AD GÜNÜ
Nədənsə son zamanlar heç sevmirəm ad günlərimi, hər il həmin o gün yaxınlaşanda qaçib hardasa uzaqda olmaq istəyirəm. Qaçıb uzaqda deyirəm, sanki rabitə qüvvəsindən qurtulmaq olar). Hədiyyələrin, sürpirizlərin cazibəsi də məni özünə darta bilmir. Niyə belə olur ? Niyə əvvəlki kimi həmin günü həyəcanla gözləyib planlar qurmuram. Niyə əvvəlki kimi həmin günü dəli kimi sevinib əylənmirəm. Niyə, niyə.....? Məgər ömür yoluna keçilmiş cıgırın müəyyən məsafəsindəki döngədən burulub yeni bir cıgırla addımlamaq gözəl deyilmi? Yeni hisslərə, həyəcanlara, zərbələrə, sevinclərə, gözlənilən-gözlənilməz hadisələrə yol almaq həyəcanverici və cazib deyilmi?! Bütün xanımlar kimi yaşımın üzərinə yaş gəlməsindən qorxmaga başlayıram deyəsən, yüngülvari də olsa depresiyaya düşürəm. Səbəbi də sudan boş bəhanələr... Məgər hər gələn il kamilliyin zirvəsinin növbəti pilləsi deyilmi? Bəlkə də həmin gün ötüb küçənlərə hesabat aparmagımdandı, bəlkə də itirdiklərimin qazandıqlarımdan çox olmasının fərqinə varmagımdandı?! Tərslikdənmi, xoşbəxtlikdənmi ildən-ilə təbrik və hədiyyələrin sayı artır. Keçilən həyat yolunda qazanılmış və qazanılmaqda olan dostlar, tanışlar, iş yoldaşları, qohumlar.... İşdə kollektiv təbrik edir, mən təbrikləri qəbul edib gülümsəyirəm. Amma ürəyim və gözlərim gülmür. Bu indi belədirsə bir neçə il, yaxud 10 il sonra necə olacaq? Həmin gün mənim günümdü. Başqa vaxtlar həmin ərəfədə kaprizlərimin sayı həddindən artıq çoxalıb, bəzəznsə məcrasından çıxardı. Amma son illər nədənsə kaprizlərimin də, arzularımın da sayı azalıb. Amma yaxşıdı ki bu gün nə qədər çox sevildiyini, səni sevən ətrafdakılara nə qədər çox lazım oldugunu digər günlərə nisbətdə daha qabarıq anlayırsan. Nə yüksəklıkdə gözüm var, nə də para-pulda. Sadəcə gələn illərdən diləyim mənə ugur, saglıq və inana biləcəyim sevgi gətirməsidir. Xoş gəldin yaşımın üzərinə yeni il.
|