http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2024-04-26, 04.23MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Xancan Kərimov

Metamorfoz

Metamorfoz

 

-…Baba..

-Hə Mİkayıl

-Sabahda oçura gedəcik baba?                                                                          

-Gedəcik Mikayıl gedəcik,sən yat balam səhər nənə səni durquzar.

-Gecən Xeyrə baba

-Sənində, mənim şıltaq balam.

….Balaca Mikayıl yerinə uzandı və başladı ulduzları saymağa..Sabah tez durmalıydı oçura gedəbilməkçün, və babası ona tez yatmaq istəyəndə ulduzları saymağını öyrətmişdi oda hərdəfə belə edirdi və saymağa başlayırdı sonra birdə baxırdıki səhər açılıb bugünsə heç saymasınada ehtiyac qalmadı çünkü səhər oçurdan gəlmişdilər və yaman yorulmuşdu.Bir..İki Üç..Dördüncü ulduz və o yatdı..

-Mikayık,ay Mikayıl dur nənəqurban, dur balam-səhərlər Mikayılı durquzmaq elədə böyük əziyyət tələb etmirdi o artıq öyrəşmişdi tez durmağa və nənəsi Simuzər xanım bir neçə ağız çağırdıqdan sonra o artıq oyanmışdı

-Gəlirəm nənə durdum.

        Hər səhər o başdan durub baba nəvə oçura gedərdilər,oçur da bütün kəndin mal-qarası toplanar və növbəylə hər evdən bir ya iki nəfər kənd heyvanlarını otarmaqçün yaylaqa aparadılar.Bu növbəli sistemində adı oçur idi.Qonşularındakı Əlsoltan bəy bacısı oğlunun toyu səbəbiylə şəhərə getmişdi və bugündə onun yerinə Əbdül kişi gedəcəkdi oçura.Əbdül kişi Vətən müharibəsi illərində Stalinqrad uğrunda gedən müharibələrdə döyüşmüş bir qaziydi,o odlu müharibənin ortasından sağ salamat çıxmışdı ama 4 qardaş qurban vermişdi və bu onda ağır bir yara olmuşdu.Elə bu qardaşlarının adınıda nəvələrinə qoymuşdu Məmməd,Kərim,Qəşəm və Mikayıl.Mikayıl böyük oğlun oğluydu və Əbdül kişi onu çox sevirdi ona ən böyük qardaşının adını qoymuşdu.Mikayıl hələ 3 ci sinifdə oxuyurdu və yay tətillərində kənd işlərində kömək olmaqçün babası gilə gəlirdi.Əbdül kişi gil bu kəndə 41-45ci illərdə müharibə dövründə Yerevan şəhərindən köçüb gəlmişdilər.Kənd havası çox təmiz,billur tək bulaqları,Meyvə bağları olan hələ birdə yaz gələndə hər tərəfi yam yaşıl olan bir kənd idi.Mal-qaranı otarmaqçün Mikayıl və babası bir qədər uzağa,çayın o biri tayına getməliydilər və bununçün səhər o başdan gün qızmadan yola çıxmalıydılar.

        Mikayıl səhər yeməyini yeyib həyətə çıxdı Əbdül kişinin yanına gedib:

-baba mən hazıram

-Hə Mikayıl get nənəyə de boxçanı hazırlayıbsa yola çıxaq.

       Boxçanı alıb yola çıxdılar,məhlənin başında köhnə kolxozun binası vardı səhər kənd əhli mal-qaranı oraya yığar oçurçularda ordan alıb yaylaqa aparardılar,Mikayıl və babası heyvanları alıb yola qoyuldular..uzun bir yoldan sonra gəlib yaylağa çıxdılar.Axşam saat yeddiyə qədər burda otlaqda olacaqdılar və qarşılarında uzun bir gün vardı...

       Aradan bir müddət vaxt keçdi. Gəldiklərindən 4 saat keçirdi günortaya az qalmışdı  baba və nəvə oturub boxçanı açdılar və Allah verəndən yeməyə başladılar.

-Baba mənim adımı sən qoymusan?Mama deyir baban qoyub hə?Kimin adını qoymusan baba?

-Sənin adın mənim qardaşımın,böyük qardaşımın adıdı Mikayıl.O  ad şərəfli addır Mikayıl..

-Bəs qardaşın hardadı baba?O niyə bizimlə deyil?

