Salam... Mən bu mövzunu yazanda fikirləşdim ki,çoxunuz yazımı qulaq ardısına vuracaqsınız.Amma içinizdə məni anlayanlar,mənə qulaq asanlar da olacaq. Mənim mövzum adından göründüyü kimi cəmiyyətimizin baş bəlası olan ŞƏRAB haqqındadır. Çoxunuz şərab içmisiniz,bəziləriniz hətta indi də içirsiniz. Və həmin şərab içənlər mənim bu sözlərimə gülərək özlərinin klassik sözü olan "içib özüvü apara bilirsənsə şərab halaldır" sözünü deyəcəklər. Nəsə mən onlara fikir vermirəm,özləri bilərlər. Keçək əsas mətləbə... Hamımız bilirik şərab Müqəddəs Kitabımızda haram buyrulub. Müsəlman olan şəxs şərab içməməlidir. Şərab içən şəxsi cəhənnəm əzabı gözləyir. Amma vaxtında tövbə etsə bəlkə mərhəmətli Allah şərab içəni yəni alkaşı bağışlayar. Şərab içmək çox-çox fəsadlar törədir,ailələr dağıdır,dava-dalaşa,şərəfsiz ölümə səbəb olur. Şərab içmək kişilərdə və qadınlarda sonsuzluğa,övladın şikəst,anormal doğulmasına səbəb olur. Mən bir çox ailələr görmüşəm ki,şərab üstündə dağılıb. Ailədə olan dava-dalaş uşağın pisixologiyasına mənfi təsir edir və onun normal inkişaf etməsinə mane olur. İnanın biz özümüz hiss etməyə də bilərik amma çərab bizim düşmənimizdir.
|