http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə axşamı, 2024-04-23, 16.32MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Nərgiz Cəmilova

CƏLALƏDDİN RUMİNİN İLAHİ EŞQ FƏLSƏFƏSİ
CƏLALƏDDİN RUMİNİN İLAHİ EŞQ FƏLSƏFƏSİ

Cəlaləddin Ruminin bütün yaradıcılığı İlahi eşqi tərənnüm etmək üstündə qurulub. O, sübüt etməyə çalışırdı ki, eşq insanın vücüduna xoş yüngüllük gətirən, onu göylərə yüksəldən qanaddır. Eşqin qarşısında uca dağlar əriyir, hərəkət etməyə başlayır, acı şey dadlı şeyə, kədər səfaya, torpaq qızıla, dərd-azar sağlamlığa, üzüntü sevincə, fəlakət uğura çevrilir. “Ölü qəlblər dirilir, kölələr ağa olur, dəmir yumşalır, daş əriyir.” Bir sözlə, eşq insanı bütün ehtiyaclardan azad edir. Mövlana deyirdi ki, sevgilisinin eşqini qəlbində saxlayıb hər şeyi unudan insan yer üzərindəki insanların ən xoşbəxtidir, mal və mülk sahibləri ona hörmət bəsləyirlər, insanlar ona görmək etməyə çalışırlar. Çünki eşq külün altındakı od kimi gizlidir.
Mövlana yazırdı ki, mal və mülkləri ilə maddi varlığa qul olanları Tanrının ixtiyarına buraxırıq. Bizim onlar ilə heç bir əlaqəmiz yoxdur, çünki biz ucsuz bucaqsız bir eşq səltənətinin qullayırıq. Başqa təbii xəstəliklərə tutulandan eşq xəstəsinin fərqi ondan ibarətdirki, hər xəstə tutulduğu xəstəlikdən qurtarmağa çalışır, eşq xəstəliyinə tutulan isə bütün başqa xəstəlikdən xilas olduğunu başa düşdüyü üçün bu xəstəliyə tutulmağından çox məmnundur. Çünki o artıq tamamilə sağlamlığa qovuşmuşdur. “Alladın eşqi istər ruhda, istərsə gözdə olsun, həmişə qönçə kimi daha tər və təzə olaraq qalır”, o heçvaxt solmur. Aşiq bu yollasonsuz həqiqətə çatır.
Rumi göstərirdi ki, eşq yolunda ölən şəhidin canı ən təmiz axar sudan daha safdır. Eşq əhlinə ümumi qayda-qanunlar tətbiq edilə bilməz. Bunula əlaqədar Mövlana belə bir atalar misalı gətirir. “Xaraba şəhərə vergi qoyulmaz.” Yəni aşıqin qəlbi viranəyə çevrilib. Maddi dünyada insan sıxılır, əzab çəkir, hər bir çətinliklə qarşılaşır. Mövlana deyirdiki, həyat azğınlaşmış, coşub daşan dənizə bənzəyir. Insan bu dənizdə boğulub məhv olmaz istəmirsə, eşq və iman gəmisinə sığınmalıdır. Çünki həyat dənizində üzməyi yaxşı bacaran adam da bata bilər, eşq və iman dənizində isə batan olmur. Bunula yanaşı Mövlana xəbərdarlıq edirdi ki, sevən kifayət qədər var, yalnız heçkimdə olmayan xüsusi keyfiyyətlərə malik olanlara nəsib olur. Fəqət bütün insanların eşqdən nəsib alması, ondan bəhrələnməsi mümkündür. Heç bir maddi sərvət eşqin “şövq və ləzzətini” dəyişdirə bilməz.
Rumi sübut edirdi ki, əbədi olan eşq yalnız əbədi olan bir varlığa yönəlməlidir. Ölümsüz bir həyat haqqına sahib olan, hər varlığa can verən eşq ölümlü, sonlu bir şeyə yönələndə həm gözəlliyini, həm də mənasını itirir. “eşq heçkimə ehtiyacı olmayan ALLAHın sifətlərindəndir. Ondan başqasına aşıq olmaq keçici bir haldır. Çünki məcazi eşq qızılla bəzənmiş bir gözəllikdir. Görünüşü nurdur, fəqət içi dumandır. Nur çəkiləndə duman meydana çıxır və məcazi eşq dərhal sorulur, donur”. Ilahi eşqin isə sonu yoxdur, əbədidir. Maddi dünyanın isə həm əvvəli həm axırı var. Eşq heçvaxt ölməyən, həyatının sonu olmayan bir şəxsin xüsusiyyətidir.
Eşq göydən gəlir, onu qəbul et. Mövlanaya görə qeybdən gönlünə nə gəlirsə onu xoş qarşıla, çünki qeybdən gələn ALLAHdandır. O demişdir : “ ... sevilən kimsə gözəldir. Bunun əksi ola bilməz. Yəni hər gözəllik sevilməz, hər gözəlin sevilməsi lazım deyil. Gözəllik sevilənin, sevimliliyinin bir hissəsidir. Sevimli olmaq eşqdir. Bu olunca, əlbəttdə, gözəllikdə olur. Bir şeyin hissəsi (cüzi) ümumidən (küllüdən) ayrı ola bilməz və hər zaman cüz külli ilə bərabər mövcud olur. Məcnunun zamanında da gözəllər vardı və onlar Leyladanda gözəl idi. Ancaq Məcnun onları sevməmişdir.” Aşiq