....Sual təsir etmişdi yaşlı kişiyə ,qəlbi titrəyirdi sanki..

-O bizimlə ola bilməz Mikayıl, o canını vətən uğrunda qurban verib,dünyasını dəyişib müharibə illərində,ama sən fəxr etməlisənki ele bir insanın adını daşıyırsan,o biləyini bükəndə bütün kəndin cavanları yığışardı ama onun biləyini aça bilməzdi.Müharibələr aldı onu bizdən..

-Müharibələr niyə olur baba?

Balaca Mikayılın sualları həmişə yaşlı kişini düşündürürdü,oda əlindən gələn qədər cavab

 verməyə çalışırdı

-Müharibələr acgözlükdən yaranır mənim balam,acgözlükdən ,qısqanclıqdan,və “qonşumda var məndə yox”dan yaranır.İnsanlar qəbul edə bilmədikləri yada onlarda olayıbda bir başkasında olan bir şeyə qarşı hər zaman savaşır müharibə elan edir və qan tökürlər.

-Ona görə nənəm həmişə müharibəni lənətləyir?Hirslənəndə köpəyoğlunun müharibəsi bizi nə günə saldı deyir bəzəndə köpəyoğlunun qaçarabovu bizi nə günə saldı  deyir.o nə deməkdi baba?

Əbdül kişi balacanın bu sözünə gülümsünüb cavab verdi:

-“Qaçarabov” yox mənim balam ,nənən Qarbaçovu söyür ama sən fikir vermə elə şeylərə nənədidə hirsləndi gözü heçkimi görmür.

-Bəs baba xaraba qalası dünya niyə deyirlər?xarabalıq nədiki?

-Xarabaxana heç kim yaşamayan uçuq dağınıq yerlərə deyirlər Mikayıl.

-Baba axı dünyada biz yaşayırıq həmdəki uçuq dağınıqda deyil axı.

Elə bu vaxtı Əbdül kişigilin qonşularından Elxan gəlib yaxınlaşdı:

-Ay salam əleyküm Əbdül dayı necəsən?Sən necəsən Mikayıl?

-Sağol Elxan,biz yaxşıyıq sən necəsən atan gil necədi?

-Sağol Əbdül dayı yaxşıdılar məndə elə burdan keçirdim sizi gördüm dedim bir baş çəkim.Ama başınız söhbətə necə qarışıbsa gəlməyimi heç hiss etmədiz-deyib gülümsündü.

-Həə Elxan ,Mikayıl məni yenə öz suallarıyla düşündürür.

-Mikayıl balayla bir neçədəfə danışığımız olub ağıllı uşaqa oxşayır,yenə nə sual verib bu kişibala?

-Deyir baba bu dünyaya niyə xaraba deyirlər,nənəm niyə həmişə dövranı söyür.

-Yaman sualdı ama ,həqiqətəndə Əbdül dayı niyə bu dünya belə dəyişib ?heçnəyin marağı qalmayıb,insanlara inam qalmayıb nə vaxtdan belə oldu insanlıq yoxsa elə belədə yaranıb? Bəs axı niyə?danış Əbdül dayı sən danış biz qulaq asaq,sizin kimi müdriklərimizdən öyrənəsi çox şeyiimiz var.

Əbdül kişi tez tez şəhərə gedib gələrdi və o sovet dövründə kendin Nerimanov adına mektebinde 10 il psixoloq işlemişdi,və insan psixologiyasını əlinin içi kimi bilirdi.Biraz düşündüb qarşısındakı qarpuzdan bir dilim aldıqdan sonra Mikayıl və Elxanın suallarına cavab verməyə başladı::

