Bax
onda əsgərə yazığım gəlir.... teymurdan”
– tapdığı qara üzlü dəftərin arxasında oxuduğu bu
yazıdan heçnə anlamayəb dəftrəin ilk səhfəsini açdı-
“..hamımızın
həyatında qaraladığı gündəlikləryada
xatirə dəftərləri vardır.Kimiləri hər yerə özüylə gəzdirər , kimiləri unudub
buraxar ,kimiləriysə yastığının altında gizlədəro qara üzlü dəftərini.Özümüzdən belə
gizlətdiyimiz sirlər olar bu dəftərlərdə .Kədərlərimiz, sevinclərimiz,
ümüdlərimiz..hər səhfəsində ayrı bir həyat,ilk
eşqimiz ilk böyük yalanımız ilk çekdiyimiz sigaret , ilk qorxumuz , ilk
öpüşümüz , eve gecikende atamızın vurduğu ilk şillə..hamıda olmasa belə bir
çoxumuzun yaşadığı anlardır bunlar..bəzən yazmaqdan sıxılar açar geriləri
oxuyarıq bəzənsə “görəsən 3 il sonra
necə olacam” kimi qeydlər yazarıq dəftərin sağına soluna..səhfələri
çevirdikcə o səhfələrinyazdıldığı günə
dönərik bəzi səhfələrdəysə qurumuş göz yaşı,keçmişimizdən ən acı xatirələrlə..Ən qiymətli fikirlərimiz nələr idi,
Ən sıx yaşadığınız hisslərimiz nələr idi, Ən əhəmiyyətli hərəkətlərimiz nələr idi? Yazardıq…birazda çalışardıq ədəbi
olsun..qurduğumuz cümlələrlə öyünərdik…”-bu sətrləridə oxuyub dəftəri bir neçə səhfə irəlirə çevirdi
bu yazı əvvəlkindənbir neçə ay sonraya
aid idi,mürəkkəbin izləri səhfələrin tərs tərəfinə hopmuşdu, yazı güclə
oxunurdu,maraq bürüdü və oxumağa başladı – “
İspan olardım Amerikalıları qılıncdan keçirməklə öyünərdim ,sahillərimin alaman ingilis və
ərəblər tərəfindən işğalını görməməzdən gələrdim, küçələrimdə öküzlər gəzərdi
,qadınlara təsir etməkçün dar şalvarlar geyinərdim.
Amerikalı qırmızıdərilərdən olardım ,onlar kimi at
oğrusu ,quldur dəstə başçısı, qiyamçı olardım, terorist olardım ölkəm hər zaman döyüşlərdən qalib qayıdardı,
rembo yada terminatorda ola bilərdim.
İngilis olardım isti pivə içərdim, həftədə birdəfə
duş qəbul edərdim, maraq dolu turist ya tacir vəya müstəmləkəçi, keçmişimlə
yaşayaraq hələdə imperator olduğumu düşünərdim, yada Prens Charlesin yolunu gözləyərdim.
Avustralyalı olardım bütün ölkələrdən uzaqda, babamın
tanınmış cani olmasıyla öyünərdim , bu dəfə soyuq pivə içərdim,içərdim yenə
içərdim..
Alman olardım türkləri nökər edərdim,darıxanda
başka millətləri də darıxdırardım tariximi gizlədərdim ,cox sıxışanda
günahkaram deyərdim..
Fransız olardım itaətli olardım, ilbiz yada qurbağa
yeyərdim, danışığımdan qadınlar huşun itirərdi, çirkin olsamda film ulduzu
olardım.
Hindli olardım sabahdan axşama qədər meditasiya,
ətrafımda inəklər, kamasutra, evimin içində meymunlar olardı..
Afrikalı olardım bütün yardım kampanıyaları mənimçün
olardı, qohumlarım ya basketbolçu ya repçi yada belkə birgün oyuncaq prezident
olardı.
Yapon
olardım dövləti idarə edənlərin kreslosundan qalxmasıyçün ölməsini
gözləməzdim.
Erməni olardım ki göyçə mahalında yaşayım yada
zəbt etdiyim Şuşada.
İtalyan olardım bilərdimki yaraşığım var ya da
day-dayım.
Yəhudi olardım kimisi kimi dilənçi sələmçi yada
banker..
Çinli olardım,yox olmazdım.
Bəlkədə
mexikalı bir kovboy olardım,yada Tolstoy olardım..ama sonda onun etdiyi
kimi müsəlman olmazdım..Yada qanun olardım,yox yada olmazdım.Picasso, Bethoven, Aristo , Da vinci ,yada İsgəndər olardım ama olmadım. Niyə
bilmirəm , bəlkə tanrı onları daha çox sevib, yada tam tərsi mənə yazığı gəlib.
