http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2024-04-26, 06.53MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Xancan Kərimov

Yorğun ,mərhəmətli dünya..bağışla bizi..

http://i.milliyet.com.tr/CizerlerEnBuyuk/2008/04/20/fft26_mf30099.JpegYorğun ,mərhəmətli dünya..bağışla bizi..

Dünya...heç yorulmamısan??yorğun deyilsən?bütün bu olanlara necə dözə bilirsən dünya,dünya biz gecələr yatırıq bəs sən?sən necə dincəlirsən dünya?dünya necədə sədaqətlisən,mərhəmətlisən..dünya sənin başına nə oyunlar açdıq..heç incimirsən?İncimirsən Sezardan?Nerondan?Titodan?Hitlerdən?bu qəssabların üzündə buraxdığı izlər,ləkələr səni çirkinləşdirir ama sən o saf gözəlliyini necədə qoruyursan dünya... Dünya sənin “ağ ciyərlərin”-i Amazon cəngəlliklərini hər gün məhv edirlər necə nəfəs alırsan dünya??..için sızlamır??dünya sən necədə dözümlüsən,məğrursan..dünya Sənin o şəffaf geyimini məhv edirlər səni çılpaq buraxırlar,səni qoruyan Ozon-u bitirirlər..necə qoruyursan özünü Günəşdən??əziyyət çəkmirsən??...dünya biz sənə yük oluruq hə?..hələ birdə verdiyimiz bu əzablar...Dünya yağış yağır haa,o sənin göz yaşlarındı??məncə yox çünki elə olsa fəsildən fəsilə ağlamazdın...hər gün ağlayardın..Dünya heç üşümürsən?..Dünya o meteorlar səni ağrıtmıt?Dünya sağ tərəfindəki yaralar sağalmayıb hə?Xirosima-Naqasaki yaralarını deyirəm...bəs solundakı Çernobil necə??çox incidir hə??bizdə çox şey itirdik dünya.. 15min insanı itirdik, 50 min insan şikəst qaldı, 5 milyon adam radiasiyadan təsirləndi, 30 kilometrlik sahədə həyat dayandı,və..və… Radiasiyanın təsiri bölgədə 48 min il daha qalacaq dünya…və 300 il ora o gözəl təbiətdən məhrum qalacaq.. quşlar bülbüllər olmayacaq.. gül çiçəklər olmayacaq..dünya bu nadinc övladlarını ,bizi bağışlaya biləssən dünya..??Dünya bəs  ‘Böyük Böhran'-a necə dayandın??Bəs Adolf Hitlerin törəddiklərinə??dünya mən utanıram əcdadlarımdan.. etdiklərindən.. Yəhudi soyqırımı... Nürnberg Məhkəmələri... Fələstin problemi...İsrailin quruluşu..Sənin abidələrini dağıtdıq yenə bizlər etdik aramızdakı sapı özümüzdən olanlar etdi… Dünya deyirlər Hitlerin əkizi klonlamaq istəyirlər hə?dünya mən qorxuram ondan.. qoyma kopyalasınlar..dünya 68-də tələbələr çox nadinclik etdi hə?..bəs Kübadakı mərmilər dünya?? səni 14 gün boyunca rahat buraxmadıq,nəbzin 14 gün boyunca çox sürətlə atdı ...Dünya səncə bu niyə belədi??sən bilərsəndə səbəbini.Axı hamımızı görmüsən, sən əcdadlarımızı qonaq etmisən. dünya  biz çox ziyanverici qonaqlarıq hə?Dünya ilk qonaqğın-Adəmdə beləydi?oda ziyanverirdi?cənnətdən qovulubsa deməli oda günahsız deyildi hə?onda qanımızda vardaa hə??..Bütün bu olanlara necə tamaşa edə bilirsən dünya..necədə təmkinlisən..dünya o bəzən lərzəyə gəlirsən haa bizdə zəlzələ dediyimiz şeydən bəhs edirəm,sən elə lərzəyə gələndə mən çox qorxurdum uşaq vaxtı..Dünya qonşuların Mars Venera və o birilərinin sənə xayınlığı tuturki səndə həyat var deyə ama bilmirlərki nə əzablar çəkirsən..sənə həsəd aparırlar ama onlar bu ağrılara tab gətirə bilərdimi? Dünya necədə ürəyi açıqsan,pisədə yer verirsən yaxşıyada.. bitərəfsən,yamanlığa yaxşılıq edirsən..səni məhv edirik ama bizə suyunu havanı verirsən,dünya necədə Sadiqsən Tanrına..o səni Yaratdı və bizləri sənə göndərdi bunları qonaq et dedi sənsə heç səsini belə çıxartmadan insanoğlunun əzablarına dözdün,insanoğlu sənin şəffaf bulaqlarını tükətdi,qol-qanadlarını kəsdi ,budadı, doğradı, nəfəsini daraltdı, xəstələndirdi səni,insanoğlu öz qanın qanından olan qardaşlarını yoluxucu xəstəliklərə dücar etdi..Spid virusunu yaratdı,öz əlləriylə..Dünya bəs heyvanlar necə onlarda səni incidir hə?..ama bizim qədər yox..hm??otlaqlarını çöllərə çevirdi heyvanlar..deyəsən ən az zərəri verən yada heç verməyən bitkilərdi hm?Dünya səndən bir şey istəsəm verərsən??səndən günlüyünü istəsəm verərsən?mən tarixi görmək istəyirəm,saxtalaşdırılmış tarixi yox, həqiqətləri görmək istəyirəm,dünya sənin günlüyün mənə çox maraqlıdı,nələr var orda kimlər var..Birdə ,dünya,səndən bütün əcdadlarım adından üzr istəyirəm dünya..bağışla insanoğlunu..

P.S-Dünya sənin ,dünya mənim,dünya heç kimin..

Xancan Kərimov 1:51AM  23/11/08  Turkey/Adana

Yazar: Xancan Kərimov | Əlavə edən: admin (2008-11-30)
Baxış sayı: 816 | Şərhlər: 4 | Reytinq: 4.7/3
Cəmi Şərh: 4
2009-06-01
4. FERID (FERID) [Giriş ]

heyifki her bi kes bunu derk etmir.yeni eledikleri zererleri sad sadece durmadan gedirik...ama kimse cixib bize xatirladanda indi senin elediyin kimi durub dusunur pesmanciliq hissi cekdiyimi,cekdiyimizi anlayiriq sad

2009-02-15
3. xancan (admin) [Giriş ]

Ayka bəs görəsən o tək darixmayacaq?..

2009-02-10
2. Ajka (Ajka) [Giriş ]

Çoooooooox yaxshi yazmisan tebrik edirem. Dünya bizden yüz faiz bezib sadece elinden gelen hec ne yoxdu axi qiyameti gözlemekden bashqa qiyamet günü dünyanin bayrami olacaq azadliğa çixacaq biz insanlardan canini qurtaracaq

2008-12-27
1. QƏRİBLƏRİN YALNIZ MƏLƏYİ (DuYqU) [Giriş ]

Eh dünyada bir vaxt eyni biz insan tək yorulur.Bizim dilimiz hər şeyi hər kəsə şikayət edərkən lal dinməz dünya məcburdu susqun bu halı ilə bizi daşımağa.
Hər zamn olduğu kimi supersen


Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!