Qayıt gəl! Gecələri soyuq olur qürbətin Sensiz olmaq ölümdəndə çox çətin. Qılınc təkin kəskin olub həsrətin Ürəyimi doğrayıbdır bu xəncəl Sənsiz yaman darıxmışam, qayıt gəl. Sənsiz olmaq ola bilməz, yalandı. Bir gün keçdi, dedim nə çox yubandı. Həsrətindən ürəyim parçalandı Kimsə buna olmayacaqdır əngəl Sənsiz yaman darıxmışam,qayıt gəl. İllər oldu sanki səni görmürəm, Sənin üçün yaşayıram ölmürəm. Tutmadıqca əllərini, dözmürəm. İnan, əlim tutmayıbdır başqa əl, Sənsiz yaman darıxmışam, qayıt gəl. İnanma Yalançı sevgili olsa ürəkdə, Sevgisin yadına salmaz,inanma. Həqiqət olmasa qəlbində sevgi, Adını ağzına almaz, inanma. Ömrünə ziyanlar dəyərsə sənin, Üzülsən, əzabla keçsə günlərin, Vəfasız insanın, yalan sevginin. Qəmindən gözləri dolmaz, inanma. Həqiqət sevgidir, mənim bu sevgim Onunçün sevməyə çatıbdır ərkim. Yalandır desələr bu sözü hər kim, Mənim sevgim yalan olmaz, inanma...
|