Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-04-29, 15.11MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Sentyabr » 2 » Ədəbi tənqid > Şerin ucuz yolu
Ədəbi tənqid > Şerin ucuz yolu
19.24
Bu gün şer sahəsində yaradıcılıq yarışması başqa janrlarla müqayisədə daha barizdir və son 1-2 ildə bu yarışma xüsusilə qızışıb. Sanki şairlər qeyrətə gəlib «kim daha yaxşı yazar» deyərcəsinə meydana atılıblar, ardı-arası kəsilməyən yeni imzalar və «kosmik» məhsullar mətbuat səhifələrindən aşıb daşır.
Lakin, bütün bunların nəhayətində əcəba, kəmiyyətin keyfiyyətə keçməsi hadisəsi baş verirmi? Şübhəsiz, verir.
Hər nə qədər, ədəbiyatımızın ipini öz əllərində hiss edənlər onun yolunu azdırmağa çalışsa da, ənənəvi şerin meydanı get-gedə daralmada, zamanın nəbzini tutmağa çalışan, həm məzmunca, həm də formaca yeni şer nümunələri yaradan müəlliflərin sayı get-gedə artmaqdadır. Zahir Əzəmət, Şərif Ağayar, Aqşin, Cavid Əlizadə, Sevinc, Sadiq Elyar və bir çox gənc müəlliflər əsas etibarilə ənənəvi formada şerlər yazmaqla yaradıcılığa başlamışlar, daha çox Ramiz Rövşən – Salam Sarvan əhval-ruhiyyəsində, ormanı dəyişməz saxlayaraq məzmunda nəsə yeniliklər etmənin mümkünlüyü inancı ilə şerlər yazırdılar.
Ancaq, istər həmin müəlliflər, istərsə də ədəbi prosesdə iştirak edən digər ən istedadlı şairlər yenilik anlayışının daha çox forma ilə bağlı olduğunu başa düşərək öz qələmlərinə sərbəstlik verdilər. Məhz son bir neçə ildə şerimizin əsaslı surətdə ənənəvi formalardan qopduğu və yenilik təlaşı içərisində olduğu müşahidə edilməkdədir. Qəşəm Nəcəzadə, Əlizadə Nuri, Salam Sarvan kimi ənənəvi şerdə ad açmış müəlliflərin yeni, sərbəst iadə yöntəmləri axtarışlarına yalnız sevinmək lazımdır. Və onların son yaradıcılıq nümunələri ədəbi periodun xarakterindən irəli gəlmişdir.
Əlbəttə, bu, dərindən araşdırılması gərəkən ciddi ədəbiyyatşünaslıq məsələsidir, güman edirəm ki, əgər bizim tənqidçilər 60-cıların əsarətindən qurtula bilsələr, ədəbiyyatımızdakı bu iqlim dəyişməsini də görə biləcəklər.
Lakin mənim qeydlərim sırf texniki bir momentlə bağlı olacaq.
Cavan şairlərimiz Köhnədən Yeniyə keçərkən əvvəlkinin bir çox mikroblarını da özləri ilə birgə gətirirlər. Bu mikroblardan bəzilərinin adını çəkə bilərəm : mənasız populizm, bğazdanyuxarılıq, qeyri-konkretlik, dünyanın neqativ mənzərəsini çəkmək, ruh düşkünlüyü (dekadans), poetikliyi həyatın özündə deyil, sözlərdə, söz oyunbazlığında aramaq,bədii lövhə və obraz yaradıcılığında süniliyə, qondarmaçılığa varmaq, müəllifin özünü idealizə etməsi və s.
Diqqətinizə taliyalı futuristlərin az qala yüz il bundan əvvəl – 1912-ci ildə bəyan etdikləri texniki manifestdən bir cümləni çatdırmaq istəyirəm: «Sürət əsrində yaşadığımıza görə, təxəyyülü ləngidən bütün vasitələrdən – «bənzər», «tək», «kimi», «elə bil» və s. köməkçi nitq ünsürlərindən imtina edilməlidir».
Lütfən sakit olun, Avropada vaxtını keçirmiş cərəyanlardan bizə nə, deyib yerinizdə qurcalanmayın, Avropa şerinin bizdən ən azı yüz il irəlidə olduğu acı həqiqət həbini lal-dinməz udun.
Gəlin gələlim konkret misallar üzərində danışmağa. «Filan şey filan şey kimi» virusunu ədəbi nəsillər neçə onillərdi biri-birinə ötürür:

Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartınıb, ox kimi süzüb…
/S. Vurğun/

Mənsə səni sevirəm
Susuzluğun od vurub
Köz kimi yandırdığı
Dodaq su sevən kimi…
/Ə. Kərim/

Gecələr tənhalıqda qurd tək ulayan
Sevdalı könüllərin hamısı yalquzaqdı…
/A. Mirseyid/

Piştaxtanın üstündə
Əsgərlik həyatına döyükən
Başı qırxıq kənd uşaqları kimi
Sıraya düzülüb
Heyvalar…
/R. Qaraca/

Ürəyimi Baksovetin qabağından
Bir qan topası kimi
Yuyub aparır bu qış…
/Q. Nəcəfzadə/

Misalların sayını sonsuza qədər artırmaq olar. Əlbəttə, şair ana dilində olan bu köməkçi nitq vasitələrindən yerində, xörəkdə duz miqdarında işlədərsə bu onun usta bir sənətkar olduğuna kölgə salmaz. Lakin, tutalım, Vaqif Cəbrayılzadə sayaq, bütün poetik lövhələri bu süni vasitələr əsasında qurmaq şairin texniki imkanlarının məhdud olduğu fikrini aşılayır.

…Qəbrəstanlıqlar,
vağzallar kimi
ayrılıqlarla dolu talelər…

…Tayqanın tikanlarına dəyən tək
saatlara, saniyələrə dəyə-dəyə
keçirdilər adamlar,
ölümü dirilik suyu kimi içirdilər
içirdilər adamlar…
… Səni cəngəllik kimi,
səni pələng kimi
səni pələng cəngəlliyə,
cəngəllik pələngə yaraşan tək
pələng cəngəlliyi
cəngəllik pələngi yaşadan tək
yaşayıram narım, gilənarım…
/ Vaqif Bayatlı /

Ədəbi tənqidin vaxtında görüb zərərsizləşdirməli olduğu bir məsələ. Bu qeydləri etməklə mən Vaqif Bayatlının və digərlərinin yaradıcılığını heçə endirmək niyyəti güdmürəm. Lakin Vaqif Bayatlının az qala hər şerində süni calaq yöntəmlərini tətbiq etməsi onun bir şair kimi dəyərini kifayət qədər azaldır.
Ədəbiyyatımıza yepyenicə ayaq basan gənc müəlliflərin bu naxoşluğa bulaşmasını seyr etmək o qədər də ürək açan deyil. Misal üçün:

Uzaq qərib yollarda
Cilovsuz çapan köhlənin
Ayaqları altından
Qopan daşlar kimi atıldım…
/ Sevinc /

Gecə
Xoşbəxt qadın kimi
Qaranlığı əmizdirir
Ay işığında….
/ Cavid Əlizadə/

…Allahını heç kimə qısqanmayan
peyğəmbər kimi
dərd ən yeni dindir!…

…Yağış yağır
diksinir tənha ağaclar
yatmış div kimi
ovulur ovuc-ovuc
küçədəki sükut
yanğın düşmüş ev kimi…
/Zahir Əzəmət/

Süni obraz yaradıcılığı, nəyisə nəyəsə bənzədərək, «filan şey filan şey kimi» deyərək (daha müasir variantı : «ilan şey filan şeydir deyərək», məsələn: «tapa bilmədiyim dənizdi sevgi» - V. Bayatlı, «Azadlıq ən qəti hökmdür!» - Aqşin və s.) ürəklərdə yanğı oyatmaq, birbaşa deyil, sətiraltı mənaların aktual olduğu əski zamanlarda olduğu kimi, dolayısıyla effekt doğurmaq çağdaş poeziyamızda çox yayğın hal alıb. «Bunun nəyi pisdir?» deyə bilərsiniz. Mənə görə, bu və bənzəri hallar diletantlar üçün geniş meydan açır. Ədəbi istedadı olmayan hər bir yoldan ötən əlinə qələm alıb bu üsulla şer yaza bilər. Məsələn, bu günlərdə (9 fevral 2003) «Yeni Azərbaycan» qəzetində T. Əlişanoğlunun «ən yeni sənət təzahürləri» adı altında oxuculara təqdim etdiyi «şairlərin» şerlərini gözdən keçirərkən bunun şahidi oldum. Yapon haykuları üslubunda minatür şerlərini dərc etdirən müəllif – Aydın Talıbzadə «kimi» qoşmasının əsl aşiqi təsirini bağışlayır :

