Şəxsiyyət müasir psixologiyanın ən mühüm kateqoriyalarından biridir. Psixologiyanın kateqorial sistemi özünün iearxik strukturuna görə müxtəlif kateqoriyaların sistemli düzülüşünə malikdir. Şəxsiyyət bu strukturun önündə gedir. Şəxsiyyət konkret ictimai varlıqdır.Şəxsiyyətin aşağıdakı əlamətləri vardır: 1) şəxsiyyər şüura malik olmalıdır 2) şəxsiyyət nitqə malik olmalıdır 3) şəxsiyyət ictimai tarixi təcrübəni mənimsəyə bilməlidir 4) şəxsiyyət ictimai tarixi təcrübəni başqalarına ötürə bilməlidir 5) şəxsiyyət əmək alətlərindən istifadə etməyi bacarmalıdır 6) şəxsiyət əmək alətlərini qoruya bilməlidir Hər bir insan fərd kimi gəlir yəni bioloji xüsusiyyətləri ilə insan kimi doğulur, lakin zaman keçdikcə şəxsiyyətə çevrilir. Şəxsiyyət psixologiyasında fəaliyyət anlayışı mühüm əhəmiyyət kəsb edir. Fərdiyyət şəxsiyyətin özünə məxsus pixoloji səciyyəsidir. Şəxsiyyətin inkişafında həm irsi amillər, həm də sosial mühit mühüm rol oynayır. Bu baxımdan belə bir fikir söyləmək olar ki hər bir şəxsiyyətin inkişafı həm onun anadan gəlmə irsi xüsusiyyətlərindən, həm də düşdüyü şəraitdən asılıdır. Belə bir fikirdə mövcuddur ki, şəxsiyyətin mühit yetişdirir. Lakin bu o demək deyil ki, şəxsiyyətin inkişafında irsi amillərin rolu inkar olunmalıdır. Conn Lok belı bir fikir irəli sürmüşdür ki, insanın beyni ağ lövhədir. (tablorasa) Conn lokk və onun tərəfdarları belə düşünürdülər ki, insanın şəxsiyyət kimi inkişafı şəraitdən daha çox asılıdır. Psixoloqlar, məs: XX ci əsrin görkəmli Amerika psixoloqu Karl Yunq belə bir iddia ilə çıxış edirdi ki,hər bir fərd doğularkən müəyyən irsi imkanlarla doğulur, xüsusi genetik proqrama malikdir və bir proqramı həyata keçirmək üçün istiqamətləndirilməlidir. Şəxsiyyətin inkişafında 2 mühüm cərəyanın xüsusi rolu olmuşdur. 1) biogenetik 2) sosiogenetik biogenetik nəzəriyyə şəxsiyyətin inkişafında bioloji amillərə üstünlük verir. Bu cərəyanın tərəfdarları şəxsiyyətin inkişafında bioloji amillərin rolunu ifrat dərəcədə artırırlar. Sosiogentik cərəyanın tərəfdarları şəxsiyyətin inkişafında şəxsiyyətin sosial amillərin rolunu önə çəkirlər. Hər iki nəzəriyyə yanlışdır. Şəxsiyyətin inkişafı həm bioloji həm sosial amillərdən asılıdır.
Ziqmund Freyd mənşəcə yəhudi olsada 1856 ildə mayın 6da Avstraliyada anadan olmuşdur. Freydin ailəsi kifayət qədər imkanlı olmasa belə onun valideynləri freydin təhsilinə uşaqlıq illərindən etibarən xüsusi təhsil vermişlər. Bu isə təsadüfü deil. Freydin istedadlı uşaq olması valideynlərinin diqqətini cəlb etmiş və onlar Freydin böyük alim kimi yetişməsində əhəmiyyətli rol oynamışlar. Freyd gənc oglan olarkən cəmiyyətdə yəhudilərə qarşı genosid müvcud idi. Buna görə də yəhudilər yüksək vəzifələr tuta bilmirdilər. Freyd isə böyük arzularla yaşayırdı. Lakin o tezliklə anladı ki, yalnız 3 sənətdən birini seçə bilər: ya tacir, ya vəkil, ya da həkim ola bilərdi. Freyd həkimliyi seçdi. Freydin könülsüz olaraq başladığı koreyera çox uğurla nəticələndi. O, dünyanın ən güclü psixologuna çevrildi. XX ci əsrin əvvəllərində dünya psixologiya elmində inqilab etdi. Öz dövründə freydi qəbul etməsələrdə sonralar dünya psixoloqları onun əsərlərindən faydalanaraq sanballı nəzəriyyələr yaratdılar. Freyd orta məktəbi bitirdikdən sonra Vyana üniversitetində tibb fakültəsinə daxil oldu. Tibbi təhsil aldıqdan sonra Freyd tələbə dostu Bleyerin işlədiyi Şarkonun klinikaslna getdi. Onu belə bir sual narahat edirdi: Nə üçün insanlar ömrünün yaradıcı vaxtında ruhi xəstəliyə düçar olur? Bu məqsədlə o, Bleyerin əsəbdən iztirab çəkən xəstələrini müşahidə obyektinə çevirdi. Günlərin bir günü o, xəstələr arasında Anna adlı qızı gördü. Anna 18 yaşında idi və güclü əsəb nəticəsində həm hərkət aparatı dayanmışdı, həm də nitq