üçün sevdiyi gözəldir. Eşq coşub daşan vaxt ən gözəl şeylər də aşiqə çirkin görsənir. Mövlana inamla deyirdi : “eşqin qısqanclığı zümrüdü belə insanın gözünə göy soğan kimi dəyərsiz göstərir. Lailahə İlləllah sözünün mənası budur. “ yəni “ALLAHdan başqa sevimli gözəl yoxdur” deməklə bərabər, sufilər həmdə təsdiq edirdilərki, Allahdan başqa sevimli gözəl yoxdur. Sevimlini görmək heç də lazım deyil, istərsən də görə bilməzsən, bu sənin imkanından xaricdir. “İnsan hər zaman görmədiyi və eşitmədiyi, düşünmədiyi bir şeyə aşiqdır. Gecə gündüz onu arar və istər. Mən görmədiyim kimsənin quluyam. Insan gördüyü və anladığı şeydən sıxılır, usanır və qaçır”. Mövlana inanırdı ki, insanın hiss üzvləri vasitəsilə bir başqa əlaqədə olduğu, hətta dərk etdiyi şeylər inu gec tez yorur, maraqsız olur. Insan tədricən onlara biganə olur, bəzən onlardan qaçır. əlçatmaz gözəl isə həmişə onu cəlb edir, qəlbini nur ilə doldurur. Nəhayət özünə qovuşdurub, əbədiləşdirir. Yalnız bu halda aşiq sirləri anlayır. “sevimli sevgilisi ilə bərabər oldumu yüz minlərlə sirr açılır.”
Mövlana görə eşqin ən qəddar düşməni şeytandır. O dünyaya aşiq olsuğu üçün kordur, şikəstdir. Bir eşqi başqa bir eşq aradan götürür və unutdurur. Maddi dünyaya aşiq olanlar ALLAHı, ilahi eşqə tutulanlar maddi dünyanı unudurlar. Ilahi eşq məkana sığışmır. Onun beş yüz qanadı var. Hər qanadı göydən yerin altına qədər bütüb kainatı örtür. Mövlana deyirdi ki böyüklüyünə, gücünə, qedrətinə görə heç nəyi eşq ilə müqayisə etmək olmaz, dünya ona baş əyir. “Eşq olmasaydı haradan cansız bir şey bitkiyə daxil olur, orada da ölür, böyüyüb yetişən bitkilər nə üçün özlərini canlılara fəda edirlər uh necə olur ki, o nəfsə fəda olur, onun əsməsindən Məryəm hamilə olur?”
Eşqin asan bir məşğuliyyət olduğunu deyənlərə cavab verən Mövlana şerlərinin birində söyləyirki kim eşqin asan olduğunu sanırsa bircə dəfə mənə baxsın və mənim halımın nə qədər qorxunc olduğunu başa düşsün. Ancaq bu kənardan baxanda belə görünür. əslində mənim vəziyyətim qibtə olunasıdır. əgər namaz və ibadət gündə beş dəfə icra olunursa aşiqlər daim namazdadır. Onlar bundan usanmırlar, əksinə məmnuniyyətlə yerinə yetirirlər. Çox adamlar xəzinəyə sahib olmağı arzu edirlər. Biz isə məşəqqət gətirən eşqi istəyirik.
Əgər kim sevmirsə, Mövlanaya görə, onun ruhu yatır, heç nədən xəbəri yoxdur. Bu mövzu ilə əlaqədar onun “Eşq yolu yetmiş iki millətdən kənardır” adlı qəzəlini daha münasib hesab etdiyimiz üçün nəsrlə tərcüməsini bütövlükdə veririk:
“ Madam ki, eşqin yoxdur, sənə yatmaq yaraşır, get uyu. Onun eşqi və qəmi bizim nəsibimizdir. Sevgilimizin qəm günəşindən biz zərrə zərrə olduq. Sənin ciyərində belə bir həvəs oyanmayıbsa , uyu.
Biz yarın vüsalını arayaraq su kimi axırıq, səndə isə yar hardadır düşüncəsi yoxdur, uyu.
Eşq yolu yetmiş iki millətin kənarındadır. Madam ki, sənin eşqin və məzhəbin büdpərəslikdir, uyu.
Biz madam ki, misi əridirik, sən bunu kimyadan istəyirsən. Sənin üçün madam ki, yataq, yastıq kimyadır, uyu.
Biz eşqin əlinə keçdik, görək o bizə nə edəcək? Sən ki, öz əlindəsən, odur ki, sənin üçün yatmaq məsləhətdir, uyu.
Hərf paltarını cırdım, sözü atdım. Sən isə çılpaq deyilsən, bəzəkli paltarın var, uyu!”
Beləliklə, kim maddi dünyaya bağlıdırsa, öz mənliyini qoruyub saxlayırsa, o sevə bilməz, həmişə yuxudadır.Mövlana ALLAH sevgisi ilə fəxr edir, onu özünün baş ucalığı hesab edirdi.
Bunları belə konkretləşdirək :
“CANI SƏN ALDIQDAN SONRA ÖLMƏK ŞƏKƏR KİMİ DADLI, SƏNİNLƏ OLDUQDAN SONRA ÖLÜM CANDAN DAHA DADLI”

Yazar: Nərgiz Cəmilova | Əlavə edən: nur_tanesi (2009-05-31)
Baxış sayı: 855 | Şərhlər: 2 | Reytinq: 0.0/0
Cəmi Şərh: 1
2013-09-20
1. Cabir [Giriş ]

Ürəyinə sağlıq..


Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!