http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2024-04-26, 20.45MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Gülnar Məmmədli

ƏN ŞƏRƏFLİ VƏZİFƏ

Otaqda  tək idim.Çox qorxdum,qaranlıqdan həmişə qorxardım.Qaçıb ona sığındım,o necə də güclüdür...Ən sevdiyim oyuncağımı dostum sındırdı,həm kədərləndim.həm də qorxdum.O gördü gözümdəki kədəri,üzüntünü, təsəlli etdi,yenisini alacağına söz verdi.Sevimli qabını sındırdım diqqətizlikdən.”bir yerini kəsmədin ki?” deyə həyacanla soruşdu,sevgisini göstərdi.Məktəbdə çətinlik çəkdim,ona yönəldim.Tək hiss etdim özümü,dostum oldu.Ad günümü xatirlamadılar deyə agladım,öpüşləri ilə təlafi etdi.Zaman-zaman qadağalar qoydu qarşıma,həyata keçirmək istədiyim bəzi şeyləri əngəllədi,mənə zərər gəlməsin deyə.Dəstək oldu,arxa oldu.Kürəyimi soyuq divarlara söykəyib ağlamaq istəyəndə divarla aramdakı istiliyi duydum hər dəfə.divarla arama girdi,üşüməyim deyə...Dözdü hər əziyyətimə,sentimental xasiyyətimə,nazımla oynadı...Hər yeni günə sevgiylə başladı.Qayğılarım artdıqca daha da yaxınlaşdı mənə.Mən oldu,içimə doldu sevgisiylə.Küsdüm ondan zaman-zaman,hətta məni sevmirsən dedim.Dilim quruyaydı kaş...

Böyüdüm,uçdum arzuların qanadlarında,gözüm görmədi heç nəyi.Hədəflər seçdim,arzularım artdıqca artdı.ona etinasızlıq göstərdim.O isə məni sevməkdən,mənə qayğı göstərməkdən bir gün belə bezmədi...Mən sahibkar olacam! dedim,Ən çətini budu,bunula həyat imtahanindan “5” alaram deyə düşündüm.Amma dünyadakı ən şərəfli işin nə olduğunu görmək belə istəmədim.Bir ömür boyu çəkilən şirin əzabdan xebersizdim sanki.Bir gün məndən “səncə dünyadakı ən varlı insanlar kimlərdir?” deyə soruşdu.”biznesmenlər” dedim.O isə gülümsəyərək “2” aldın dedi.Çox düşündüm bu sualı və onu incitdiyim günlərin birində dünyadakı ən  varlı adam sualına cavab tapdım....ANALAR!!!Dünyanın ən çox qazandıran işi analıqdır.Əziz xanımlar bir daha düşünün.Sizcə dünyada övladdan daha “bahalı” nə ola bilər? Bəlkə cox sevdiyimiz işimizdən bir az daha vaxt ayıraq körpələrə?Unutmayaq ki bu iş bütün işlərin ən  şərəflisidir.Çünki bu vəzifəyə bizi Aləmlərin Rəbbi Allahu-Təala (c.c.) təyin edib!

Yazar: Gülnar Məmmədli | Əlavə edən: clumsy (2008-12-13)
Baxış sayı: 893 | Şərhlər: 9 | Reytinq: 5.0/4
Cəmi Şərh: 9
2009-07-23
9. mehriban-p (mehriban-p) [Giriş ]

Gülnar, təssüf edirəm ki bu yazını indiyə kimi oxumamışdım, çox bəyəndim, bravo

2009-02-14
8. Ajka (Ajka) [Giriş ]

Ana - hec vaxt bize etdiklerinin qarshiligini ona verenmerik. Dunyada yegane insandirki hec bir xeyir gudmeden omrunu bize hesr edir, bize gore her seye qatlanir, geymir geydirir, yemir yedizdirir, gezmir gezdirir onun haqqi odenmez.... Hele ana deyilem bu hissleri anlaya bilmrem ama bildiyim bir sey varki analiq mesuliyyetli ishdir. Ve bir seyide cox gozel bilirem her dunyaya usaq getirene ana demek olmaz! Analiq tekce dunyaya usaq getirmek deyil tam bashqa bir seydi....

2009-01-27
7. Ellada (omide23) [Giriş ]

Ela smile

2008-12-18
6. xancan (admin) [Giriş ]

yox gülnar en yaxşısını sen edırsen uzun oplduqda oxunmur yazılar teesüfkı

2008-12-17
5. gulnar (clumsy) [Giriş ]

bəyəndiyinizə sevindim happy xancan,mənim söz bazam zəifdi ee,oma gorə elə alınır smile

2008-12-15
4. Nergiz (nur_tanesi) [Giriş ]

CANIM ÇOX GÖZƏL ALINIB TƏBRİKLƏR HƏQİQƏTƏN PEYĞAMBƏRİMİZİN (S.A.V) DEDİYİ KİMİ "CƏNNƏT ANALARIN AYAQLARI ALTINDADIR"

2008-12-15
3. QƏRİBLƏRİN YALNIZ MƏLƏYİ (DuYqU) [Giriş ]

İnsanın içindən keçən ən gözəl cümlələr burda cəmlənib sanki.Ürəyinə sağlıq.

2008-12-15
2. ferid huseyn (ferid55) [Giriş ]

"ANALAR!!!Dünyanın ən çox qazandıran işi analıqdır."
ÇOX GÖZƏL İFADƏDİR...

2008-12-14
1. xancan (admin) [Giriş ]

Gülnar ana olmadan bu işin ciddiliyinə belə yanaşmağın gözəldi,yazılarında bir növ mənə oxşarlıq var ama məndən üstün olaraq sən qısa və konkret yaza bilirsən
təbriklər.


Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!