http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2024-04-26, 12.10MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Həmidə Muxtarzadə

Hesabat
Doğma klaviatura ... və başladıq.
Hesabat vaxtıdı.
Həyat,bu günə kimi ən yaxşı müəllimim oldu.Bildiklərini simiclik göstərmədən öyrətdi mənə.Öyrəndiyim ilk qayda:
-- yalanların,fırıldaqların,səhvlərin,günahların sonu yoxdu bu dünyada.
Hər dəfə ,göz yaşları içində bir daha aldanmayacam dediyim günləri xatırladım niyəsə.Necə də sadəlövmüşəm bir zamanlar.
Sonra inandığım,sevdiyim insanların necə tərk etdiklərini xatırladım.
Gün oldu dost sandığım insanlar da çəkdi getdi.Geriyə belə dönüb baxmadılar.
Onda böyük sevgilərin olmadığını anladım.Bir daha sevmərəm sanırdım,amma yenə yanıldım.
Çox şükür Allah o tərk edənlərin peşmançılıqlarını da göstərdi mənə.
Dönənlər oldu amma hər şey əvvəlki kimi olmadı.
Mən insanlara qıraqdan baxmağı ,hər şeyin bir səbəbi vardır deməyi öyrəndim.Amma əslində bu səbəblərin bəhanə olduğunu çox yaxşı bilirdim.
Bəs onda niyə nifrət eləmirsən onlara- dedim özümə?
Cavab gəldi özümnən ki,nifrət və kin içində hazırladığın bir zəhər kimidi.Birini zəhərləməsən özün zəhərlənəcəksən.
Düşündüm və haqq verdim özümə.
Yalan danışanların gözünə baxanda ordakı boşluğu gördüm.Yazığım gəldi,dediyi yalanlara inanan zavallılara.
Aldatmağa özünnən başlayanlara acıdım hər zaman.
Mən insanları tanıdıqca uzaqlaşdım olardan.İçimə qapandım.
Onda da zəifdi dedilər.
Amma mən güclənirdim günü-gündən.Sadəcə bunu görmüyəcək qədər kor idilər.
Görənlər də "Çox dəyişmisən " dedilər narazı bir ifadəylə.
Bu zaman Nitsheni xatırladım. -- Zəiflər bizi öz gücümüzdən utandırdıqları üçün qalib gəlirlər --
Bütün bunları dərk edərkən,düşüncələrimi gizlətməyi öyrəndim.
Həyatı film kimi seyr edib də nəticə çıxarmağı,insanları göründükləri kimi yox,olduqları kimi görməyi öyrəndim.
Amma mən yeni şeylər öyrəndikcə,həyat yeni ixtiralar etdi.Mən gücləndikcə,həyatın çətinlik dərəcəsi yüksəldi.
Onda özümə sual verdim: --Neçə aldım bu sorğudan?
Cavab gəldi -- Özünü dərk edə biləcək qədər güclü,həyatı dərk edə bilməyəcək qədər zəifsən.
Yazar: Həmidə Muxtarzadə | Əlavə edən: İmagin (2008-12-12) | Müəllif: imagin
Baxış sayı: 769 | Şərhlər: 4 | Reytinq: 3.0/2
Cəmi Şərh: 4
2009-01-27
4. Ellada (omide23) [Giriş ]

Duzdu insanlara tam inanmaq olmaz. Sadə oldun semimi oldun seni başa duşmeyeceyler. Onu da deyim ki insan ders ala-ala heyatı oyrenir. Esas odur ki, başa duşdüyün sehvleri bir daha etmeyesen. wink

2008-12-15
3. Nergiz (nur_tanesi) [Giriş ]

ela idi çox sağol paylaşdığın üçün

2008-12-15
2. ferid huseyn (ferid55) [Giriş ]

MARAQLIDIR...

2008-12-14
1. Berader (Berader) [Giriş ]

sen buyudukce heyatın cetınlık derecesı yukseldı sehvdı sadece buyudukce da fazla sey oyrenmey ısteyırsen oda sene zor gelır. heyat sadece elmı yandan ınkısaf eleyır


Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!