http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə axşamı, 2024-05-09, 00.42MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Xancan Kərimov

Enigma....

Enigma....http://www.library.cornell.edu/preservation/bookarts/images/oldbook.gif

 

Bura Parij deyil Azərbaycandı

Burdakı əsgərlər cox mehribandı

10 günlük məzuniyyət 30 şirvandı

Şirvansız əsgərə yazığım gəlir

Səhər saat 6-da padyom verəndə

Belinə afseriski kəmər giyəndə

Bax onda əsgərə yazığım gəlir.... teymurdan– tapdığı qara üzlü dəftərin arxasında oxuduğu bu yazıdan heçnə anlamayəb dəftrəin ilk səhfəsini açdı-

 “..hamımızın həyatında qaraladığı gündəliklər  yada xatirə dəftərləri vardır.Kimiləri hər yerə özüylə gəzdirər , kimiləri unudub buraxar ,kimiləriysə yastığının altında gizlədər  o qara üzlü dəftərini.Özümüzdən belə gizlətdiyimiz sirlər olar bu dəftərlərdə .Kədərlərimiz, sevinclərimiz, ümüdlərimiz..hər səhfəsində ayrı bir həyat,ilk eşqimiz ilk böyük yalanımız ilk çekdiyimiz sigaret , ilk qorxumuz , ilk öpüşümüz , eve gecikende atamızın vurduğu ilk şillə..hamıda olmasa belə bir çoxumuzun yaşadığı anlardır bunlar..bəzən yazmaqdan sıxılar açar geriləri oxuyarıq bəzənsə “görəsən 3 il sonra necə olacam” kimi qeydlər yazarıq dəftərin sağına soluna..səhfələri çevirdikcə o səhfələrin  yazdıldığı günə dönərik bəzi səhfələrdəysə qurumuş göz yaşı,keçmişimizdən ən acı xatirələrlə..  Ən qiymətli fikirlərimiz nələr idi, Ən sıx yaşadığınız hisslərimiz nələr idi, Ən əhəmiyyətli hərəkətlərimiz nələr idi? Yazardıq…birazda çalışardıq ədəbi olsun..qurduğumuz cümlələrlə öyünərdik   -   bu sətrləridə oxuyub dəftəri bir neçə səhfə irəlirə çevirdi bu yazı əvvəlkindən   bir neçə ay sonraya aid idi,mürəkkəbin izləri səhfələrin tərs tərəfinə hopmuşdu, yazı güclə oxunurdu,maraq bürüdü və oxumağa başladı –

İspan olardım Amerikalıları qılıncdan keçirməklə öyünərdim ,sahillərimin alaman ingilis və ərəblər tərəfindən işğalını görməməzdən gələrdim, küçələrimdə öküzlər gəzərdi ,qadınlara təsir etməkçün dar şalvarlar geyinərdim.

Amerikalı qırmızıdərilərdən olardım ,onlar kimi at oğrusu ,quldur dəstə başçısı, qiyamçı olardım, terorist olardım ölkəm hər zaman döyüşlərdən qalib qayıdardı, rembo yada terminatorda ola bilərdim.

İngilis olardım isti pivə içərdim, həftədə birdəfə duş qəbul edərdim, maraq dolu turist ya tacir vəya müstəmləkəçi, keçmişimlə yaşayaraq hələdə imperator olduğumu düşünərdim, yada Prens Charlesin yolunu gözləyərdim.

Avustralyalı olardım bütün ölkələrdən uzaqda, babamın tanınmış cani olmasıyla öyünərdim , bu dəfə soyuq pivə içərdim,içərdim yenə içərdim..

Alman olardım türkləri nökər edərdim,darıxanda başka millətləri də darıxdırardım tariximi gizlədərdim ,cox sıxışanda günahkaram deyərdim..

Fransız olardım itaətli olardım, ilbiz yada qurbağa yeyərdim, danışığımdan qadınlar huşun itirərdi, çirkin olsamda film ulduzu olardım.

Hindli olardım sabahdan axşama qədər meditasiya, ətrafımda inəklər, kamasutra, evimin içində meymunlar olardı..

