http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2024-04-26, 20.36MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Nərgiz Cəmilova

İMAN

Iman bizə gərəkdir, zorla qəbul etdirilməz. Zatən ağıllı, dərrakəli, məntiqi olan hər bir yetkin anlar ki, ALLAHın bizə buyurduqları, əmr ettikləri bizim ruhumuzun mənəvi qidasıdır. Və O nə əmr edirsə öz yaratdığı bəndələrinin xeyrinə edir. Bir düşünün Ana öz balasına necə pislik edər? ALLAH da bizi yaradib, və öz övladına pislik düşünməz. Sadəcə bunu anlamalıyıqki insan pis, yaxşı, necə günlər keçirirsə bu sadəcə insanın məsuliyyəti altındadır. Yəni kim nə edir onu da tapır. Bir ayəyə diqqət yetirək:
“Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır “ ( HUCURƏT 49/7)
Küfrdən qaçınmaq, günahdan uzaq durmaq bizə zərərlidirmi?
Burada imanın həyatı dəyərlərini qısaca belə dəmək olar, beləki insan nə qədər imanlı olarsa :
o qədər də konfiliktlərdən və davalardan uzaq olar,Allah qatında yüksəlmək üçün insana cəsarət və canlılıq verər, beləiklə həyatda mübarizə aparmaqdan həzz alır,insanı pis yoldan, riyakərlıqdan,cinayətlərdən uzaqlaşdırar,hər hansı çətinliklə üzləşdikdə Allaha sığınaraq, ümid itirməz,insanı “ruhi xəstəliklər”dən qoruyar, əbədi Cəhənnəm əzabında qurtarar, insana varlığın mənasını və hikmətini göstərər, Və insanı əbədi yox olma düşüncəsindən qurtarar.
Iman qəlbdə bir Cənnət toxumu, imansızlıq da mənəvi bir Cəhənnəm toxumudur. Cəsarətin qaynağı da imandır. Imanlı bir insan, kainata hökm edə bilər və hər cür yersiz qorxulardan uzaq olar.
Islam dini, toplum həyatını dərindən sarsan, fərdi və ictimai problemlərə yol açan zərərli alışqanlıqları açıqca pisləmişdir. Bu mövzuda bir çox ayət və hədislərdən misal gətirə bilərik.
“Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı?” (Maidə 5/90-91)

Peyğəmbər Əfəndimiz (s.a.s) bir hədisində belə buyurmuşdur:
“Zina edən, bu işi görərkən imanlı deyildir. Oğru, oğurlarkən imanlı deyildir, içki içən də içərkən imanlı deyildir” Dinimizdə əxlaq, iman və ibadəti kəsgin cizgilərlə ayırmaq mümkün deyil. Əxlaq da insanın davranışıdır və yalnız insanın özünü deyil, bütün ətrarfdakıları da maraqlandırır. Əxlaq QURAN-İ KƏRİMdə və hədislərdə bir çox yerdə işlənmiş, gözəl əxlaq təriflənmiş, əxlaqsızlığın hər növündən insanlar çəkindirilmişdir. Hz. Peyğəmbərimizin (s.a.s) əxlaqı Müqəddəs Kitabımızda surələrdən birində belə verilmişdir.
“ Və SƏN həqiqətəndə böyük əxlaq abidəsisən” Din, toplumda görülən əxlaqsızlıq və günah etməyi əngəlləyəcək ən önəmli faktorlar arasında başda gəlir. Gənclər, özüləri üstündə aparılan tədqiqatlarda, dinin ruhlarına rahatlıq verdiyini, özünə güvən duyğusunun möhkəmləndiyini, dinlərini itirdiklərində hər şeylərini itirəcəklərini söyləmişlər.

Yazar: Nərgiz Cəmilova | Əlavə edən: nur_tanesi (2008-12-14)
Baxış sayı: 761 | Şərhlər: 2 | Reytinq: 5.0/1
Cəmi Şərh: 2
2008-12-15
2. ferid huseyn (ferid55) [Giriş ]

İMAN SÖNMƏZ BİR NURDUR Kİ.....

2008-12-15
1. xancan (admin) [Giriş ]

təşəkkürlər nu səninlə biz şaha qalxacıq..


Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!