Mənə sevgidən danış...
Solan sevgi deyilsə
Mənə ürəkdən danış...
Əgər o döyünürsə
Mənə hisslərdən danış...
Keçən hisslər deyilsə
Mənə könlündən danış...
Əgər məni sevirsə
Danış, ey gözəlim susma gecə tək
Əmr et, pıçıldasın o yanan ürək
Daniş ey qəlbimin sahibi mələk
Qoy duysun sevgini o əsən külək
Gizlətmə qəlbində o saf hissləri
Yağdır, yağmur kimi gözəl sözləri
Qoyma intizarda yanan gözləri
Daniş, əsirgəmə məndən kəlməni
Sənin eşqin ilə döyünür ürək,
Sən ise susursan yalqız dəniz tək
Söylə eyibmidir sevirəm demək?
Incə duyğuları yara bildirmək
Həsrətlə gözləyib bircə kəlməni,
Ümidsiz yaşadım sənsiz günləri.
Kədərin qoynunda saxlama məni,
Danış, qoy ürəyim dinləsin səni.
Mənə hisslərdən danış...
Keçən hisslər deyilsə
Mənə könlündən danış...
Əgər məni sevirsə
|