Afrikalı olardım bütün yardım kampanıyaları mənimçün olardı, qohumlarım ya basketbolçu ya repçi yada belkə birgün oyuncaq prezident olardı.

Yapon olardım dövləti idarə edənlərin kreslosundan qalxmasıyçün ölməsini gözləməzdim.

Erməni olardım ki göyçə mahalında yaşayım yada zəbt etdiyim Şuşada.

İtalyan olardım bilərdimki yaraşığım var ya da day-dayım.

Yəhudi olardım kimisi kimi dilənçi sələmçi yada banker..

Çinli olardım,yox olmazdım.

 

Bəlkədə mexikalı bir kovboy olardım,yada Tolstoy olardım..ama sonda onun etdiyi kimi müsəlman olmazdım..Yada qanun olardım,yox yada olmazdım.Picasso, Bethoven, Aristo , Da vinci ,yada İsgəndər olardım ama olmadım. Niyə bilmirəm , bəlkə tanrı onları daha çox sevib, yada tam tərsi mənə yazığı gəlib. Tərk edilmiş bir evin krantından axan bir damla suda ola bilərdim çiçəklərin dirlik suyu bir parça polendə ola bilərdim ama olmadım. Zəhər olub damarlara axmaq necə??..Apaçi olardım qaraçı , barbar , bəlkədə bir dilənçi olardım.. qürurlu bir dilənçi.. hər nə qədər doğrudursa bu təzad.. partizan olardım döyüşlərdə bəlkə vasililərə bir koməyim dəyərdi.. yada bəlkə Argentina steplərində gecə gündüz işləyən əkinçi olardım , nökər,xidmətçi ,çavuş, zabit,yada nizamlı bir ordu olardım.

Apollon  olardım musiqinin , incəsənətin şeirlərin tanrısı ,Zeusun oğlu Artemisin qardaşı olardım.gümüşdən yayım olardı,heç vaxt yalan danışmazdım,xəstələrin ümüdü apollon olardım, Honos olardım bilərdimki qürür , ədalət və cəngavərlik tanrısıyam ,mizrağım olardı,,, Janus olardım başlanğıc və sonun hakimi..Liberalites kimi cömərd, Poseidon kimi hiddətli olardım üç dişli yabam olardı, dənizlərin hakimi olardım ,Afrodit olardım göyərçinim olardı mənə sadiq , eşq tanrısı olardım,Ares olardım əzərdim döyüşlərdə haqqsızları öz mizrağımla ,Atena olardım güclü məntiqim olardı qorxudardım şimşəklə düşmanlarımı, yada elə Zeus olardım mütləq hakimiyyətin sahibi,tanrıların tanrısı.Anam hər gün  təkrarlayır- qonşunun oğlu gülməmməd qədərdə olmadın-,bəxtəvər başıma.

Olmadım türk oldum hər sabah vətəni milləti qurtarmaq üzrə yeni bir senaryoyla oyanıb bu günün işini sabaha buraxanlardan oldum,musiqi dinlərkən eşitdiyim hər hansısa kədərli bir mahnıyla həyata küsən,arxasınca gələn sonraki mahnıdaysa qalxıb şappur şupur oynayanlardan oldum..bütün dünyanın xaos deyə bağırdığı günlərdə mən gülüb oynayanlardan oldum..qonşuma baxıb onda var məndə yox deyənlərdən, içini yeyənlərdən oldum,qeyrəti əllərə verib kişiyəm deyə gəzənlərdən oldum,nə yazdığını bilməyənlərdən oldum ele bu qeydlər kimi, sağ qulaqdan alıb soldan verənlərdən oldum, pir-ocaq qapılarında donunun ətəyini cırıb ağaclara bağlayanlardan oldum,həyatını ataların zarafatıyla korlayanlardan oldum..”- cümlələr hər dəq onun sinirlərini oyadırdı qatı milliyətçiydi və millətinin belə alçaldılmasına dözə bilmirdi ama anlamırdıkı yazını yazan  digər millətləri dəstəkləmir nədə millətlərlə bir davası yoxdu sadəcə nə ola bilərdi ama nə olduğunu yazıb,o xarabalıqdan tapdığı bu dəftərin kimə aid ola biləcəyni yada bura necə gəldiyini fikirləşirdi bunu yazan indi həyatdadı ya yox öz ağlında götür qoy edirdi,dəftərin cox səhfəsi cırılmış əzilmişdi üz qapağında Enigmam yazısı güclə oxunulurdu səhfələri dahada iləri çevirdi - “Nifrət etdiyimiz işlərdə işləyib lazımsız şeylər alırıq,bizlər tarixin ortancıl övladlarıyıq məqsədimiz yada yerimiz yoxdur,bizim savaşımız ruhani bir savaşdır,televizor qarşısında böyüdülərək milyoner film ulduzu yada rock ulduzu olacağımıza inandıq,ama olmadıq və bu səbəbdən çox hirsliyik..!!” - sözlər hansısa filmdən tanış gəlirdi görünür qeyd üçün yazılmışdı səhfənin sonunda Sabirin şeirinden bir parça yazılmışdı

