|
Cəmi online: 1 Qonaq: 1 İstifadəçi: 0
|
|
Çərşənbə, 2025-02-05, 16.45 | |
|
Qeribler.com |
Welcome Qonaq | RSS |
ECəmi yazıların sayı: 6 Göstərilən yazıların sayı: 1-6 |
|
Düzülüş:
Tarix ·
Elan ·
Reytinq ·
Şərhlər ·
Baxış sayı
Dənizim ... Yenə gəldim ...
Yenə həyat dalğaları məni itələyə-itələyə yanına gətirdi ...Artıq inandım bu dünyadakı son ünvanımın sən olduğuna ...
Hər gəlişimdə - bəlkə də bu sondu – deyişimi xatırlayıram ...
Amma,kim bilir ...bəlkə də bu sondu ...Bəlkə də,bu sözümü
xatırlamayacam bir də ...Bəlkə bu dəfə qucaqlaya bildim səni ...Bəlkə
bu dəfə öpə bildim yanaqlarınnan ...
Ehh ...dənizim mənim ...
İndi elə bil,bu dünyada başqa heç kim yoxdu ...Bir tək sən və mən
...telefonumda da Yorğun Dərviş sənnən oxuyur...O da mənim kimi – bir
az yorğun,bir az kövrək ...bəlkə də bir az çarəsiz...
|
O mənəm ... Zülmətin işığı oldum bir zamanlar ... Qırmızı,parlaq,işıq. İndisə sadəcə kolgəyəm ... Korların görə biləcəyi kölgə ... Saxtayam ... Gözlərimdəki parıltı da yalandı ... Mən də yalanam ...
|
Həyatımı dondurmuşdum bir neçə müddətlik.Bəlkə sadəcə mən elə düşünmüşdüm.Dur demişdim guya ... əsən küləyə də,axan suya da,saatın əqrəblərinə də dur demişdim ... Getmiyəcəkdilər,tərk eləmiyəcəkdilər ...Zaman duracaqdı ... Sonra qaldığım yerdən davam eliyəcəkdim həyata ... İndi o müddət bitib.Bu gün kitab-dəftərlərimi səliqəyə salırdım,bir neçə həftəlik sağollaşacaqdım onlarla.Məəttəl qaldım,nə qədər qeydlərim varmış ... Demək olar ki hər səhifədə,nəysə var ...yazacağım mövzular,məni düşündürən açar kəlimələr ...Artıq heç nəyi açmağa qadir olmayan açar kəlimələr ... İnsanın hisslərdən qorxmasınnan,texnikanın qəddarlığınnan,içində bircə palma olan adada yaşamaq istəyimnən,yalannan,ölməkdən,getmə deyə bilməməkdən yazacaqdım ... Bəs niyə yazmıram ? Niyə qaldığım yerdən başlıya bilmirəm ?...
|
19 ilimi geridə qoydum,19 payız yaşadım.Bu 19 ilde çox şeyler gördüm,çox səhnələrə şahid oldum. Öncə doğuldum.Xöşbext idik oralarda.Torpağım menim,qoruyurdu bizi.Amma biz onu qoruya bilmədik.Müharibə ... Mən tankların kölgəsində böyüdüm.Evimizin pəncərəsindən baxanda 2 nömrəli batalyonun həyəti gorünürdü.Dayım da əsgər idi.Hərdən bizə gəlirdi.Oyuncaq almırdı mənə.Nə gətirirdi bilirsiz?Heç təsəvvürünüzə də gəlməz.Dayım hər dəfə bizə gələndə mənə bir xeyli güllə gətirirdi.Hə,güllə.Amma işlenmiş,boş.Ən sevimli oyuncağım idi güllələr.Onlarla oynayırdım.
|
Uçurum. Ürəyinin səsini eşidirdi.Hər addım onu daha da
yaxınlaşdırırdı sona.Bir addım daha ...Sonun başlanğıcındaydı
artıq.Niyəsə ona elə gəlirdi ki,bu son özü bir başlanğıcdı.Uçmaq
istiyirdi ... sadəcə uçmaq ... Uçurumun kənarında xəfif rüzgar
üzünü,saçlarını tumarlıyırdı.Bu nəvaziş ona o qədər yad idi ki.Saçına
çəkilən son sığalı belə unutmuşdu.P.S:Mən inanmıram ki,1 dəqiqə,versin 61 saniyə.Və o əlavə 1saniyədə,qışqırım ... TÖVBƏ ...
|
Doğma klaviatura ... və başladıq.
Hesabat vaxtıdı.
Həyat,bu günə kimi ən yaxşı müəllimim oldu.Bildiklərini simiclik göstərmədən öyrətdi mənə.Öyrəndiyim ilk qayda:
-- yalanların,fırıldaqların,səhvlərin,günahların sonu yoxdu bu dünyada.
Hər dəfə ,göz yaşları içində bir daha aldanmayacam dediyim günləri xatırladım niyəsə.Necə də sadəlövmüşəm bir zamanlar.
Sonra inandığım,sevdiyim insanların necə tərk etdiklərini xatırladım.
Gün oldu dost sandığım insanlar da çəkdi getdi.Geriyə belə dönüb baxmadılar.
Onda böyük sevgilərin olmadığını anladım.Bir daha sevmərəm sanırdım,amma yenə yanıldım.
|
|
| |