-Düzdü Elxan dünya maraqsızlaşıb çünkü insanlar maraqsızlaşıb ,insanlar dəyişib çünkü ruhlar maraqsızlaşıb sadələşib adiləşib səmimiyyət itib zamanə,dövran dəyişib, Elə bil izdihamlı bir liftdəymişcəsinə, bir-birimizə dəymədən yaşayırıq. Hər birimiz qapıya tərəf dönmüş, əllərimizi qarşıda birləşdirib başımız aşağı, kimsəyə toxunmamağa və kimsə tərəfindən toxunulmamağa çalışırıq.Necəki liftdəki insanlar bir birinə soyuq yanaşır bizlərdə elə.Liftdən nə fərqi var bu dünyanın?necəki liftlərdə insanların üzündə inanılmaz bir ciddiyyət olur bizdələrdə elə yolda yeriyən insanlar işləyən insanlar metrolar avtobuslar,insanların üzündə elə bir ciddiyyət varki sanki  hamı bir birinə düşmən kəsilib, ara sıra şəhərə gedəndə oğluma bir baş çəkim deyirəm və yolum metrodan düşür, ama hərdəfə o metrolara girəndə birdə minmərəm deyirəm,hərə bir səhv tapır metrolarda çoxu deyir pozğunluq başlayıb metrolarda çoxü deyir böyüyə yer verən qalmayıb,ama mənim dərdim bu deyil,mənim dərdim bilsən nədi Elxan,insanların üzündən zəhirmar yağır,hansıki tək qalan insanlar var tək dayanıblar düm düz əllərini bərk bərk dirsəklərdən tutub düm düz qarşıya baxırlar sağa sola baxmaq olmaz ciddiyyəti pozmazlar,ofis uşaqları var sanki robotlaşıblar kostyum əyində səliqəli daranmış saç və əldə çanta,bəzəndə yaşlı qadınlara baxıram,maskalanıb oturublar, daşıya bilməyəcəkləri ağırlıqda qır-qızıl,başlarındada bir şlyapa üz kosmetika onlarda eynilə dümdüz qarşıya baxırlar,sanki zaman durdurulub onlarçün.Dümdüz, duyğusuz bir ifadəylə sabitlə baxışlarını. Metro dayananda da sürətlə hərəkət edib, ayrıl metrodan, və yaxud yoldasansa, sərt, qərarlı addımlarla get yoluna, hara gedəcəksənsə. Sanki çox əhəmiyyətli bir işin varmış kimi davran.Onlar belə düşünür Elxan. Bir dilənçi  uşaq yaxınlaşır,baxan yoxdu ,yada baxanda söyüb qovur uşaq düz keçib gedir,sonra bir başka uşaq gəlir bu dilənçi deyil əlində “Quran” yada “Allah” yazan surələr satır,onuda tərsləyirlər yazıq uşaq peşman olur,yaxşı bayaqki dilənçi heç.Bəs bu yazıq satıcının günahı nədir?özüdə satdığı şey sənin dinindisə?oda özünə görə bir biznesmendi alır-satır mayasını gəlirini hesablayır,evindəki yetim bacı qardaşına pul aparır.niyə tərsləyirlər bilirsən?çünkü ayağında cırılmağa üz tutmuş bir ayaqqabı, rəngi solmuş bir köynək, dilənçi qılığında bir çantası var və belələri Etik cəmiyyətimizə uymur guyaki.Tərsləyirlər çünkü ümumiyyətlə başlarının içinə deyil xariclərinə maya qoymağı sevirlər, Tərsləyirlər çünkü Onun bahalı ayaqqabısı yoxdu tərsləyirlər çünkü o qazandığı azcıq pulu verib saçına sürtməkçün zirt-zibil almır o qazandığı pulu evinə aparır bir parça çörək ala bilsin deyə, Tərsləyirlər çünkü ondan gözəl ətir qoxusu yox xoşagəlməz qoxular gəlir, Tərsləyirlər çünkü o aşağı təbəqədi, çox aşağı,ama unuturlarki hərkəs eyni dərəcədə yaranıb, Tərsləyirlər çünkü o uşaq metroya jetonla minməyib o qaçıb insanların arasından tez bazar keçibki nəzarətçi onu görməsin oda alver edə bilsin və bunu insanlar oğurluq adlandırırlar ama düşünmürlərki o uşaqlar kimsəsizdir, o qap qaradı çünkü küçələrin uşağıdı qalacaq,təmizlənəcək yeri yoxdu,kir pas içindədi,adınıda qaraçı qoyublar.