Çıxdı günəş doldu cahan nur ilə,

Cütçü sürür tarlada çüt şuur ilə,

Atlar öküzlər kotana güc vurur,

Gah yeriyir gah yıxılır gah durur.” - altınada balaca həriflərlə-heç cütçüdə ola bilmədim” – sözləri yazılmışı.Artıq səhfələri daha tez tez çevirməyə başlamışdı və hər səhfədə gözünə qısa qısa sözlər cümlələr ilişirdi – “hurt agony pain, love it.”,“Simurg”,“İlyada”  “Həyatdan istefa edirəm”, “ Mən tanrıya qiptə edirəm,millətdə mənə”,“İnsanlar kalleşdir”,“Mənim Tanrım Sərxoş”, “Hər kəs özünü axtarır,mənsə özümü qururram,sıfırdan.”, “Safonun lənəti”,“ Beynimlə ürəyimin savaşı”,“biraz seratonin cox az”, “Не верь, Не бойся, Не проси !!!”,“nullibizm” ,“kleo” – hər səhfədə hər vərəqdə yarımçıq mütəlif dillərdə yazılar, sloqanlar, qeydlər.. “Zaman hər şeyi deyişdirir tıpkı kendini yenilediği gibi,ama bizim ondan farkımız o her seferinde aynı rakamların etrafında dönüp durarken biz her seferinde yeni bir düşünceye kapılıp gideriz ve eskiye sadık kalmayız bu bizim sadakatlığımızımı yoksa doğruya sadık kalmamızımı gösterir bilemeyiz bildiyimiz tek şey yaptığımızın doğru olduğu ve tabi kendimize göre..”

 Oxudu oxudu oxudu sonra saatına baxdı çox gec olmuşdu getməliydi cibindən mavi qələmini çıxarıb dəftərin alt tərəfinə bir cümlə yazdı -“əgər həyatdasansa ,məqsədsiz gələcəyə doğru addım addım ilərləyən narsist,o biri tərəfdəsənsədə cəhənnəm qapısının nökəri  olmusan yəqin..(arzuna çatdın təbriklər)” – Sonra tapdığı bu qara dəftəri elə aid olduğu bu xarabaxanaya tullayıb gecənin qaranlığında yox olub getdi...

Belə...

P.S – Sərxoşun qeydləri..(əsərdən parçalar)

Xancan Kərimov  2009-08-15

Yazar: Xancan Kərimov | Əlavə edən: admin (2009-08-15)
Baxış sayı: 1326 | Şərhlər: 16 | Reytinq: 4.7/3
Cəmi Şərh: 16
2009-12-06
16. Xancan (admin) [Giriş ]

aha indi anlayiramki duz edib

2009-12-06
15. sweety miss (angelochka) [Giriş ]

Kstati Tolstoy duz edib

2009-12-06
14. sweety miss (angelochka) [Giriş ]

LIKE IT!!! Bilmediyim bir chox sheyi de oyrendim..Thanks....

