Otaqda tək idim.Çox qorxdum,qaranlıqdan həmişə
qorxardım.Qaçıb ona sığındım,o necə də güclüdür...Ən sevdiyim oyuncağımı dostum
sındırdı,həm kədərləndim.həm də qorxdum.O gördü gözümdəki kədəri,üzüntünü,
təsəlli etdi,yenisini alacağına söz verdi.Sevimli qabını sındırdım
diqqətizlikdən.”bir yerini kəsmədin ki?” deyə həyacanla soruşdu,sevgisini
göstərdi.Məktəbdə çətinlik çəkdim,ona yönəldim.Tək hiss etdim özümü,dostum
oldu.Ad günümü xatirlamadılar deyə agladım,öpüşləri ilə təlafi etdi.Zaman-zaman
qadağalar qoydu qarşıma,həyata keçirmək istədiyim bəzi şeyləri əngəllədi,mənə
zərər gəlməsin deyə.Dəstək oldu,arxa oldu.Kürəyimi soyuq divarlara söykəyib
ağlamaq istəyəndə divarla aramdakı istiliyi duydum hər dəfə.divarla arama
girdi,üşüməyim deyə...Dözdü hər əziyyətimə,sentimental xasiyyətimə,nazımla
oynadı...Hər yeni günə sevgiylə başladı.Qayğılarım artdıqca daha da yaxınlaşdı
mənə.Mən oldu,içimə doldu sevgisiylə.Küsdüm ondan zaman-zaman,hətta məni
sevmirsən dedim.Dilim quruyaydı kaş...
Böyüdüm,uçdum
arzuların qanadlarında,gözüm görmədi heç nəyi.Hədəflər seçdim,arzularım
artdıqca artdı.ona etinasızlıq göstərdim.O isə məni sevməkdən,mənə qayğı
göstərməkdən bir gün belə bezmədi...Mən sahibkar olacam! dedim,Ən çətini
budu,bunula həyat imtahanindan “5”
alaram deyə düşündüm.Amma dünyadakı ən şərəfli işin nə olduğunu görmək belə istəmədim.Bir
ömür boyu çəkilən şirin əzabdan xebersizdim sanki.Bir gün məndən “səncə
dünyadakı ən varlı insanlar kimlərdir?” deyə soruşdu.”biznesmenlər” dedim.O isə
gülümsəyərək “2”
aldın dedi.Çox düşündüm bu sualı və onu incitdiyim günlərin birində dünyadakı
ən varlı adam sualına cavab
tapdım....ANALAR!!!Dünyanın ən çox qazandıran işi analıqdır.Əziz xanımlar bir
daha düşünün.Sizcə dünyada övladdan daha “bahalı” nə ola bilər? Bəlkə cox
sevdiyimiz işimizdən bir az daha vaxt ayıraq körpələrə?Unutmayaq ki bu iş bütün
işlərin ən şərəflisidir.Çünki bu
vəzifəyə bizi Aləmlərin Rəbbi Allahu-Təala (c.c.) təyin edib!
|