Sonra dönüb arxamdakı qapıya söykənmiş cavanlara baxıram,biri bi başkası hakda: O namussuz,şərəfsiz,özünü bəyənmişin biridir deyə kiminsə arxasınca danışır,məndə maraqla bu insanın üz ifadələrini izləyir və düşünürəmki,bir başkasını bu cür dəqiq qəti ifadələrlə təsrvir edən bir insan görəsən özü hakda nə düşünür?Aynaya baxanda nəylə qarşı qarşıya qalır?Çox qəribə bir paradoksdur bu,o metroda tək tək insanlara yaxınlaşıb soruşsan hər kəs özü özlüyündə yaxşı bir insan olduğunu deyəcək deməsədə sözündən bu cıxacaq, yənin məsələn tək tək o metrodakı hamı yaxşıdı polislər, əsgərlər, müəllimlər, tələbələr, müsəlmanlar, milliyətçilər, allahsızlar, marksistlər, komunistlər ,kapitalistlər və.s və.s Hərkəs Özü özlüyündə yaxşıdı. Heç kim özünə söz dedirtməz, özünü müdafiə edər hakkında deyilən həqiqəti inkar edər, inkar edə bilməsədə amma-larla başlayan müdafiə mexanizmasını işə salar ,cümlələriylə bəhanələr tapar.

Yaxşı tək-tək, hər kəs yaxşıdırsa, ən azından "əksəriyyəti" yaxşıdırsa, yaşanan həyatlar, nə üçün bu qədər pisdir?. Mənim bildiyimə görə yaxşı insanlar yaxşı həyat yaşayar. Bəs hamımız yaxşıyıqsa həyat niyə adiləşib? Adiləşib çünkü saxtakardırlar, saxtakarlığın,əks mənası dürüstlükdü, Dürüst insan isə, özünə kənardan baxıb, özünü olduğu kimi görə bilən və gördüyündəki, mənfiləri qəbul edəndir. Onlar isə özlərini çılpaq gözlə görə bilmirlər daha. Adiləşib çünkü ədalətli deyillər ,insan vicdanının ən əsas xarakteri olan ədalət yoxdu onlarda, Hansıki bu günə qədər gəlmiş-keçmiş bütün fəlsəfi, dini, etik, ideolojik "ifadələr", siyasətçilər bu kəliməyə dayanıb, amma nə qurduqları ictimai təşkilatların, nə də tək-tək insanların ədalətlə yaxından uzaqdan əlaqəsi yoxdu. Adiləşib çünkü hörmət qalmayıb,insanların ruhları o qədər zəngin deyil özü özünə hörmət edə bilməyən başkasına necə etsin. Adiləşib çünkü Məsuliyətsizdirlər bir həyatı olan hər insan məsuliyyətli olmalıdır ,və həyatın məsuliyyət tələb edən məqamlarında insanlar mızmızlanıb kənara çəkilir. İnsanlar bir birlərini kategoriyalara böldülər  bəziləri qapıçılar, hamballar, fahişələr, allahsızlar, dilənçilər oldu digərləriysə nazirlər,varlılar oldular və arada bir xətt çəkdilər,belə halda isə barışıqdan sülhdən söhbət gedə bilməz,evdə ailədə özündən balaca qardaşa buyurmaqdan fürsətdən əl çəkilmədi əlverişli şəraitdən istifadə edildi evde balacaya buyruldu,işdə müdür işçiyə buyurdu və nəticədə altdda qalanlar üsyan qaldırdı insanlıq bir birinə girdi və bunun nəticəsində bugünlərə gəlib çıxdıq,nəticədə belə oldu.

Elxan bax mənim 4 qardaşımı alıb Faşistlər,Ermənilərdə Yerevandan çıxardıb bizi ama indi bunun üstündən durub savaş elan etmək düşman gözüylə baxmaq insanları birbirinə düşman edər buna ehtiyac yoxdur əgərki sülhdən barışıqdan söhbət gedirsə onda oturub bir razılıqla həll olunmalıdır Elxan yoxsa 2-3 yaşında uşaqlarımızın beynini her gecə yuduq ve düşməni öyrətdik Ermənini faşisti yahudini düşmən olaraq tanıtdıq budu insanlıq?Erməni pis millət ola bilər lap murdarda ola bilər ama unutmamalıyıqki hamımızı yaradan var və hərəni bircür yaradıb onlar elə yaranıbsa günah onlarda deyil.

