Həyatımı dondurmuşdum bir neçə müddətlik.Bəlkə sadəcə mən elə düşünmüşdüm.Dur demişdim guya ... əsən küləyə də,axan suya da,saatın əqrəblərinə də dur demişdim ... Getmiyəcəkdilər,tərk eləmiyəcəkdilər ...Zaman duracaqdı ... Sonra qaldığım yerdən davam eliyəcəkdim həyata ... İndi o müddət bitib.Bu gün kitab-dəftərlərimi səliqəyə salırdım,bir neçə həftəlik sağollaşacaqdım onlarla.Məəttəl qaldım,nə qədər qeydlərim varmış ... Demək olar ki hər səhifədə,nəysə var ...yazacağım mövzular,məni düşündürən açar kəlimələr ...Artıq heç nəyi açmağa qadir olmayan açar kəlimələr ... İnsanın hisslərdən qorxmasınnan,texnikanın qəddarlığınnan,içində bircə palma olan adada yaşamaq istəyimnən,yalannan,ölməkdən,getmə deyə bilməməkdən yazacaqdım ... Bəs niyə yazmıram ? Niyə qaldığım yerdən başlıya bilmirəm ?... Əslində həyatı durdurduğum yerdə olub olmadığımı belə bilmirəm...Qorxuram gözümü açmağa...içimdəki hissin reallaşmasınnan qorxuram bəlkə də ...Hiss eliyirəm bunu ...sanki bir axına qoşulub uzaqlara getmişəm ... Əvvəl hardaydım ...indi hardayam ...??? bilmirəm … çıram gözlərimi. Bu kimin həyatıdı ?Bu insanlar kimdi?Axı mən onları tanımıran?Tanıdığım insanlar,ya da tanıdığımı sandığım insanlar hara getdi bəs ? Hardasız axı ?...Niyə yoxsuz ? Bura haradı ? ...Bu dünya ...çıx yaddı? Bəs hanı balaca xəyal dünyam?Kim uçurtdu xəyallarımı ? Cavabsız suallar ...Acizəm ... Uff ... Sıxıldım lap ...Bezdim ... İyrəndim ... Gedəcəm buralardan ...Hamınızın yanından,yaddaşınızdan,xatirələrinizdən,hətta öz beynimdəki dünyamdan da gedəcəm... Qaçacam ...Gücüm yetənə qədər ...nəfəsim kəsilənə qədər ...Bacardığım qədər uzağa qaçacam ... Yoluma düşən göz yaşlarım mənnən qalan son xatirə olacaq ...Hər damlasında bir xəyal ->İmaginnən bir parça olacaq ... Amma imagin bir də heç vaxt olmayacaq ...Bəlkə varlıqla yoxluq arasında bir ruh olacaq ... ya da sadəcə kölgə ...Amma xəyal olmayacaq ... P.S: Əldə məktub ...Üçcə kəlimə yazılı ...Gözləmə ...Bağışla ...Əlvida
|