SƏRHƏDSİZ AZADLIQ!!!
Sərhədsiz
azdlıq...Hər istədiyni edə bilmək,hər arzunu yerinə yetirə bilmək
istəyi...İnsan övladının arzuları tükənməzdir,tələbi daima artmaqda və bununla
əlaqədar olaraq zövqləri də inkişaf etməkdədir.Biz əlbəttə ki həyatdan birşeylər
istəməliyik,bu ən azından bizim həyati tələbatlarımızı ödəmək üçün
vacibdir.Maddi tələbatlarımızı ödəmək ən təbbi haqqımızdır əlbəttə ki.Bəs
mənəvi tələbatlar necə?Onları ödəməyə bilərikmi?Əlbəttə ki yox.
Bu aralar bu
mənəvi tələbat mövzusu çox dəbdədir deyəsən.Düşündüm ki mən də gücüm çatandan
bu məsələyə (öz səviyyəmdə) münasibət bildirim.Vaxt var idi mənəvi tələbatdan
heç danışan yox idi,amma insanlar bunsuz nəinki ölmürdülər,hətta bizdən iki
dəfə də uzunömürlü olurdular.Nəysə,sözüm bunda deyil.Bildiyimiz kimi ən
dəyişkən istəklər və aşıb-daşan arzular gənclik çağlarında olur.Hər kəs
gəncliyini öz anladığı şəkildə faydalı keçirməyə çalışır,çüki hər kəs
gəncliyinin tez keçəcəyini bilir,hər nə qədər bunu özünə etiraf etməyə
çəkinənlər olsa da...İndiki dövrümüzdə isə gənclərin,ələxsus da gənc xanımların
ən böyük arzusu sərhədsiz azdlıqdır.Yəni
hər istədiyini edə bilmək arzusu.Düşündüm,görəsən bu sərhədsiz azdlıq nə olan
şeydi?Yəni bunu əldə etdiyin zaman insan xoşbəxtliyin zirvəsinəmi çıxır?Nədir
sərhədsiz azdlıq?Məgər biz azad deyilikmi?Hər istədiymizi etmirikmi?Özümüzə bir
baxaq:İstədiyi yerə gedir,axşam 10da evə qayıdır,istədiyni geyinir,görüşdüyü
biri var,dostları var və s.hansıki hamısını saysam çox uzun olacaq.Bunula belə
sərhədsiz azdlıq axtarmaq düzgündürmü?Kimilərinə görə bəli.Amma mənə görə
yox.Şünki sərhədsiz azdlıq dedikdə mənim ağlıma Avropa gəlir.Ordakı qadınlar
xoşbəxtdirmi?Atasız,ələxsus da nigahsız uşaqlar,hər gün narkomaniyaya qurban
gedən,dəhşətli yolxucu xəstəliklərin pəncəsində can çəkişən,insanlıqdan və
insanlardan kənarlaşan bu qədər insan kimin və ya nəyin
qurbanıdır?Cəmiyyətin?Bəlkə zəmanənin?Yox,onlar sadəcə öz “sərhəd tanımayan”
arzularının qurbanıdırlar.Halbuki məşru dairədəki ləzzətlər bizim zövqümüzü
doyurmaq üçün kafidirlər.Bunlara səbə nədir bəs?Məncə insanın öz yaradılış
qayəsini unutması və ya bundan məlumatsız olmasıdır.Biz insanlar ancaq bu dünyada yaşayıb kef çəkəm üçün
gəlməmişik dünyaya.Qurani-Kərimdə deyilir "Mən
cinləri və insanları, ancaq Mənə qulluq etsinlər deyə yaratdım." (Zâriyât:
56).Bunu heç də Əsarət kimi anlamaq düz deyil.Sadəcə yaradılış qayəmizi
unutmayaq.İnanın ki həqiqi xoşbəxtiyin adresidir bu ayə.Amma gəl gör ki dəymaq
bilməyən nəfsimiz bizə sonda ancaq və ancaq zəlalət bəxş edir.
|