Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2024-03-29, 05.32MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Sentyabr » 02
     Qarabaq xanının birinci vəziri XVIII əsrin məşhur siyasi və ictimai xadimi Molla Pənah Vaqif xalqımızın orta əsrlər ən'ənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şe'rlər yazmış görkəmli şairlərindəndir. Onun yaradıcılığı Azərbaycan poeziyasının gələcək inkişafına böyük tə'sir göstərmişdir.Vaqif 1717-ci ildə Qazax yaxınlığındakı Salahlı kəndində anadan olmuşdur. Belə bir fikir var ki, omun əcdadları böyük Füzulinin də mənsub olduqu Bayat tayfasından olub. Onun valideynləri haqqında çox az şey mə'lumdur. Bəllidir ki, onun babasını Süleyman, atasını Mehdi, anasını isə Ağqız çağırmışlar.
     Pənah yaxşı təhsil görmüşdü. O, fars və ərəb dillərində yaxşı danışır, astronomiya, riyaziyyat, arxitektura, musiqi və poetika üzrə geniş biliyə malik idi. O, Qazaxda tanınmış alim və pedoqoq Şəfi əfəndinin yanında oxumuşdu. Bə'zi salnaməçilər belə hesab edirlər ki, sonrakı təhsilini Gəncədə və yaxud Təbrizdə alıb. Orası da mə'lumdur ki, Vaqif təhsilini başa vurduqdan sonra əvvəlcə Qazaxda, sonra isə Qarabağda məscid nəzdində fəaliyyət göstərən mədrəsədə dərs demiş və elə burada da Molla Pənah adını almışdır. Bu zaman onun alimliyi haqtında xəbərlər Molla Pənahın vətəninin hüdudlarından çox-çox uzaqlara yayılır. Hətta xalq arasında belə bir məsəl də yaranır: "Hər oxuyan Molla Pənah olmaz."
Kateqoriya: Məşhurlar | Baxış sayı: 11190 | Müəllif: admin | Tarix: 2008-09-02 | Reytinq: 0.0/0 | Şərhlər (3)

Winston Churchill     
1874-1965  
1874 doğulan "Sir" ünvanı sahibi Winston Leonard Spencer-Churchill, dünya tarixində əhəmiyyətli yeri olan, II. Dünya Döyüşü d
övründəki İngiltərə baş naziri. Ədəbiyyat budağında 1953 Nobel Mükafatına layiq görülmüşdür. Anektodlarıyla da məşhur olan Churchill, 9 Aprel 1963də Ağ Evdə özünün qatıla bilmədiyi bir mərasim ilə şərəf A. B. D. vətəndaşı olmuşdur.
Winston Churchill, 30 Noyabr 1874də Woodstock, Oxfordshire, İngiltərədə dünyaya gəldi. Churchillin əhaliyə qeydli olduğu soyadı Spencer-Churchill olmasına qarşı, atası (Lord Randolph Churchill) və özündən sonra, ailəsi, yalnız Churchill soyadını istifadə etməyə başladı. Winstonun siyasətçi Atası Randolph, 7. Marlborough Dükünün üçüncü oğlanı, Anası Lady Randolph Churchill (Jennie Jerome) isə Amerikan milyoneri Leonard Jeromenin qızı idi.
O dövrdəki digər uşaqlar kimi o da uşaqlığının böyük bir qisimini pansion məktəblərdə keçirdi. "Harrow School"d
a oxuduğu dövrdə isyankar xarakteri səbəbiylə bir çox dəfə cəzalandırıldı. Bu quruluşuna qarşı, İngiliscə və Tarix kimi bəzi dərslərində olduqca müvəffəqiyyətli idi və eyni zamanda məktəbinin eskrim çempionu idi.
Kateqoriya: Məşhurlar | Baxış sayı: 1788 | Müəllif: admin | Tarix: 2008-09-02 | Reytinq: 0.0/0 | Şərhlər (1)

