Bu tezis ilə konfransda çıxış etmişdim. Və bu sadəcə o mövzudan bir
parçadır. Sizinlə paylaşmaq istədim. İnşallah xoşunuza gələr və və
ardınıda sevinərək sizinlə paylaşaram.
Şüurun mühüm növlərində
biri də DİNİ ŞÜURDUR. Dini psixologiya XIX cu əsrdən etibarən müstəqil
sahə kimi araşdırılmağa başlandı. Son illərdə istər Amerika, istərsə də
Avropada dini psixologiya sürətlə ön plana çıxmaqdadır. Psixoloqlar
belə hesab edirlərki, dini şüurun əsas xüsusiyyəti ondan ibarətdir ki,
bu şüur səviyyəsində insanlar (dindarlar) qeyri-real, fövqəladə
ideyalara inanır. Din psixologiyasının əsas mövzusu dinsəl
yaşayışın insana necə təsir etməsidir. Belə ki, insanda nə qədər sağlam
dini şüur formalaşıbsa, o qədər də həyatın zorluqlarından keçməkdə
çətinlik çəkməyəcək. Bunu bir çox şeyə əsaslanıb demək olar. Belə ki, bəzi psixoloji rahatsızlıqların səbəbləri olaraq bunları deyə bilərik : ~ Ruhun ehtiyaclarının ödənilməməsi; ~ İnancın itirilməsi və ya sarsılması; ~ Həyat problemlərinə qarşı çarəsiz qalma;
~ İnsanın bütün rahatını, dincini itirib, qorxunc, qaramsar bir halda
yaşaması , və s. Bu kimi hallar insanı psixoloji rahatsızlıqlara düçar
edir. Amerikalı psixiyatr HENRİ LİNK demişdir ki, psixoloji xəstəliklərin əsas səbəbi imansızlıqdır. O “Dinə Dönüş” əsərində özünün imana döndüyünü və xəstələrinə də imanlı olmaqlarını tövsiyyə etdiyini yazmışdır. Link, “Necə ki ilk dəfə elm məni dindən uzaqlaşdırdı, sonrada yenə elm məni təkrar dinə yönəltdi”. Eyni zamanda dinin psixoloji baxımdan insana gətirəcəyi faydaları izah edərkən də bunları dedi : “
Bunu ifadə etmək istərəm ki, önəmli olan, mənim toplumdan bir fərd
olaraq dinə dönməyim deyil. Əsas önəmli xüsusiyyət, psixologiya elminin
belə bir dönüşün səbəbini kəşf etmiş olmasıdır. Bir çox elmlər
insanlara bir çox dəyərlər qazandıra bilər. Ancaq, fərd ve topluqda iç
hüzuru gətirən, xəstəyə sağalmaq ümidi verib onu rahatladan, ailələrin
qəlblərinə damla damla xoşbəxtlik işıqları yağdıran yeganə ünsür,
İMANDIR.” Bir alman filosofu olan Leibniz də, “ Ruhi
sıxıntıyı və ya tədirginliyi yox etmək üçün, insan ağıl yoluyla ALLAHA
inanmalıdır. Çünki bu sıxıntı, ən birinci şübhədən doğar, şübhə də
qəbin parçalanmasına səbəb olur.” deyir. Bir insanın ALLAHa
sağlam bir inancı olursa, müxtəlif inancların və ideyaların beynini
yormasına imkan verməz. Beləliklə, insan o yorğunluqdan doğan
gərginlikdən qurtulmuş olar. Elə insanlar vardırki onlar hansı dinə
iman edəcəkləri barəsində qorxuya düşərlər, hətta stresə də düşərlər.
Psixoloqlar belə insanlarla işləyərkən çox asta olurlar. Daha çox
onlara güclü bir inanca sahib olmanın gərəkli olduğunu anlatırlar.
Yenə, imanlı insanların həyatlarında imanın əsas ünsür olduğu üçün
onlar “ruhi xəstəliklərə” də düçar olmazlar. Filosof Aleks Karrel də, bu mövzuda bunları qeyd edər: “Bugün
əgər biz dəhşətli böhran içərisində isək, bunun tək və ən önəmli
səbəbi, müasir toplumun maddı dəyərlərə çox düşkün olması və mənəvi
problemləri arxa plana atmasıdır. Maddi həyata düşkünlük insanlığa
səadət gətirməyi bir yana, həyatın xarab olmasının belə qarşını
alabilməmişdir. Çünki gerçək imanın itməsi, insanı qorxunc bir mənəvi
uçuruma sürükləmişdir. ” Bütün Müsəlmanların dini, İSLAM
dini, iman edənlərə yaxşılıq etməklərini və pislikdən də uzaq
durmalarını əmr edər. Bunu bu ayədə açıq görə bilərik: “Yaxşı
əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin
yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara,
peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə,
kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf
edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən,
sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir.
Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz
onlardır” (ƏL-BƏQƏRƏ 2/177)
"Bir alman filosofu olan Leibniz də, “ Ruhi sıxıntıyı və ya tədirginliyi yox etmək üçün, insan ağıl yoluyla ALLAHA inanmalıdır. Çünki bu sıxıntı, ən birinci şübhədən doğar, şübhə də qəbin parçalanmasına səbəb olur.” deyir. "
Nur, etiraf edirəm ki, yazılarını əvvəl oxumamışdım, son günlərdə print edib rahat vaxtda oxudum, çünki kompdan rahat oxuya bilmirəm. çox bəyəndim yazılarını, bilmədiyim şeylər vardı, onları oyrendim, bunu üçün təşəkkür edirəm
Din əvvələr sadəcə din olaraq təbliğ edilirdisə artıq gənc yetişən nəsil dini hər branşta təblig edir yazar yazisinda müəllim dərstə psixolloq öz araşdırmalarında doktor tibbdə:P yəni hərə öz sahəsi ilə dinimiz arasındakl əlaqəni prtaya qoysa bu inqilab olar və hamı bizim tərəfə keçər nur tanemizdə buna uyğun olaraq öz sahəsiylə din arasındakı bağlantını göstərib öz azısında əlada alınıb təbriklər..