Gənclik-hər birimizin həyatindaki ən önəmli mərhələ...Evlilik-hər gəncin gizli və ya aşkar ən böyük arzusu...Xüsusilə də xanimların.Elə bir qız tapılmaz ki gəlinlik donu geyinmək istəməsin.Hər gənc müəyyən yaşa çatdıqdan sonra gələcəyi barəsində düşünməyə başlayır.Kimi ailə quracağı insanı axtarır,kimi isə özünü gələcək ciddi münasibətlərə hazırlamaq üçün “təcrübə”toplamaq həvəsinə düşür.Bu ayrı məsələ... .Bir digər insanlarsa tenhaliq çəkir və içində daima bir boşluq hiss edir,xüsusilə xanımlar...Və təəssüf ki bir çoxları bu tənhalıqdan “yaxa qurtarmaq” üçün dövrümüzdə çox geniş yayılmış olan tanışlıq portallarına üz tuturlar,”mən xoşbəxt olacam” düşüncəsiylə...İlk başlarda həqiqətən xəşbəxt olur,çünki məhz onun yolunu gözləyən “ağ atlı şəhzadə” ordadı.Adi başlayan tanışlıq sonradan davamlı yazışmalar və daha sonra “rəngarəng” görüşlərlə gənc xanimi özünə çəkir,daha doğrusu uçrumun kənarına...Bəziləri müvəqqəti görüşlərdən sonra ayrılır(xoşbəxt sonluq deyərdim mən buna),bəziləri isə sonda gəlinlik kimi ağ geyinir,ağ kəfən geyinir,qızlığıyla vidalaşır,arzuları ilə vidalaşır,daha dəhşətlisi ailəsi və hətta həyatı ilə vidalaşır... Hər gün buna oxşar yüzlərlə hadisə baş verir,hər saat neçə-neçə qızlarımız “ag atlı şəhzadələrin” toruna düşür...Gəlinlik donları tikən bir tanıdığım var,çox həvəslə işləyir,gənc qızlar ən gözəl günlərini daha da gözəl keçirsinlər deyə.Tanışlıq portalı işlədənlə gəlinlikçi...Hər ikisi gənclər üçün çalışır,amma biri gənclərə gəlinlik tikir,digəri isə KƏFƏN...
çat... bəlkədə mənim qədər çata nifrət edən azsaydadı. günahı isə aldadandan çox aldananda görürəm. bu xasiyyətimə görə mənə çox zaman amansız deyirlər, amma neyləyim beləyəm, məncə günah aldanandadı, cəzasını elə özü çəkməlidi
Chat sozunu niye bele boyutmusunuz? Yazina fikir verdim sanki qizlara yaigin gelir onlara qurban kimi baxirsan.... Amma axmaq bashin cezasini beden ceker deyibler... ne chati, ne onu yaradib idare edenleri gunahlandirmaq lazim deyil insanlara kefeni onlar tikmirler her insan oz taleyini ozu yazir...... Chat sohbet etmek vaxt oldurmek ucun olan mekandi ora ozune er axtarmaga geden qizdan ne gozleyesen? Sadece bedbextdi bu qeder. Menim hec ele qizlara yazigimda gelmir onsuz agilsizlar bu dunyaya sadece insanlarin sayi duz olsun deye gelibler men buna inaniram... Hem inaninki chat olmasa bele o oz axmaqliginin qurbani olacaq bashqa yerde oglanmi yoxdu guya???
dediklerinle cox raziyam.hec adam illerle tanidigi adamdan ele zerbeler alir ki....................qalsin ki,bele bir tanisliga.mence,bu sadece ozunu aldatmaqdir
o dediklərinlə mən də razıyam.əlbəttə ki bu da bizim problemlərimizdən biridi.amma mən bilən ub yavaş-yavaş aradan çıxmağa başlayır,indi insanlar bir-birini tanimağa daha çox üstünlük verir.bu bir tərəfdən yaxşıdı,amma bunun da zaman-zaman acı nəticələri qızlarımızın "başında çatlayır".kimsə çıxıb deyə bilər ki ağlı olsun,onu etməsin,bunu etməsin.amma aldanılma faktı da danılmazdır.
GÜLNAR DEDİKLƏRİNDƏ HƏQİQƏT VAR. AMA MƏNİM FİKRİMCƏ BELƏ OLMAYA DA BİLƏR. MƏN BELƏ DÜŞÜNÜRƏMKİ SADƏCƏ XARİCİ GÖRÜNÜŞƏ ÖNƏM VERİB AİLƏ QURANLAR DAHA ÇOXDU GÜNÜMÜZDƏ. ÇOX GÖRÜRÜK Kİ YA TOYDA QOHUM BƏYƏNİB GƏLİN EDİRLƏR YADA TƏK GÖZƏLLİYİ NƏZƏRƏ ALARAQ , HEC DAXİLİNİ (+ VƏ YA - XÜSUSİYYƏTLƏRİ) ÖYRƏNMƏDƏN BİRGƏ YOLA QƏDƏM QOYURLAR. MƏNİM TANIDIĞIM ÇOX QIZ VARKİ EVLƏNƏCƏYİ OĞLANI SADƏCƏ GÖRÜB, BELƏKİ QOHUMDULAR, ATA ANAYA XƏBƏR GÖNDƏRİRLƏRKİ QIZ RAZI OLSA OĞLUMUZLA EVLƏNDİRƏK. BƏDBƏXTLİK BURASINDADIKI QIZ CAVAB VERMƏK ÜÇÜN OĞLANIN ŞƏKLİNİ AXTARIR. AİLƏ HƏYATINA BELƏ DIRNAQ ARASI BAXILMASI FACİƏDİR MƏNCƏ. SÖZÜMÜN CANI ONDADIRKİ ÇOX YOX BƏZİ HALLARDA CHATDA MƏHZ DÜZGÜN MÜNASİBƏT QURULARAQ EVLƏNMƏK OLAR. YƏNİ SÖHBƏT ETMƏK İNSANI YAXŞI TANIMAĞIN ƏN GÖZƏL YOLUDUR. AMMASIDA VARKİ ODA SƏNİN MƏQALƏNDƏDİ. SƏNƏ QATILIRAM HƏM DƏ QEYD ETDİYİM KİMİ DÜŞÜNÜRƏM. ÇOX SAĞ OL CANIM