http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2024-04-26, 23.14MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Xəyalə Ələkbərova

Ürəyin dilindən yazılanlar.
Qayıt gəl!

Gecələri soyuq olur qürbətin
Sensiz olmaq ölümdəndə çox çətin.
Qılınc təkin kəskin olub həsrətin
Ürəyimi doğrayıbdır bu xəncəl
Sənsiz yaman darıxmışam, qayıt gəl.

Sənsiz olmaq ola bilməz, yalandı.
Bir gün keçdi, dedim nə çox yubandı.
Həsrətindən ürəyim parçalandı
Kimsə buna olmayacaqdır əngəl
Sənsiz yaman darıxmışam,qayıt gəl.

İllər oldu sanki səni görmürəm,
Sənin üçün yaşayıram ölmürəm.
Tutmadıqca əllərini, dözmürəm.
İnan, əlim tutmayıbdır başqa əl,
Sənsiz yaman darıxmışam, qayıt gəl.

İnanma

Yalançı sevgili olsa ürəkdə,
Sevgisin yadına salmaz,inanma.
Həqiqət olmasa qəlbində sevgi,
Adını ağzına almaz, inanma.

Ömrünə ziyanlar dəyərsə sənin,
Üzülsən, əzabla keçsə günlərin,
Vəfasız insanın, yalan sevginin.
Qəmindən gözləri dolmaz, inanma.

Həqiqət sevgidir, mənim bu sevgim
Onunçün sevməyə çatıbdır ərkim.
Yalandır desələr bu sözü hər kim,
Mənim sevgim yalan olmaz, inanma...

Yazar: Xəyalə Ələkbərova | Əlavə edən: DuYqU (2008-12-15) | Müəllif: Xəyalə Ələkbərova
Baxış sayı: 823 | Şərhlər: 5 | Reytinq: 3.5/2
Cəmi Şərh: 5
2009-02-03
5. QƏRİBLƏRİN YALNIZ MƏLƏYİ (DuYqU) [Giriş ]

Beyendiyinize sevindim.

2009-01-15
4. _NuRmelek_ (_SoN_BaHaR_) [Giriş ]

tesekkurler menim ox xosuma geldi cox sag olun smile

2008-12-23
3. AiNKA (AINKA) [Giriş ]

En esasi serde mena var.. tesk sene .. Beyendim..

2008-12-18
2. QƏRİBLƏRİN YALNIZ MƏLƏYİ (DuYqU) [Giriş ]

hərf səhvi üçün bagishlayın.Diqqətiniz ucun təşəkkür

2008-12-17
1. gulnar (clumsy) [Giriş ]

bu xəncəl ---deyəsən burda hərf səhvi olub. xəncərdi mən bilən.ümümilikdə isə yaxşı yazmısan. happy uğurlar.yazılarının ardını gözləyirik


Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!