Televizoru kəşf etdik artistlər muğənnilər yaratdıq hamıya göstərdik sonra o artistlərdən xoşlanmağa başladıq heyran olduq can qurban verdik kimi onlar uğrunda özünü atdı asdı kəsdi,paltarlarımızın üstünə adlarını yazdıq,ilahiləşdirdik ölümsüzləşdirdik,onların xoşagələn xarakterlərini özümüzə götürdük, əzbərlədik, sonra bi baxdıq o olmuşuq,biz özümüz yox bir başkası olmuşuq və belə qəbul etdik ama başa düşə bilmədikki başqasının ikinci versiyası olmaqdansa özümüz olsaq daha təbii alınar. Cırıq ayaqqabılardan solğun şalvarlardan yazısı silinmiş geyimləri kürəyimizə keçirməkdən utandıq Heçkim  küçədəki gəncdən soruşmadı ay balam niyə geyiminə bu qədər düşkünsən deyə çünki qorxduq utandıq belə geyinibsə bir hikməti var dedik cahilliyimizdən qorxduq.

İnsanlar dünyanın mənasını zövqlərdə gördülər,həzz uğruna nələr nələr qurban getmədiki ay Elxan. insanlıq başa düşmədiki həyata məna verən daha dəyərli hisslər var,onlar hər şeyi dünyəvi zövqlərdə görürlər .Və başa düşmək istəmədilərki zövqlərin sərhəddi yoxdur və eyni zamanda təkrarlanan həzzlərdə bezdirici olurlar və bunun nəticəsində insanlıq yeni yeni həzzlər axtarmağa başladı narkotik,spirtli içkilərdən qopamaz hala gəldilər.Buda bizi indiki hala yəni Sabirin deyimiylə desək "Yatmışların" əsrinə gətirib çıxardı Elxan

Nə tariximizi bildik nə gələcəyimiz nə fəthlərdən xəbərimiz oldu nə məğlubiyyətlərdən bugünlərə necə gəldiyimiz heç kimi maraqlamdırmadı ,tarix anlamadıq,əzbərlədik beynimizi əzbərlə doldurduq,rəqəmlər əzbərlədik, nəticədə cəmiyyət olaraq cahillimizin gün yüzünə çıxmasından utanmaz hala gəldik.

            Uzun bir müddətdir danışırdı Əbdül kişi və boğazı qurumuşdu bu yayın istisində,yan tərəfdəki ayranı açıb üç bardağa süzdü,Elxan fürsətdən istifadə edib sualını verdi:

-Hmm sənin ürəyin lap doluymuşki Əbdül dayı,sən belə danışdıqca məndə hansı xüsusiyyətdəki insanların daha çox sevildiklərini düşünməyə başladım. Heç dedi-qodu etməyən, söz verdiyi sözündə duran, boş danışmayan, qürurluluq göstərməyən, kimsəyə haqsızlıq etməyən, kasıblara və aclara kömək edən, qohumlarını unutmayan vs. bir insanın nə qədər də mükəmməl ola biləcəyini düşündüm ama sonra ətrafıma baxdım heç tanıdığım belə biri yoxdu burdan nə nəticə çıxır bəs Əbdül dayı?niyə beləyik

   Əbdül kişi başını qaldırdı cavan oğlanın gözlərinə baxdı,Elxan hələ həyatının baharındaydı və bu yaşlarda insanların beynində “niyələr” olur?,Əbdül kişininsə 74 yaşı vardı və bu yaşındakı insanların ağlında niyələrin yerini çünkilər almış olur:

-Çünkü insanıq…-bir qədər sükutdan sonra Əbdül kişi dəvam etdi-heç kimi qınamağa dəyməz əslində,çünkü belə yaranmışıq və bizlərə bu hisslər verilib,kin nifrət və sevgi bir arada.

…söhbət çox uzun çəkmişdi balaca Mikayılda axşam mehinin gətirdiyi sərinliklə babasının dizinin dibində yuxuya dalmışdı mal-qara yaylaqda bir kənarda otlayır,Əbdül kişiylə  Elxansa Söyüd axacının altındakı bulaq başında söhbətlərini bitirirdilər və artıq hava qaralırdı evə getmək vaxtıydı..


PS: Hər Şey Axıb Gedir – PANTA REİ

Heraklitos (B.E.Ə. 576-480) – Fəlsəfənin əsas qanunlarından...