Tərk edilmiş bir evin krantından axan bir damla suda ola bilərdim çiçəklərin dirlik suyu bir parça polendə ola bilərdim ama olmadım. Zəhər olub damarlara axmaq necə??..Apaçi olardım qaraçı , barbar ,
bəlkədə bir dilənçi olardım..
qürurlu bir dilənçi.. hər nə qədər doğrudursa bu təzad.. partizan olardım döyüşlərdə bəlkə vasililərə bir koməyim dəyərdi.. yada bəlkə Argentina steplərində gecə gündüz işləyən əkinçi olardım , nökər,xidmətçi ,çavuş, zabit,yada
nizamlı bir ordu olardım.
Apollonolardım musiqinin , incəsənətin şeirlərin
tanrısı ,Zeusun oğlu Artemisin qardaşı olardım.gümüşdən
yayım olardı,heç vaxt yalan danışmazdım,xəstələrin ümüdü apollon olardım, Honos olardım bilərdimki qürür , ədalət
və cəngavərlik tanrısıyam ,mizrağım olardı,,, Janus olardım başlanğıc və sonun hakimi..Liberalites kimi cömərd, Poseidon
kimi hiddətli olardım üç dişli yabam olardı, dənizlərin hakimi olardım ,Afrodit olardım göyərçinim olardı mənə
sadiq , eşq tanrısı olardım,Ares
olardım əzərdim döyüşlərdə haqqsızları öz mizrağımla ,Atena olardım güclü məntiqim olardı qorxudardım şimşəklə
düşmanlarımı, yada elə Zeus olardım
mütləq hakimiyyətin sahibi,tanrıların tanrısı.Anam hər gün təkrarlayır- qonşunun oğlu gülməmməd qədərdə
olmadın-,bəxtəvər başıma.
Olmadım türk
oldum hər sabah vətəni milləti qurtarmaq üzrə yeni bir senaryoyla oyanıb bu günün
işini sabaha buraxanlardan oldum,musiqi dinlərkən eşitdiyim hər hansısa kədərli
bir mahnıyla həyata küsən,arxasınca gələn sonraki mahnıdaysa qalxıb şappur
şupur oynayanlardan oldum..bütün dünyanın xaos deyə bağırdığı günlərdə mən
gülüb oynayanlardan oldum..qonşuma baxıb onda var məndə yox deyənlərdən, içini
yeyənlərdən oldum,qeyrəti əllərə verib kişiyəm deyə gəzənlərdən oldum,nə
yazdığını bilməyənlərdən oldum ele bu qeydlər kimi, sağ qulaqdan alıb soldan
verənlərdən oldum, pir-ocaq qapılarında donunun ətəyini cırıb ağaclara
bağlayanlardan oldum,həyatını ataların zarafatıyla korlayanlardan oldum..”- cümlələr hər dəq onun sinirlərini oyadırdı qatı
milliyətçiydi və millətinin belə alçaldılmasına dözə bilmirdi ama anlamırdıkı
yazını yazandigər millətləri
dəstəkləmir nədə millətlərlə bir davası yoxdu sadəcə nə ola bilərdi ama nə olduğunu
yazıb,o xarabalıqdan tapdığı bu dəftərin kimə aid ola biləcəyni yada bura necə
gəldiyini fikirləşirdi bunu yazan indi həyatdadı ya yox öz ağlında götür qoy
edirdi,dəftərin cox səhfəsi cırılmış əzilmişdi üz qapağında Enigmam yazısı güclə oxunulurdu
səhfələri dahada iləri çevirdi - “Nifrət
etdiyimiz işlərdə işləyib lazımsız şeylər alırıq,bizlər tarixin ortancıl
övladlarıyıq məqsədimiz yada yerimiz yoxdur,bizim savaşımız ruhani bir savaşdır,televizor
qarşısında böyüdülərək milyoner film ulduzu yada rock ulduzu olacağımıza inandıq,ama
olmadıq və bu səbəbdən çox hirsliyik..!!” - sözlər
hansısa filmdən tanış gəlirdi görünür qeyd üçün yazılmışdı səhfənin sonunda
Sabirin şeirinden bir parça yazılmışdı
“Çıxdı günəş
doldu cahan nur ilə,
Cütçü sürür tarlada çüt şuur ilə,
Atlar öküzlər kotana güc vurur,
Gah yeriyir gah yıxılır gah durur.” -
altınada balaca həriflərlə-“heç cütçüdə ola
bilmədim”–
sözləri yazılmışı.Artıq səhfələri daha tez tez çevirməyə başlamışdı və hər
səhfədə gözünə qısa qısa sözlər cümlələr ilişirdi –“hurt agony pain, love it.”,“Simurg”,“İlyada”“Həyatdan istefa edirəm”, “ Mən tanrıya qiptə
edirəm,millətdə mənə”,“İnsanlar kalleşdir”,“Mənim Tanrım Sərxoş”, “Hər kəs özünü axtarır,mənsə özümü qururram,sıfırdan.”,
“Safonun lənəti”,“ Beynimlə ürəyimin savaşı”,“biraz seratonin cox az”, “Не верь, Не бойся, Не проси !!!”,“nullibizm” ,“kleo”– hər səhfədə hər
vərəqdə yarımçıq mütəlif dillərdə yazılar, sloqanlar, qeydlər.. “Zaman hər şeyi deyişdirir
tıpkı kendini yenilediği gibi,ama bizim ondan farkımız o her seferinde aynı
rakamların etrafında dönüp durarken biz her seferinde yeni bir düşünceye
kapılıp gideriz ve eskiye sadık kalmayız bu bizim sadakatlığımızımı yoksa
doğruya sadık kalmamızımı gösterir bilemeyiz bildiyimiz tek şey yaptığımızın
doğru olduğu ve tabi kendimize göre..”
