Bəzən insanları anlamaqda çətinlik çəkirəm hər bir kəs sarılıb öz doğrularına baş alıb bir yoldur ki, gedir.Anlamıram.Bəzən düşünmürlər ki, onların doğruları səhvləridir.Və ya səhvlər doğrular üzərinə qurulub.Bəs səhv nədi doğru nədir?Hələ aydın olmazkən nədir bu düşüncələrdə gəzən şiddətlər?Var olanlara biganəlik hətda inamsızlıq nədən hardan başlayır?Kimdir buna səbəb nədir buna gətirən səbəb?İnsanın həəyatı dərk etməsi elə mürəkkəb bir düsturdur ki, bu düstura baxmaq kifayət deyil yaşayıram demək.İnsanlar bir birini anlamaqdansa inadlaşmağı,müzakirə etməkdənsə mübahisəni seçiblər.Bəzən nə istədikləri etdikləri kimi məçhuldu... DEyəndə muhiti,cəmiyyəti zəmanəni gözlərimizə kül kimi atırıq. Cəmiyyət nə istədiyini bilməyən biz siz gənclər deyilmi? Zəmanə hər ağlına gələni edən yazan hətda həyata keçirən düşüncəsiz gənclərin bütövləşdiyi məkan deyilmi? Etdiklərimiz və də edəcəkərimizlə ətrafımıza saçdığımız emosiya məhz bu qaranlıq muhit deyilmi? Doğrunu yanlışlarınızda axtarın.