aparatı pozulmuşdu. Annanın nitqi pozulduğu üçün o özünün xəstələnmə səbəblərini izah edə bilmirdi. Freyd təklif etdiki, onu hipnoz etsin. Hipnoz vaxtı şüur aktı öz fəaliyyətini dayandırır, şüursuz meillər meydana çıxır. Bu zaman insan ən gizli arzusunu belə qarşındakı adama söyləyə bilər. Anna da belə oldu, hipnoz vaxtı öz xəstəliyinin səbəblərini izah etdi. Məlum oduki Annanın atası ağır xəstədir, ayaqları tutlmuş əlildir. Ananın böyük arzuları var. O, təhsil almaq, sevdiyi oğlanla rəqsə getmək istəyir. Atasının xəstə olması isə ona mane olur. Bir müddət nakam qalmış arzulayırla yaşayan Anna sonradan güclü əsəb keçirir və xəstələnir. Psixologiya tarixini öyrənən alimlər qeyd edirlər ki, Annanın müalicəsi yarımçıq qalmışdı. Çünki o öz həkimi Bleyerə aşiq olmuş və Bleyer onu müalicə etməkdən imtina etmişdi. Lakin Freyd öz nəzəriyyəsini yaratdı. Onun nəzəriyyəsinin əsas müddəaları aşağıdakılar idi: Insanın psixikası 3 yerə ayrılır: 1) şüur 2) şüurdan kənar 3) şüuraltı Freyd qeyd edirdi ki, insan şüurdan kənar ideyalarını şüur qatına keçirməzdən əvvəl onu senzuradan keirdir. Bəzi ideyalar bu senzurada qalır. Freyd belə hesab edirdi ki, senzurada qalan ideyalarımız şüuraltı zonaya sıxışdırlır. Freyd həmin zonanı Cəhənnəm adlandırır. Freyd psixikanı analiz edərkən obrazlı şəkildə belə bir müqayisə aparır. Şüurdan kənar ideyaları eyvana bənzədir. Şüur qatını isə otaq anlayışı ilə eyniləşdirir. Deməli, eyvandan, şüurdan kənar şüurumuza daxil olan ideyalar, fikirlər, arzular otağa keçməzdən əvvəl qaramlıq dəhlizdən keçməli olur. Freyd belə hesab edir ki, insanın bir çox gizli arzuları, istəkləri, ideyaları qaranlıq dəhlizdə qalır. Yəni, qaranlıq dəhliz şüuraltı zonadır, insan öz həyata keçməyən arzulaarını həmin zonaya sıxışdırır. Sıxışdırılmış və susdurulmuş ideyalar qaranlıq dəhlizdə yığılaraq müxtəlif əsəb xəstəliklərinin başlanğıcına çevrilir. Freydin əsas ideyası bundan ibarət idi ki, insanı 2mühüm qüvvə, daha doğrusu 2 mühüm instink – cinsi həvəs və özünü müdafiə idarə edir. Freydin əsas məqsədi şüurun rolunu heçə endirmək deyildi, özündın əvvəlki alimlərdən fərqli olaraq freyd indanın yarımçıq qalmış qalmış arzularının unudulmadığını lakin susturularaq şüuraltı zonaya sıxışdırıldığını qeyd edir. Məhz buna görə də Freyd insanlara məsləhət görürdü ki, həddindən artıq özünə tələbkar olmasınlar, bacardıqca arzularını reallaşdıra bilsinlər. Lakin insan özünə həddən artıq olar dedikdə insan xudbin eqoist, pozğun adama çevrilə bilər. ən yaxşısı orta yolu tapmaq olur. Bununla bağlı olaraq Freyd sublimasiya anlaışını işlədir. Latın sözüdür. “dəyişmə” deməkdir. Bəzən insanlar nakam qalmış ideyalarla yuxuda sublimasiya edir. Freyd belə hesab edir ki, bəzən insanın gizli istəkləri, susdurulmuş ideyaları, zaman keçdikcə nəinki unudulmur, əksinə güclənir. Məsələn: təsəvvür edin ki, oqressiv ata hər gün oğlunu müxtəlif bəhanələrlə döyür. Qəlbində ataya qarşı böyük nifrət yaranan oğlan bu nifrəti şüuraltı zonaya sıxışdırır. Lakin oğlan böyüdükdən sonra bu şüuraltı ideyalar şüurqatına keçə bilər, onu idarə edə bilər. Freyd psixologiya elminə bir neçə mühüm anlayış gətirmişdir: frusturasiya, identifikasiy şüursuzluq meilleri və s.
psixologiyaya həmişə maragim olub Ziqmund Freydə isə həmişə rəgbətlə yanaşmışam belə bir yazı üçün TƏŞƏKKÜRLƏR ! "Freyd insanlara məsləhət görürdü ki, həddindən artıq özünə tələbkar olmasınlar, bacardıqca arzularını reallaşdıra bilsinlər. " amma maraqlı 1 nüans var ki, bu məsləhətinin əksinə olaraq Freyd həyatı boyu özünə qarşı çox tələbkar olmuş, istəklərini reallaşdırmadan pzünün qeyd etdiyimi kimi onları qaranlıq dəhlizdə-şüuraltında saxlamışdı Freyd mənim üçün məhşur psixolog deyil, maraqlı və rəgbət etdiyim şəxsiyyətdi