“MƏN” və MƏN istəyirəm ki...
Yenilik olsun istəyirəm,yeni geyimlər istəyirəm,yeni əyləncələr
istəyirəm,yeni məşğuliyyətlər istəyirəm,hər günüum başqa cür keçsin
istəyirəm,son texnologiyaları istəyirəm,lüks avtomobil istəyirəm,3 yox
yox 5 mərtəbəli villa istəyirəm,səyahətə cıxmaq istəyirəm...Bir sözlə
desək “MƏN” coxlu pul istəyirəm!!! Təhsil həyatimda yeniliklər
olsun istəyirəm,yeni dostlarım olsun istəyirəm,köhnə dostlarımın
həyatında yeniliklər olsun istəyirəm,insanları sevmək istəyirəm,güclü
imana sahib olmaq istəyirəm,gözəl ailə istəyirəm,saglamlıq
istəyirəm,yaxşı cəmiyyət istəyirəm,gözəl əxlaq istəyirəm,öyrənmək və
öyrətmək istəyirəm,idrak istəyirəm,hisslər istəyirəm,kainata gülümsəyən
dünya istəyirəm...Bir sözlə desək MƏN əbədi səadət istəyirəm!!! GÖRƏSƏN BU İSTƏKLƏRİN HANSİ İNSANİ XOŞBƏXT ETMƏYƏ QADİRDİR?
Istəyərdinizmi milyonlarla pulunuz olsun?Kim istəməz ki...Pulunuz
olsun,amma ətrafinizda heç həqiqi dostunuz olmasin,pulunuz olsun amma
saglamlığınız olmasın,pulunuz olsun amma yer üzündə heç gülümsəyən
insan olmasın...Mən istəməzdim.Hər gün yataqdan dimdik ayağa qalxa
biliriksə,hər gün günəşin doğduğunu,hər zaman təbiətin dəyişdiyini görə
biliriksə,sevdiklərimizə “sizi sevirəm” deyə biliriksə deməli biz varıq
və biz xoşbəxtik.İnsani xoşbəxt edən həmişə “kiçik şeylər” olur.Məsələn
səhər yuxudan qalxanda anamızın bizdən necə yatdıgımızı
soruşmağı,atamızın “sabahın xeyir” deyişi kimi.Bir düşünün,bu sözlərə
möhtac neçələri var?!Yada övlad gülümsəməsinə həsrət olanları düşünün
və sizin gülümsəmənizin,hətta sadəcə olaraq sizin var oluşunuzun
kimləri xəşbəxt etdiyini düşünün,həyatınızdakı “kiçik şeylərin” əslində
necə böyük gücə malik olduğunu görməyə çalışın.Hər birimiz “əşşi əsas
can sağlığıdı” dediyimiz halda niyə özümüzü xəşbəxt saymırıq?Bəlkə
içində olduğumuz xoşbəxtliyi görə bilmirik?Dünya gözünə və ağıl gözünə
sahibiksə geriyə bir tək şey qalır GÖZLƏRİMİZİ AÇIB BAŞIMIZI
QALDIRAQ.Xoşbəxtlik bizi gözləyir!