Xancan Kərimov  (romanından hissələr)

Yazar: Xancan Kərimov | Əlavə edən: admin (2009-05-27)
Baxış sayı: 1177 | Şərhlər: 11 | Reytinq: 5.0/4
Cəmi Şərh: 8
2009-07-29
8. FERID (FERID) [Giriş ]

maraqliydi.....yawina gore boyuk iw bacarmisan can

2009-05-29
7. Xancan (admin) [Giriş ]

lacrıma baba danısmayıb bu menım qurgumdu ama usaqlıgımla sentez olunub
mehrı o frazanı kım tutacaq deye gozleyırdım sen tutdun bravo))tamamen orgınaldı haa qorxusu yoxdu)) muellıf ozumem)
ımagın*Biz hamımız,bir niyəyik,məqsədimiz öz çünkimizi tapmaqdı.Amma niyələr çünkilərinə qovuşanda film bitir.İyi seyirlər*mukemmel yazıbsan

2009-05-29
6. Hemide (İmagin) [Giriş ]

Dünya niyə pisə doğru gedir?
Məncə bu sualı vermək artıq çox gecdi.İnsanlıq bu niyəyə cavab axtardığı müddətcə,dünya çox böyük bir uçurumun kənarına çatıb.Düşdü düşəcək.
Dünya neyləsin axı,biz insanlar,onu bu uçuruma sürükləmişik.Bəzən bilə -bilə,bəzən də anlamadan.
Çünki yaradılışımız belədi?Yoxsa biz niyə yarandığımızı unudub,üst-üstə səhvlər edirik?Hər səhv,daha böyük və daha çoxsaylı səhvə səbəb olur.Pozitiv feadbacklərnən yaşıyıb gedirik.Əslində,yaşadığımız həyat,böyük partlayışdan sonra artmaqda olan hər şeyin kiçik parcasıdı.Bizə düşən isə sadəcə,hissələri birləşdirərək, bu böyük və mürəkkəb puzzle-ni çözməkdi.
İnsanlar,texnikanı inkişaf etdirir,yeni kəşflər edir,amma nafilə,hər şey daha da pisləşir.Bəlkə də biz çıxış qapısını yanlış yolda axtarırıq.Bəlkə də heç çıxış yoxdu.Hər şeyə belə proqlamlaşdırılıb və belə də olmalıdı.Necə ki pozitiv feadbacklər insan həyatını ölümə aparır,bu həyatda bəlkə nə vaxtsa öləcək.
Amma bu bəlkələr içində,çırpınarkən,insan bir şeyi unutmamalıdı.Hissələri birləşdirə bilmirsənsə,ən azından öz hissəni qoru,və təmiz saxla ...

Biz hamımız,bir niyəyik,məqsədimiz öz çünkimizi tapmaqdı.Amma niyələr çünkilərinə qovuşanda film bitir.İyi seyirlər smile


2009-05-28
5. mehriban-p (mehriban-p) [Giriş ]

uzun zaman idi yeni yazın yox idi
oxudum, axir ki, kitabın haqqında müəyyən məlumat əldə edə bildik, bunun üçün sag ol
bir az Hemunqueyvari yazıbsan

Quote (xancano)
bu yaşındakı insanların ağlında niyələrin yerini çünkilər almış olur:

əla frazadı

Quote (xancano)
İnsanlar dünyanın mənasını zövqlərdə gördülər,həzz uğruna nələr nələr qurban getmədiki ay Elxan. insanlıq başa düşmədiki həyata məna verən daha dəyərli hisslər var,onlar hər şeyi dünyəvi zövqlərdə görürlər .Və başa düşmək istəmədilərki zövqlərin sərhəddi yoxdur və eyni zamanda təkrarlanan həzzlərdə bezdirici olurlar və bunun nəticəsində insanlıq yeni yeni həzzlər axtarmağa başladı narkotik,spirtli içkilərdən qopamaz hala gəldilər.Buda bizi indiki hala yəni Sabirin deyimiylə desək "Yatmışların" əsrinə gətirib çıxardı Elxan

yenə də tikanlı, sətiraltı mənalı, bravo

2009-05-28
4. lacrima (lacrima) [Giriş ]

darixdim............. sad ........... baba bunlari sene ne vaxt danisib? gedib dalasacam//// hec bize danismayib smile niye bunlar olur.......... cunki insaniq sad

2009-05-28
3. nazimi (clumsy) [Giriş ]

...sukut...

2009-05-27
2. Hmmm (Langdon) [Giriş ]

heyy bu adlar mene tanis gelir wink

2009-05-27
1. Nero (Nero777) [Giriş ]

xancano super yazmisan... yazinin sayesinde meni de maraqlandiran niyelere cvb tapdim thanks smile


Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!