2009-09-15
13. Ziba (greyish) [Giriş ]

bu defe ozuvu de kecmisen, klaviaturava sagliq smile

2009-08-30
12. necmeddin (romeo83) [Giriş ]

Xancanheyata reng qatmaqcun universitet oxumaqdansa kucelerde dilenmeyi secerdim//
hem de belke de azadlığa qovuşmaq üçün...
http://qeribler.com/forum/133-3547-1

2009-08-30
11. Xancan (admin) [Giriş ]

heyata reng qatmaqcun universitet oxumaqdansa kucelerde dilenmeyi secerdim//

2009-08-30
10. necmeddin (romeo83) [Giriş ]

...beyninden çox süretle keçen fikirleri,sanki ellerinin gücü yetirib kağıza yaza bilmirdi.Axı əllərinin yazma sürəti fikirlərinin sürətindən çox-çox az idi.Buna göre de prabeller yaranırmış kimi fikir qırıqlığı olurdu...dayandı.yazdığını oxuyub "Lənət sənə şeytan" deyerek defteri kitabların arasına atdı.Yenice alışdı defteri.Qalın deri cildli bir defter idi.Uzun zamandan beri onu rahat buraxmayan düşüncelerini yazmaq isteyirdi..
tekrar defteri götürüb açdı..
"...insanların meqsedi nədir?insanlığın məqsədi nədir?
yox onlar nə məqsədlərini bilmirlər nə də...nə də nə etdiklərini.deyəsən onlar heç öləcəklərini də bilmirlər.yoxsa...yoxsa bir neçə illik ömürləri üçün bu qeder servet toplamaqçün, bu qədər haqsızlığa yol verməzdilər."
...artıq dəftərin neçə neçə səhifəsi dolmuşdu.bəzən dünyanın gərdişinnən bəzən sadəcə öz hisslərinnən bəzən də...
"...yox bu qədər də məqsədsizlik qyəsizlik olmaz.Günümüzə qədər adlarını həyatlarını əzbər bildiyimiz bu insanlar ağılsızın biridilər.Bonapart-nəqədər çəkdi ki hakimiyyəti .sonda buna görə kimsəziz adaya sürgün olunub elə ordaca ömrünü bitirdi..."tarixin gah ireli gah gerisine gedir bu kimi neçə neçə şeylər yazıb giley dolu sözlər yazırdı."onların əllərində bu qədər imkan,güc varkən nə etdilər,"bu yerde öz özünə düşündü "mən olsaydım.mən Napaleon olsaydım...mən Şah Təhmasib olsaydım...mən Hitler olsaydım...mən ... olsaydım..."
...xeyli zaman sonra artıq defterin yarıdan coxu yazılmışdı.indi ise gündüz şahidi olduğu bir hadisəni yazırdı.marşrutda bir cibgirin sərgüzəştindən...
tamaladı.səhifə yarımlıq yazı idi.saata baxdı.təqribən 1 saatdan zca artıq vaxt sərf etmişdi bu yazıya.ə düşündüsə vərəqləri saydı.və indiyə qədər yazdıqlarını gözdən keçirdi..."məqsədsiz...."deyib defteri zibil yeşiyine atdi...


2009-08-29
9. AYDAN (ACULIYA) [Giriş ]

Xancano,yazinizi beyendim.
Yazilarinizin davami gelsin,ele ugurlarinizin da!

Bu yazini oxuduqdan sonra oz-ozune dushunenler de olacaq,dushunmeyenler de......Amma dushunmeye deyer.
Heyat insana her gun bir ders verir.Bu dersden netice cixaranlar da var, cixarmayanlar da........
Zamanin gerdisinde yox olanlar da var,yox olmayanlar da.....yox olmayan olmaq ucun men de dunya kimi firlanmaliyam?..... Deyesen he,yoxsa yerimde donuq qalsam ya meni ezecekler, ya da mehv edecekler. Dunyanin yazilmamish qanunu!
Heyat gerceklerini qebul edenler de var etmeyenler de.......Edenler ne elde edib? etmeyenler ne elde edib?
Meqsedli geden de var, meqsedsiz geden de....................Onsuzda hamimizin gedeceyi yol birdir.....meqsedli de meqsedsiz de ORA gedecek......amma ORDA ki mekan eyni olacaqmi?- bu artiq her kesin ozune qalan ishdir.


