Sovet vaxtında 14 fevral sevgililər günü kimi qeyd olunurdu. Sonra Sovet dağıldı ancaq millət bu günü yenədə bayram olaraq qeyd etməyə davam etdi. Sonra bizim millətin başbilənləri gördülərki boşluqdu, etməyə heç nə yoxdu yığışıb yenilik etmək qərarına gəldilər. Bu yenilikdə nə olsa yaxşıdı sevənlərin gününü deyişmək. Dedilər başqa günmü yoxdu kı biz də hamı ilə eyni gündə tebrik edirik sevdiyimizi? Dedilərdə dediklərini etdilərdə, dəyişib iyunun otuzuna saldılar. Amma nədənsə heç hiss olunmur. Yenədə camaat öz bildiyi günü bayram edir. Həm biz bəlkədə yeganə ölkəyikki bizim iki sevgililər günümüz var. Guya sevginin nə olduğunu elə yaxşı öyrənmişikki hələ ildə 2 dəfə də qeyd edirik bunu. Birazda bugünün tarixinə nəzər salaq. Bugünlə əlaqədar çoxlu rəvayətlər var. Onlardan birində deyilirki, Valentine adlı bir keşiş bir qizi dəlicəsinə sevir ancaq qovuşmaqları imkansız olur. Bu dərdə dözənməyən Valentine intihar edir və öldükdən sonra ürəyinin qıza göndərilməsini vəsiyyət edir. Digər rəvayətə görəsə, Roma imperatoru ikinci Claudios Romanı özünün ağır qanunları ilə idarə edirdi. Onun üçün ən böyük problem orduda kifayət qədər əsgərin olmaması idi. Bunun səbəbi isə Roma gənclərinin evləndikdən sonra ailələrini yalnız qoymaq istəməməkləri idi. Buna görədə imperator evlilik qadağası qoyur. Valentine isə o vaxtlar kilsədə keşiş imiş. Bu qadağaya baxmayaraq gizlicə sevənləri evləndirirmiş. İmperator vəziyyəti öyrənincə Valentinenin ölüm hökmünü verir. O gün bu gün 14 fevral sevənlərin gününə çevrilir.
Günümüzdə bu bayram sevgililərdən daha çox ticarətçilərin - əsasəndə gül satanların bayramına çevrilib. Bayram qabağı qiymətlər də birə beş qalxır. Onsuz qiyməti nə olur olsun alacaqlar başqa yolları yoxdu. Təsəvvür edin kimsə (əsasəndə kişilər) bugündə sevgilisinə hədiyyə verməsə nə qırğın düşər. Hətta sonu ayrılıq belə ola bilər. Ay kişilər taleyinizlə zarafat etməyin mütləq hədiyyə alın əks halda həyat sizinlə çox pis zarafat edə bilər...
Birdə bugünün başqa üzü var – qaranlıq üzü desək daha doğru olar. Bugünün pis tərəfi də odurki, yalnız insanların yalnızlıqlarını üzlərinə şapalaq kimi vurur. Bu şapalağın təsiri gün ərzində keçmir. Bugün ona sanki uzun, bitib tükünməz bir gün kimi gəlir. Gün ərzində baş verənlər onlara mənasız gəlir. Çünki o bugün yalnızliğa məhkumdur... Bax bu da Sevgililər gününün digər görünməyən, diqqətdən kənar qalan üzüdü. Deməli bugün kimiləri üçün – sevgililər günü, kimiləri üçünsə - yalnızlar günüdü...
P.S. Bunu dəqiq bilirəmki bugünü bir çox insan heç sevmədiyi birisi ilə keçirir, sadəcə sevgiçilik oyunu oynayır. Görəsən bunun səbəbi nədi? Yalnızlıq qorxusumu???