Dənizim ... Yenə gəldim ... Yenə həyat dalğaları məni itələyə-itələyə yanına gətirdi ...Artıq inandım bu dünyadakı son ünvanımın sən olduğuna ... Hər gəlişimdə - bəlkə də bu sondu – deyişimi xatırlayıram ...
Amma,kim bilir ...bəlkə də bu sondu ...Bəlkə də,bu sözümü
xatırlamayacam bir də ...Bəlkə bu dəfə qucaqlaya bildim səni ...Bəlkə
bu dəfə öpə bildim yanaqlarınnan ... Ehh ...dənizim mənim ...
İndi elə bil,bu dünyada başqa heç kim yoxdu ...Bir tək sən və mən
...telefonumda da Yorğun Dərviş sənnən oxuyur...O da mənim kimi – bir
az yorğun,bir az kövrək ...bəlkə də bir az çarəsiz... Əslində nə o ilk idi,nə mən son ...
Biz bəlkə də,sahilində olan bir qum dənəsi,bir qaya parçası ...bəlkə də
ləpələrin qayalara çırpılanda bir anlıq var olan köpük kimi kiçik və
mənasızıq sənin üçün ... Amma sən ...sən fərqlisən ... Nədən
danışım sənə ? Sevgidən ? Yalanlarını səbəb gətirib,bəhanələr arxasında
gizlənən sevgilimdən ?Böyük sevgilərin də kiçildiyinnən,bir gün heç
yoxmuş kimi yox olmasınnan danışım ?Unutmağı öyrəndiyimnən də danışım ?
Bəlkə,insanları yanlış tanımağımnan danışım sənə ?Doğma bildiyim
insanların bir anda necə yadlaşdığınnan ,hələ də gülümsüyüb rol
oynamağımnan ,sadəcə - artıq heç nə əvvəlki kimi olmayacaq - deyə
bilməməyimnən danışım ?Qışqırım bəlkə,-sən belə deyildin axı dostum ?
Noldu sənə ? Niyə dəyişdin ?Niyə soyuqsan,buz kimi ? Amma sus,cavab
vermə ...Səbəblərin bəhanə olduğu bu zamanda doğrunu desən
belə,inanacağımı düşünmürəm ... Sus ................ Bir az da
qəribəlikdən danışım ?... Başa düşmədiyim insannan ...İncidə biləcəyimi
düşündüyüm,və bunnan çox qorxduğum tək insannan danışım ?Ehh,dənizim
mənim ....heç bilirsən o necə fərqlidi ?O sadəcə bir gün öz nöqtəsini
tapmaq üçün doğulub elə bil ... Sonra nədən danışım?Uzaqdakı dostumnan,darıxdığımnan,onu itirməkdən qorxduğumnan da danışım sənə ? Hər şeyi danışım ? Axı niyə ? Niyə dinliyirsən axı bizi ? Bəs niyə susursan ?Niyə heç nə demirsən ? Bəs hanı təsəllini səndə axtaran onca insan ? Hanı qucağına axıdılan göz yaşları ? Hanı o sözlər ? Unutdunmu yoxsa ? ....Susursan yenə ... Bilirsən sevirəm səni ...Susqunluğunu ,soyuqluğunu sevirəm ...Qəddarlığını sevirəm ...
Bir gün qucağına atılsam,məni udacağını bilirəm ...Öpsəm
yanaqlarınnan,dodaqlarım donacaq ,bilirəm ...dalğalarınla rəqs əslində
çıxılmaz labirintdi ...Sənə toxunmaq,bəlkə də sehirli qaranlıq ölümdü
...Bilirəm ... Amma olsun ...Qəddarlığını sevirəm ... Dənizim mənim ... İnsanlar toxunsun istəmirəm ...varlığımı,real olduğumu anlasınlar istəmirəm...Sən toxun ...
Al götür məni buralardan ...Gəl gedək de,mənə ... gedək buralardan
...Apar sehirli,sualtı dünyana...Oğurla məni insanlardan ... Həmişə mən onların haqsızlıqlarınnan,pisliklərinnən danışdım sənə.Qoy bu dəfə də onlar,sənin qəddarlığınnan danışsınlar ... Qoy bu dəfə də,mən bir hekayə olum ...Danışılıb-danışılıb unudulum ... Qoy bu dəfə qorxularımı,ümidlərimi,xatirələrimi göz yaşıma qatıb axıdım qucağına.Qoy qarışaq bir birimizə dənizim... Qoy sən olum mən də ... insan olmaqdansa ...su damlası olum səndə ...
Yazi maraqlidi yazilish olaraq ancaq belkede coxu ozunu tapa biler bu yazida ancaq mene tam yad ve uzaq olan bir seydi... Men anlamiram insan nece denizle danisha biler? Ona axi niye sirrlerini demelidi eger caresi olmayacaqsa? Onsuz deniz insanlari hec vecinede almir niyede alsinki ona her ne ziyan gelib biz insanlardan gelib... Suyunu cirkledirik, baliqlarini oldururuk, torpaq tapanmayanda onu qurudub yashayiriq...
Cox zor yazidi, ancaq qemlidi, oxuduqca yazini butun enerjim yox oldu, menevi cehetsen yorucudu. Halbuki deniz haqqinda daha shen bir sheyden de yazmaq olardi. tebii ki bunlar menim fikrimdi, eziyyete gore tesekkur
Cavab: Yazıda pessimizim ruhu var bəli.sizi yorada bilə oda düzdü ama bəzən qəmlənməkdə insana kömək edir Xancano
imagin , bu yazin haqqinda fikirlerimi sene demisdim onsuz da . yazi cox eladi . Qeseng yazmisan . Sekile gore de sekil yerlesdirenlere tesekkurler . O da qesengdi .
Yalanlarını səbəb gətirib,bəhanələr arxasında gizlənən sevgilimdən maraqlidir...dənizə bütün sirlərini açırsan bəs görəsən nədən iləri gəlir ona olan bu inam..o sənin tək sirdaşındı ama sən onun tək sirdaşı deyilsən çünki başka sahilləri var onun və başka sirdaşları...bir gün başka bir sahildən başka bir ölkədən sənə salam gətirər o dənz..öz sevgini taparsan o salamda...