2009-08-22
8. lacrima (lacrima) [Giriş ]

alinmagina ela alinib.....fikirlerin deyerlidi... coxlarinin qelbine demek olar ki yol tapa bilmisen.... ama yazinin senin gundeliyin olma fikrini goz onunde tutarsaq..... netice cox pisdi.... qehreman meqsedsiz.... hedefsiz irelileyir..... ve...... neyse... insallah seninle elaqesi yoxdur ve olmayacaq......

2009-08-20
7. Kenan (NEON) [Giriş ]

sirrin boyukduse ne icki icersen ,nede deftere yazasan.cunki bir usaqlar duz danisir birde serxoslar
yazin ela alinib.yenilerini gozleyirik.

2009-08-17
6. FERID (FERID) [Giriş ]

Menaliydi,xowuma geldi...tewekkur

2009-08-16
5. Xancan (admin) [Giriş ]

clumsy Nifrət etdiyimiz işlərdə işləyib lazımsız şeylər alırıq,bizlər tarixin ortancıl övladlarıyıq məqsədimiz yada yerimiz yoxdur,bizim savaşımız ruhani bir savaşdır,televizor qarşısında böyüdülərək milyoner film ulduzu yada rock ulduzu olacağımıza inandıq,ama olmadıq və bu səbəbdən çox hirsliyik..!!” bu hissə fight club filmindən sitat gətirilib yazidada yazildigi kimi.dedimki biləsən.

2009-08-16
4. mehriban-p (mehriban-p) [Giriş ]

səmimi deyirəm, oxudum, ilk cümlələrdən xoşuma gəldi
yenə də sətraltı eyham və mənalar.... stilin dəyişməyib, amma yazıların getdikcə daha da dolgunlaşır, fikirlərdə qırılmalar yoxdu.

"OLA BİLƏRDİM" məgər bu seçim imkanlarım vardı ki, amma ola bilərdim. Bir Azərbaycanlı oldum, bəlkə bu gün üçün adı, gözə çarpmayan, amma sabah-biri gün kimlərsə məni misal göstərib "O" ola bilərdim yaxud olmaq istərdim deyəcək...

p.s.düzünü deyim, darıxmışdım yazıların üçün


2009-08-16
3. nazimi (clumsy) [Giriş ]

kimisinə görə hekayə,kmisiə görə sadəcə söz yığını...
kimisindən mənə nə,öz fikrimi yazım
əlaqəsiz kimi görünür amma əvvəlkilərə bağlılığı var,mənə görə bir növ davamı.yenə gizlətmisən cümlənin altında ürəyindəkini,gördüm qismən.demirəm əladı,söz ola bilməz.deyirəm yaxşıdı təkmilləşəcəksən.
Nifrət etdiyimiz işlərdə işləyib lazımsız şeylər alırıq,bizlər tarixin ortancıl övladlarıyıq məqsədimiz yada yerimiz yoxdur,bizim savaşımız ruhani bir savaşdır,televizor qarşısında böyüdülərək milyoner film ulduzu yada rock ulduzu olacağımıza inandıq,ama olmadıq və bu səbəbdən çox hirsliyik..!!”
dağ çayında sürüklənən çöp dənəsi,özünü o çaydan parça bilmə,sən yadsan.

Sonra tapdığı bu qara dəftəri elə aid olduğu bu xarabaxanaya tullayıb gecənin qaranlığında yox olub getdi...

getdi hamının etdiyini etdi.bəs yaxşı özü ilə apardığı nə oldu görəsən?

“əgər həyatdasansa ,məqsədsiz gələcəyə doğru addım addım ilərləyən narsist,o biri tərəfdəsənsədə cəhənnəm qapısının nökəri olmusan yəqin..(arzuna çatdın təbriklər)” derkən çoxuna dəxlisiz kimi görünən bu sözlər yadıma düşdü təmsil edə bilməyən təbliğ edə bilməz

sən anlayarsan xancano


2009-08-16
2. Mutu (adreano_mutu) [Giriş ]

elaydi qardasim..esasda yazilarin vereqin o biri uzune yopmasi falan ne bilim elaydi...guzel yapmissin ari cocuk...

2009-08-15
1. Emil (ESE) [Giriş ]

Xano, gozzel olub)) dogurdanda ela alinif


Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!