Bu gün şer sahəsində yaradıcılıq yarışması başqa janrlarla müqayisədə daha barizdir və son 1-2 ildə bu yarışma xüsusilə qızışıb. Sanki şairlər qeyrətə gəlib «kim daha yaxşı yazar» deyərcəsinə meydana atılıblar, ardı-arası kəsilməyən yeni imzalar və «kosmik» məhsullar mətbuat səhifələrindən aşıb daşır.
Lakin, bütün bunların nəhayətində əcəba, kəmiyyətin keyfiyyətə keçməsi hadisəsi baş verirmi? Şübhəsiz, verir.
Hər nə qədər, ədəbiyatımızın ipini öz əllərində hiss edənlər onun yolunu azdırmağa çalışsa da, ənənəvi şerin meydanı get-gedə daralmada, zamanın nəbzini tutmağa çalışan, həm məzmunca, həm də formaca yeni şer nümunələri yaradan müəlliflərin sayı get-gedə artmaqdadır. Zahir Əzəmət, Şərif Ağayar, Aqşin, Cavid Əlizadə, Sevinc, Sadiq Elyar və bir çox gənc müəlliflər əsas etibarilə ənənəvi formada şerlər yazmaqla yaradıcılığa başlamışlar, daha çox Ramiz Rövşən – Salam Sarvan əhval-ruhiyyəsində, ormanı dəyişməz saxlayaraq məzmunda nəsə yeniliklər etmənin mümkünlüyü inancı ilə şerlər yazırdılar.
Ancaq, istər həmin müəlliflər, istərsə də ədəbi prosesdə iştirak edən digər ən istedadlı şairlər yenilik anlayışının daha çox forma ilə bağlı olduğunu başa düşərək öz qələmlərinə sərbəstlik verdilər. Məhz son bir neçə ildə şerimizin əsaslı surətdə ənənəvi formalardan qopduğu və yenilik təlaşı içərisində olduğu müşahidə edilməkdədir. Qəşəm Nəcəzadə, Əlizadə Nuri, Salam Sarvan kimi ənənəvi şerdə ad açmış müəlliflərin yeni, sərbəst iadə yöntəmləri axtarışlarına yalnız sevinmək lazımdır. Və onların son yaradıcılıq nümunələri ədəbi periodun xarakterindən irəli gəlmişdir.
Kateqoriya: Maraqli və Lazımlı | Baxış sayı: 1856 | Müəllif: admin | Tarix: 2008-09-02 | Reytinq: 0.0/0 | Şərhlər (3)

Adolf Hitler (d. 20 Aprel 1889, Braunau am Inn, Yuxarı Avstriya - ö. 30 Aprel 1945, Berlin, Almaniya), 1933 etibarı ilə Almaniyanın baş naziri və 1934dən ölümünə qədər Almaniyanın Führer[1] iydi. Nasyonal Sosialist Alman İşçi Partiyası (NSDAP)ın qurucusu və başçısıidi.
Hitler, Almaniyada Birinci Dünya Döyüşü sonrasında yaşanan Böyük Böhrandan güc qazandı. Təbliğat və karizmatik bir dillə, alt və orta təbəqənin iqtisadi istəklərinə ümid verirdi; bunun yanında da müəyyən bir səviyyədə nasyonalizm, anti-semitizm və anti-kommunizm də təqdim edirdi. İqtisadiyyatın təkrar qurulması, yenidən silahlandırılmış bir ordu və totalitar və faşist bir rejimlə; Hitler təcavüzkar bir xarici siyasət izləyərək Alman "həyat sahəsi"ni (Lebensraum) genişlətmək məqsədiylə Polşaya hücum etdi. Sürətli təcavüzkar döyüş taktikaları ilə qurduğu Mihver Dövlətləri ittifaqı Avropa və Asiyanın böyük hissəsini zəbt etdi.
Kateqoriya: Məşhurlar | Baxış sayı: 1929 | Müəllif: admin | Tarix: 2008-09-02 | Reytinq: 0.0/0 | Şərhlər (0)

Orxan Pamuk

Orxan PamukOrxan Pamuk "doğulduğu şəhərin melanxolik ruhunu axtararkən mədəniyyət qovuşmalarını və çatışmalarını xarakterizə edən yeni simvollar kəşf etdiyinə görə" 2006-cı ildə  Nobel mükafatına layiq görülən ilk türk yazıçısıdır. Orxan Pamuk 1952-ci il iyunun 7-də İstanbulda anadan olub. Üç il Nyu-Yorkda yaşamasını nəzərə almasaq, demək olar ki, bütün həyatını elə İstanbulda keçirib. O, üç il İstanbul Texniki Universitetində, paralel olaraq, İstanbul Universiteti nəzdindəki Jurnalistika İnstitutunda təhsil alıb. Müntəzəm olaraq, 1974-cü ildən - 22 yaşından yazmağa başlayıb. Onun "Cövdət bəy və oğulları" adlı ilk romanı 1979-cu ildə "Milliyet Press"in mükafatna layiq görülüb. 1982-ci ildə eyni adla çap edilən bu kitab 1983-cü ildə Orxan Kamal adına mükafat alıb. "Sakit ev" adlı ikinci romanına görə 1984-cü ildə "Madarali Novel Prize" mükafatını qazanıb.
Kateqoriya: Məşhurlar | Baxış sayı: 1923 | Müəllif: admin | Tarix: 2008-09-02 | Reytinq: 0.0/0 | Şərhlər (3)


Copyright MyCorp © 2024