. Allaha qarşı asilik etmiş olur ki, bu hərəkəti ilə də Qur'ani Kərimin ayələrinə qarşı müxalifət etmiş olur. Bu cür qadınlar üçün Allah təala Əzhab surəsinin 33-cü ayəsində belə deyir: «Evlərinizdə qərar tutun. Iakin cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi, yad kişilərə göstərməyin). Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin».
Müsəlman olmayan qadının cəmiyyəti pozacaq şəkildə ortalıqda gəzməsi də düzgün deyil. Çünki, elə ictimai ədəblər var ki, bunlara müvafiq əməl etmək hər bir insan üçün vacibdir. Cəmiyyəti bu cür ədəbsizliklərdən qorumaq həm müsəlmanların, həm də qeyri-müsəlmanların borcudur. Bu cür ictimai ədəblər İslamın şəriət siyasətidir ki, bunları hər bir müsəlman ölkəsində tətbiq etməklazımdır. Müsəlmanların daha başqa bir borcu da 10 yaşına girən qız uşaqlarının başlarını örtməyə alışdırmaqdır. Bu da tərbiyə baxımından gərəklidir. Çünki, namazda da belədir. Əmr bin Şueyb (r.a.) Rəsulullahdan (s.ə.s) belə rəvayət etmişdir: «Artıq hər valideynə vacib oldu ki, oğlan və qız uşaqlarını 7 yaşında namazı öyrətsinlər. 10 yaşa çatdıqda isə əgər itaət etməzlərsə onları buna məcbur etsinlər». (Buxari, imam Əhməd, əbu Davud. Hədis səhihdir)
Yazar: Nərgiz Cəmilova | Əlavə edən: nur_tanesi (2008-12-15)
Baxış sayı: 689 | Şərhlər: 2 | Reytinq: 0.0/0
Cəmi Şərh: 2
2013-09-20
2. Cabir [Giriş ]

Sənə də necə yaraşar..

2009-01-29
1. ....... (Nurul_Eyn) [Giriş ]

Nerciz bacim menim cox sag ol.Sen bir denesen kiss


Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!