Sus,ay bülbül!Dayan cüyür!Əsmə yel. Bir ürək var arzu ilə alışır. Qaçma dovşan!Çaxma şimşək!Axma sel! Ana söz istəyib,ana danışır. Qulaq asın kövrək qəlbin səsinə, Təbiətin ən sevimli kəsinə. Səs yayılsın bütün yer kürəsinə. Ana söz istəyib,ana danışır. Nadan,ayaq saxla!Alim,bir dayan! Odur bu dünyada bizi yaradan. Uçmasın bir milçək belə havadan. Ana söz istəyib,ana danışır. Saxla bu işini,saxla sabaha. Usta taqqıldatma çəkici daha Susmasaq batarıq böyük günaha, Ana söz istəyib,ana danışır. Sürücü motoru söndür bir anlıq, İnsanlıq göstərək,böyük insanlıq. Ondadır!Uşaqlıq,gənclik-cavanlıq. Ana söz istəyib ana danışır. Şagirdləri çağır,müəllimi çağır. Xəstəyə yastıq ver,həkimi çağır. Polisi,qanunu,məhkumu çağır. Ana söz istəyib,ana danışır. Ey tənhalar,ey yalnızlar,toplaşın, Çarəsizlər,qərarsızlar toplaşın. Analılar,anasızlar toplaşın. Ana söz istəyib,ana danışır.
|