http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr

Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]

Giriş

Axtarış

Dost saytlar

Mini chat

Sorğu
POLL$


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə axşamı, 2024-03-19, 07.43MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » Articles » Həmidə Muxtarzadə

ECəmi yazıların sayı: 6
Göstərilən yazıların sayı: 1-6

Düzülüş: Tarix · Elan · Reytinq · Şərhlər · Baxış sayı
http://www.resimevim.com/data/media/18/Siyah_Beyaz_Istanbul_by_SHARBONE.jpgDənizim ... Yenə gəldim ...
Yenə həyat dalğaları məni itələyə-itələyə yanına gətirdi ...Artıq inandım bu dünyadakı son ünvanımın sən olduğuna ...
Hər gəlişimdə - bəlkə də bu sondu – deyişimi xatırlayıram ...
Amma,kim bilir ...bəlkə də bu sondu ...Bəlkə də,bu sözümü xatırlamayacam bir də ...Bəlkə bu dəfə qucaqlaya bildim səni ...Bəlkə bu dəfə öpə bildim yanaqlarınnan ...
Ehh ...dənizim mənim ...
İndi elə bil,bu dünyada başqa heç kim yoxdu ...Bir tək sən və mən ...telefonumda da Yorğun Dərviş sənnən oxuyur...O da mənim kimi – bir az yorğun,bir az kövrək ...bəlkə də bir az çarəsiz...
Həmidə Muxtarzadə | Baxış: 696 | Müəllif: Həmidə | Əlavə edən: İmagin | Tarix: 2009-02-05 | Reytinq: 5.0/1 | Comments (6)

O mənəm ...
Zülmətin işığı oldum bir zamanlar ...
Qırmızı,parlaq,işıq.
İndisə sadəcə kolgəyəm ...
Korların görə biləcəyi kölgə ...
Saxtayam ...
Gözlərimdəki parıltı da yalandı ...
Mən də yalanam ...
Həmidə Muxtarzadə | Baxış: 709 | Əlavə edən: İmagin | Tarix: 2009-01-24 | Reytinq: 4.3/3 | Comments (2)

Həyatımı dondurmuşdum bir neçə müddətlik.Bəlkə sadəcə mən elə düşünmüşdüm.Dur demişdim guya ... əsən küləyə də,axan suya da,saatın əqrəblərinə də dur demişdim ... Getmiyəcəkdilər,tərk eləmiyəcəkdilər ...Zaman duracaqdı ...
Sonra qaldığım yerdən davam eliyəcəkdim həyata ...
İndi o müddət bitib.Bu gün kitab-dəftərlərimi səliqəyə salırdım,bir neçə həftəlik sağollaşacaqdım onlarla.Məəttəl qaldım,nə qədər qeydlərim varmış ... Demək olar ki hər səhifədə,nəysə var ...yazacağım mövzular,məni düşündürən açar kəlimələr ...Artıq heç nəyi açmağa qadir olmayan açar kəlimələr ...
İnsanın hisslərdən qorxmasınnan,texnikanın qəddarlığınnan,içində bircə palma olan adada yaşamaq istəyimnən,yalannan,ölməkdən,getmə deyə bilməməkdən yazacaqdım ...
Bəs niyə yazmıram ? Niyə qaldığım yerdən başlıya bilmirəm ?...
Həmidə Muxtarzadə | Baxış: 811 | Əlavə edən: İmagin | Tarix: 2009-01-24 | Reytinq: 4.3/3 | Comments (2)

19 ilimi geridə qoydum,19 payız yaşadım.Bu 19 ilde çox şeyler gördüm,çox səhnələrə şahid oldum.
Öncə doğuldum.Xöşbext idik oralarda.Torpağım menim,qoruyurdu bizi.Amma biz onu qoruya bilmədik.Müharibə ...
Mən tankların kölgəsində böyüdüm.Evimizin pəncərəsindən baxanda 2 nömrəli batalyonun həyəti gorünürdü.Dayım da əsgər idi.Hərdən bizə gəlirdi.Oyuncaq almırdı mənə.Nə gətirirdi bilirsiz?Heç təsəvvürünüzə də gəlməz.Dayım hər dəfə bizə gələndə mənə bir xeyli güllə gətirirdi.Hə,güllə.Amma işlenmiş,boş.Ən sevimli oyuncağım idi güllələr.Onlarla oynayırdım.
Həmidə Muxtarzadə | Baxış: 757 | Əlavə edən: İmagin | Tarix: 2009-01-02 | Reytinq: 5.0/2 | Comments (0)

Uçurum.
Ürəyinin səsini eşidirdi.Hər addım onu daha da yaxınlaşdırırdı sona.Bir addım daha ...Sonun başlanğıcındaydı artıq.Niyəsə ona elə gəlirdi ki,bu son özü bir başlanğıcdı.Uçmaq istiyirdi ... sadəcə uçmaq ...
Uçurumun kənarında xəfif rüzgar üzünü,saçlarını tumarlıyırdı.Bu nəvaziş ona o qədər yad idi ki.Saçına çəkilən son sığalı belə unutmuşdu.P.S:Mən inanmıram ki,1 dəqiqə,versin 61 saniyə.Və o əlavə 1saniyədə,qışqırım ... TÖVBƏ ...
Həmidə Muxtarzadə | Baxış: 670 | Əlavə edən: İmagin | Tarix: 2009-01-01 | Reytinq: 5.0/1 | Comments (1)

Doğma klaviatura ... və başladıq.
Hesabat vaxtıdı.
Həyat,bu günə kimi ən yaxşı müəllimim oldu.Bildiklərini simiclik göstərmədən öyrətdi mənə.Öyrəndiyim ilk qayda:
-- yalanların,fırıldaqların,səhvlərin,günahların sonu yoxdu bu dünyada.
Hər dəfə ,göz yaşları içində bir daha aldanmayacam dediyim günləri xatırladım niyəsə.Necə də sadəlövmüşəm bir zamanlar.
Sonra inandığım,sevdiyim insanların necə tərk etdiklərini xatırladım.
Gün oldu dost sandığım insanlar da çəkdi getdi.Geriyə belə dönüb baxmadılar.
Onda böyük sevgilərin olmadığını anladım.Bir daha sevmərəm sanırdım,amma yenə yanıldım.
Həmidə Muxtarzadə | Baxış: 766 | Müəllif: imagin | Əlavə edən: İmagin | Tarix: 2008-12-12 | Reytinq: 3.0/2 | Comments (4)


Copyright MyCorp © 2024