|
Our poll |
Forum Yenidən İstifadəyə verilsinmi ?
Tam səslər: 23
|
Cəmi online: 36 Qonaq: 36 İstifadəçi: 0
|
|
Çərşənbə, 2025-01-15, 22.57 | |
|
Qeribler.com |
Welcome Qonaq | RSS |
Main » 2008 » Sentyabr » 02
Qarabaq xanının birinci vəziri XVIII əsrin məşhur
siyasi və ictimai xadimi Molla Pənah Vaqif xalqımızın orta əsrlər
ən'ənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına
yaxın şe'rlər yazmış görkəmli şairlərindəndir. Onun yaradıcılığı
Azərbaycan poeziyasının gələcək inkişafına böyük tə'sir göstərmişdir.Vaqif 1717-ci ildə Qazax yaxınlığındakı
Salahlı kəndində anadan olmuşdur. Belə bir fikir var ki, omun əcdadları
böyük Füzulinin də mənsub olduqu Bayat tayfasından olub. Onun
valideynləri haqqında çox az şey mə'lumdur. Bəllidir ki, onun babasını
Süleyman, atasını Mehdi, anasını isə Ağqız çağırmışlar. Pənah yaxşı təhsil görmüşdü. O, fars və
ərəb dillərində yaxşı danışır, astronomiya, riyaziyyat, arxitektura,
musiqi və poetika üzrə geniş biliyə malik idi. O, Qazaxda tanınmış alim
və pedoqoq Şəfi əfəndinin yanında oxumuşdu. Bə'zi salnaməçilər belə
hesab edirlər ki, sonrakı təhsilini Gəncədə və yaxud Təbrizdə alıb.
Orası da mə'lumdur ki, Vaqif təhsilini başa vurduqdan sonra əvvəlcə
Qazaxda, sonra isə Qarabağda məscid nəzdində fəaliyyət göstərən
mədrəsədə dərs demiş və elə burada da Molla Pənah adını almışdır. Bu
zaman onun alimliyi haqtında xəbərlər Molla Pənahın vətəninin
hüdudlarından çox-çox uzaqlara yayılır. Hətta xalq arasında belə bir
məsəl də yaranır: "Hər oxuyan Molla Pənah olmaz."
|
Winston Churchill
1874-1965
1874 doğulan "Sir" ünvanı sahibi Winston Leonard Spencer-Churchill,
dünya tarixində əhəmiyyətli yeri olan, II. Dünya Döyüşü dövründəki
İngiltərə baş naziri. Ədəbiyyat budağında 1953 Nobel Mükafatına layiq
görülmüşdür. Anektodlarıyla da məşhur olan Churchill, 9 Aprel 1963də Ağ
Evdə özünün qatıla bilmədiyi bir mərasim ilə şərəf A. B. D. vətəndaşı
olmuşdur.
Winston Churchill, 30 Noyabr 1874də Woodstock, Oxfordshire, İngiltərədə
dünyaya gəldi. Churchillin əhaliyə qeydli olduğu soyadı
Spencer-Churchill olmasına qarşı, atası (Lord Randolph Churchill) və
özündən sonra, ailəsi, yalnız Churchill soyadını istifadə etməyə
başladı. Winstonun siyasətçi Atası Randolph, 7. Marlborough Dükünün
üçüncü oğlanı, Anası Lady Randolph Churchill (Jennie Jerome) isə
Amerikan milyoneri Leonard Jeromenin qızı idi.
O dövrdəki digər uşaqlar kimi o da uşaqlığının böyük bir qisimini
pansion məktəblərdə keçirdi. "Harrow School"da oxuduğu dövrdə isyankar
xarakteri səbəbiylə bir çox dəfə cəzalandırıldı. Bu quruluşuna qarşı,
İngiliscə və Tarix kimi bəzi dərslərində olduqca müvəffəqiyyətli idi və
eyni zamanda məktəbinin eskrim çempionu idi.
|
Bu gün şer sahəsində yaradıcılıq yarışması başqa janrlarla müqayisədə
daha barizdir və son 1-2 ildə bu yarışma xüsusilə qızışıb. Sanki
şairlər qeyrətə gəlib «kim daha yaxşı yazar» deyərcəsinə meydana
atılıblar, ardı-arası kəsilməyən yeni imzalar və «kosmik» məhsullar
mətbuat səhifələrindən aşıb daşır.
Lakin, bütün bunların nəhayətində əcəba, kəmiyyətin keyfiyyətə keçməsi hadisəsi baş verirmi? Şübhəsiz, verir.
