http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-04-27, 01.50MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Nərgiz Cəmilova

DİNİ ŞÜUR HAQQINDA
DİNİ ŞÜUR HAQQINDA

Bu tezis ilə konfransda çıxış etmişdim. Və bu sadəcə o mövzudan bir parçadır. Sizinlə paylaşmaq istədim. İnşallah xoşunuza gələr və və ardınıda sevinərək sizinlə paylaşaram.

Şüurun mühüm növlərində biri də DİNİ ŞÜURDUR. Dini psixologiya XIX cu əsrdən etibarən müstəqil sahə kimi araşdırılmağa başlandı. Son illərdə istər Amerika, istərsə də Avropada dini psixologiya sürətlə ön plana çıxmaqdadır. Psixoloqlar belə hesab edirlərki, dini şüurun əsas xüsusiyyəti ondan ibarətdir ki, bu şüur səviyyəsində insanlar (dindarlar) qeyri-real, fövqəladə ideyalara inanır.
Din psixologiyasının əsas mövzusu dinsəl yaşayışın insana necə təsir etməsidir. Belə ki, insanda nə qədər sağlam dini şüur formalaşıbsa, o qədər də həyatın zorluqlarından keçməkdə çətinlik çəkməyəcək.
Bunu bir çox şeyə əsaslanıb demək olar. Belə ki, bəzi psixoloji rahatsızlıqların səbəbləri olaraq bunları deyə bilərik :
~ Ruhun ehtiyaclarının ödənilməməsi;
~ İnancın itirilməsi və ya sarsılması;
~ Həyat problemlərinə qarşı çarəsiz qalma;
~ İnsanın bütün rahatını, dincini itirib, qorxunc, qaramsar bir halda yaşaması , və s. Bu kimi hallar insanı psixoloji rahatsızlıqlara düçar edir.

Amerikalı psixiyatr HENRİ LİNK demişdir ki, psixoloji xəstəliklərin əsas səbəbi imansızlıqdır. O “Dinə Dönüş” əsərində özünün imana döndüyünü və xəstələrinə də imanlı olmaqlarını tövsiyyə etdiyini yazmışdır. Link, “Necə ki ilk dəfə elm məni dindən uzaqlaşdırdı, sonrada yenə elm məni təkrar dinə yönəltdi”. Eyni zamanda dinin psixoloji baxımdan insana gətirəcəyi faydaları izah edərkən də bunları dedi :
“ Bunu ifadə etmək istərəm ki, önəmli olan, mənim toplumdan bir fərd olaraq dinə dönməyim deyil. Əsas önəmli xüsusiyyət, psixologiya elminin belə bir dönüşün səbəbini kəşf etmiş olmasıdır. Bir çox elmlər insanlara bir çox dəyərlər qazandıra bilər. Ancaq, fərd ve topluqda iç hüzuru gətirən, xəstəyə sağalmaq ümidi verib onu rahatladan, ailələrin qəlblərinə damla damla xoşbəxtlik işıqları yağdıran yeganə ünsür, İMANDIR.”
Bir alman filosofu olan Leibniz də, “ Ruhi sıxıntıyı və ya tədirginliyi yox etmək üçün, insan ağıl yoluyla ALLAHA inanmalıdır. Çünki bu sıxıntı, ən birinci şübhədən doğar, şübhə də qəbin parçalanmasına səbəb olur.” deyir.
Bir insanın ALLAHa sağlam bir inancı olursa, müxtəlif inancların və ideyaların beynini yormasına imkan verməz. Beləliklə, insan o yorğunluqdan doğan gərginlikdən qurtulmuş olar. Elə insanlar vardırki onlar hansı dinə iman edəcəkləri barəsində qorxuya düşərlər, hətta stresə də düşərlər. Psixoloqlar belə insanlarla işləyərkən çox asta olurlar. Daha çox onlara güclü bir inanca sahib olmanın gərəkli olduğunu anlatırlar. Yenə, imanlı insanların həyatlarında imanın əsas ünsür olduğu üçün onlar “ruhi xəstəliklərə” də düçar olmazlar.
Filosof Aleks Karrel də, bu mövzuda bunları qeyd edər: “Bugün əgər biz dəhşətli böhran içərisində isək, bunun tək və ən önəmli səbəbi, müasir toplumun maddı dəyərlərə çox düşkün olması və mənəvi problemləri arxa plana atmasıdır. Maddi həyata düşkünlük insanlığa səadət gətirməyi bir yana, həyatın xarab olmasının belə qarşını alabilməmişdir. Çünki gerçək imanın itməsi, insanı qorxunc bir mənəvi uçuruma sürükləmişdir. ”
Bütün Müsəlmanların dini, İSLAM dini, iman edənlərə yaxşılıq etməklərini və pislikdən də uzaq durmalarını əmr edər. Bunu bu ayədə açıq görə bilərik:
“Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır” (ƏL-BƏQƏRƏ 2/177)
Yazar: Nərgiz Cəmilova | Əlavə edən: nur_tanesi (2008-12-14) | Müəllif: nur_tanesi
Baxış sayı: 914 | Şərhlər: 4 | Reytinq: 5.0/3
Cəmi Şərh: 4
2009-08-04
4. Nergiz (nur_tanesi) [Giriş ]

oxudugun ucun cox sagol Mehriban, deyerli vaxtindan geti senin yazilarina catmaz amma smile

2009-07-30
3. mehriban-p (mehriban-p) [Giriş ]

"Bir alman filosofu olan Leibniz də, “ Ruhi sıxıntıyı və ya tədirginliyi yox etmək üçün, insan ağıl yoluyla ALLAHA inanmalıdır. Çünki bu sıxıntı, ən birinci şübhədən doğar, şübhə də qəbin parçalanmasına səbəb olur.” deyir. "

bu fikir xoşuma gəldi


2009-07-30
2. mehriban-p (mehriban-p) [Giriş ]

Nur, etiraf edirəm ki, yazılarını əvvəl oxumamışdım, son günlərdə print edib rahat vaxtda oxudum, çünki kompdan rahat oxuya bilmirəm.
çox bəyəndim yazılarını, bilmədiyim şeylər vardı, onları oyrendim, bunu üçün təşəkkür edirəm

2008-12-14
1. xancan (admin) [Giriş ]

Din əvvələr sadəcə din olaraq təbliğ edilirdisə
artıq gənc yetişən nəsil dini hər branşta təblig edir
yazar yazisinda müəllim dərstə psixolloq öz araşdırmalarında doktor tibbdə:P
yəni hərə öz sahəsi ilə dinimiz arasındakl əlaqəni prtaya qoysa bu inqilab olar və hamı bizim tərəfə keçər
nur tanemizdə buna uyğun olaraq öz sahəsiylə din arasındakı bağlantını göstərib öz azısında əlada alınıb
təbriklər..


Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!