…Dayanıb küçədə mövlana kimi…

…Payız girib qoynuma kaftar kimi…

…Günü kimi baxır günəşə
günəbaxan yay günü…

…Yunus balığı kimi udub məni
şəhərə gedən köntöy bir avtobus…

…Göydə ay kök, kürən tülkü kimi…

…Küləkli günlərdə
qaxaca dönmüş şor balıq kimi
görünür bakılılar…

və s.

Gördüyünüz kimi, bu cür şerlərdən birnəfəsə istənilən qədər yazmaq mümkündür. Əgər yanınızda Tehran kimi bir tənqidçi varsa, hər zaman haqınızda tərifli sözlər də deyə bilər. Elə həmin «Yenisi» qrupundan olan Rövşəninin nəzəri hazırlıqsızlığı az qala hər misrada özünü göstərir :

…Şer yazmaq istəyirəm
Toğrulun narına bənzər…

…İnam dolu sözləri
Hind palması tək …

…Sarı dəvə sürüləri tək
qaçırdı beynimizdən
yalançı ənənələr nostaljisi…

…Abşeron ənciri sanki
dostumun kövrək səsi…

…Mənə sən lazımsan
şairə metafora lazım olan kimi…

və s.

Aşağıda S. Vurğundan və Ə. Kərimdən gətirdiyimiz misallar nə qədər uğurlu idisə, bənzəyənlə bənzədilən arasında gözəgörünməz bağlar nə qədər güclü idisə, gətirdiyimiz son misallar haqında bunu demək mümkün deyil. Ceyranın yaya və oxa bənzədilməsi mənzərəni tamamlayır, ona gözəllik gətirir və şairin zərif müşahidəsindən xəbər verir. Məsələn, küləkli günlərdə bakılıların şor balıq kimi görünməsi və ya Abşeron əncirinin dostun kövrək səsinə bənzədilməsi oxucuda alayarımçıq bir təəssürat doğurur, «şor balıq» təəssüratı «bakılılar» təəssüratını üstələdiyinə görə, «Abşeron ənciri» ilə «dostun kövrək səsi» arasında heç bir bənzərlik olmadığına görə şairin istədiyi effekt doğulmur. Yox, əgər şair «mən atıram, kim necə istəyirsə başa düşsün» deyirsə, bu artıq T. Əlişanoğlu stixiyyasıdır və ciddiyyətdən məhrumdur.
Bütün bu deyilənlərdən sonra bir daha «kimi», («tək», «elə bil», «sanki») köməkçi nitq vasitəsinin üzərində diqqətimizi cəmləyək: bu nə sehrli sözdür ki, şairlər ondan vaz keçə bilmirlər? Bəzən, misallardan da göründüyü kimi, bu kəlmələrin aşırı aludəsinə çevrilirlər.
Elə isə, bu deyilənləri oxuyan şairlər ozlərini test edə bilərlər. Əgər şerlərinizdə «kimi» («tək», «elə bil», «sanki» və bu k.) qoşması 10 şerdə bir dəfə rastlayırsa, bundan əndişələnməyə bilərsiniz. Əgər 2 və ya daha çox rastlayırsınızsa, o zaman öz şairlik yetənəyiniz (qabiliyyətiniz) xüsusunda bir sağa-sola boylanmanızda yarar vardır
Category: Maraqli və Lazımlı | Views: 863 | Added by: admin | Rating: 0.0/0
Total comments: 3
2008-09-03
3. QƏRİBLƏRİN YALNIZ MƏLƏYİ (DuYqU) [Giriş ]

Mənsə səni sevirəm
Susuzluğun od vurub
Köz kimi yandırdığı
Dodaq su sevən kimi…

2008-09-03
2. Vusale (Vuska) [Giriş ]

tesekkur smile

2008-09-03
1. Strange (Strange) [Giriş ]

eziyye gore sag ol

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024