Hər nə qədər, ədəbiyatımızın ipini öz əllərində hiss edənlər onun
yolunu azdırmağa çalışsa da, ənənəvi şerin meydanı get-gedə daralmada,
zamanın nəbzini tutmağa çalışan, həm məzmunca, həm də formaca yeni şer
nümunələri yaradan müəlliflərin sayı get-gedə artmaqdadır. Zahir
Əzəmət, Şərif Ağayar, Aqşin, Cavid Əlizadə, Sevinc, Sadiq Elyar və bir
çox gənc müəlliflər əsas etibarilə ənənəvi formada şerlər yazmaqla
yaradıcılığa başlamışlar, daha çox Ramiz Rövşən – Salam Sarvan
əhval-ruhiyyəsində, ormanı dəyişməz saxlayaraq məzmunda nəsə yeniliklər
etmənin mümkünlüyü inancı ilə şerlər yazırdılar.
Ancaq, istər həmin müəlliflər, istərsə də ədəbi prosesdə iştirak edən
digər ən istedadlı şairlər yenilik anlayışının daha çox forma ilə bağlı
olduğunu başa düşərək öz qələmlərinə sərbəstlik verdilər. Məhz son bir
neçə ildə şerimizin əsaslı surətdə ənənəvi formalardan qopduğu və
yenilik təlaşı içərisində olduğu müşahidə edilməkdədir. Qəşəm Nəcəzadə,
Əlizadə Nuri, Salam Sarvan kimi ənənəvi şerdə ad açmış müəlliflərin
yeni, sərbəst iadə yöntəmləri axtarışlarına yalnız sevinmək lazımdır.
Və onların son yaradıcılıq nümunələri ədəbi periodun xarakterindən
irəli gəlmişdir.
|
Adolf Hitler (d. 20 Aprel 1889, Braunau
am Inn, Yuxarı Avstriya - ö. 30 Aprel 1945, Berlin, Almaniya), 1933
etibarı ilə Almaniyanın baş naziri və 1934dən ölümünə qədər Almaniyanın
Führer[1] iydi. Nasyonal Sosialist Alman İşçi Partiyası (NSDAP)ın
qurucusu və başçısıidi. Hitler, Almaniyada Birinci Dünya Döyüşü sonrasında yaşanan Böyük
Böhrandan güc qazandı. Təbliğat və karizmatik bir dillə, alt və orta
təbəqənin iqtisadi istəklərinə ümid verirdi; bunun yanında da müəyyən
bir səviyyədə nasyonalizm, anti-semitizm və anti-kommunizm də təqdim
edirdi. İqtisadiyyatın təkrar qurulması, yenidən silahlandırılmış bir
ordu və totalitar və faşist bir rejimlə; Hitler təcavüzkar bir xarici
siyasət izləyərək Alman "həyat sahəsi"ni (Lebensraum) genişlətmək
məqsədiylə Polşaya hücum etdi. Sürətli təcavüzkar döyüş taktikaları ilə
qurduğu Mihver Dövlətləri ittifaqı Avropa və Asiyanın böyük hissəsini
zəbt etdi.
|
Orxan Pamuk
Orxan
Pamuk "doğulduğu şəhərin melanxolik ruhunu axtararkən mədəniyyət
qovuşmalarını və çatışmalarını xarakterizə edən yeni simvollar kəşf
etdiyinə görə" 2006-cı ildə Nobel mükafatına layiq görülən ilk türk
yazıçısıdır. Orxan Pamuk 1952-ci il iyunun 7-də İstanbulda anadan olub.
Üç il Nyu-Yorkda yaşamasını nəzərə almasaq, demək olar ki, bütün
həyatını elə İstanbulda keçirib. O, üç il İstanbul Texniki
Universitetində, paralel olaraq, İstanbul Universiteti nəzdindəki
Jurnalistika İnstitutunda təhsil alıb. Müntəzəm olaraq, 1974-cü ildən -
22 yaşından yazmağa başlayıb. Onun "Cövdət bəy və oğulları" adlı ilk
romanı 1979-cu ildə "Milliyet Press"in mükafatna layiq görülüb. 1982-ci
ildə eyni adla çap edilən bu kitab 1983-cü ildə Orxan Kamal adına
mükafat alıb. "Sakit ev" adlı ikinci romanına görə 1984-cü ildə
"Madarali Novel Prize" mükafatını qazanıb.
| |
|
| |