Oxudu oxudu oxudu sonra saatına baxdı çox gec
olmuşdu getməliydi cibindən mavi qələmini çıxarıb dəftərin alt tərəfinə bir
cümlə yazdı -“əgər həyatdasansa ,məqsədsiz gələcəyə
doğru addım addım ilərləyən narsist,o biri tərəfdəsənsədə cəhənnəm qapısının
nökəriolmusan yəqin..(arzuna çatdın
təbriklər)” – Sonra tapdığı bu qara dəftəri elə aid
olduğu bu xarabaxanaya tullayıb gecənin qaranlığında yox olub getdi...
Xancanheyata reng qatmaqcun universitet oxumaqdansa kucelerde dilenmeyi secerdim// hem de belke de azadlığa qovuşmaq üçün... http://qeribler.com/forum/133-3547-1
...beyninden çox süretle keçen fikirleri,sanki ellerinin gücü yetirib kağıza yaza bilmirdi.Axı əllərinin yazma sürəti fikirlərinin sürətindən çox-çox az idi.Buna göre de prabeller yaranırmış kimi fikir qırıqlığı olurdu...dayandı.yazdığını oxuyub "Lənət sənə şeytan" deyerek defteri kitabların arasına atdı.Yenice alışdı defteri.Qalın deri cildli bir defter idi.Uzun zamandan beri onu rahat buraxmayan düşüncelerini yazmaq isteyirdi.. tekrar defteri götürüb açdı.. "...insanların meqsedi nədir?insanlığın məqsədi nədir? yox onlar nə məqsədlərini bilmirlər nə də...nə də nə etdiklərini.deyəsən onlar heç öləcəklərini də bilmirlər.yoxsa...yoxsa bir neçə illik ömürləri üçün bu qeder servet toplamaqçün, bu qədər haqsızlığa yol verməzdilər." ...artıq dəftərin neçə neçə səhifəsi dolmuşdu.bəzən dünyanın gərdişinnən bəzən sadəcə öz hisslərinnən bəzən də... "...yox bu qədər də məqsədsizlik qyəsizlik olmaz.Günümüzə qədər adlarını həyatlarını əzbər bildiyimiz bu insanlar ağılsızın biridilər.Bonapart-nəqədər çəkdi ki hakimiyyəti .sonda buna görə kimsəziz adaya sürgün olunub elə ordaca ömrünü bitirdi..."tarixin gah ireli gah gerisine gedir bu kimi neçə neçə şeylər yazıb giley dolu sözlər yazırdı."onların əllərində bu qədər imkan,güc varkən nə etdilər,"bu yerde öz özünə düşündü "mən olsaydım.mən Napaleon olsaydım...mən Şah Təhmasib olsaydım...mən Hitler olsaydım...mən ... olsaydım..." ...xeyli zaman sonra artıq defterin yarıdan coxu yazılmışdı.indi ise gündüz şahidi olduğu bir hadisəni yazırdı.marşrutda bir cibgirin sərgüzəştindən... tamaladı.səhifə yarımlıq yazı idi.saata baxdı.təqribən 1 saatdan zca artıq vaxt sərf etmişdi bu yazıya.ə düşündüsə vərəqləri saydı.və indiyə qədər yazdıqlarını gözdən keçirdi..."məqsədsiz...."deyib defteri zibil yeşiyine atdi...
Bu yazini oxuduqdan sonra oz-ozune dushunenler de olacaq,dushunmeyenler de......Amma dushunmeye deyer. Heyat insana her gun bir ders verir.Bu dersden netice cixaranlar da var, cixarmayanlar da........ Zamanin gerdisinde yox olanlar da var,yox olmayanlar da.....yox olmayan olmaq ucun men de dunya kimi firlanmaliyam?..... Deyesen he,yoxsa yerimde donuq qalsam ya meni ezecekler, ya da mehv edecekler. Dunyanin yazilmamish qanunu! Heyat gerceklerini qebul edenler de var etmeyenler de.......Edenler ne elde edib? etmeyenler ne elde edib? Meqsedli geden de var, meqsedsiz geden de....................Onsuzda hamimizin gedeceyi yol birdir.....meqsedli de meqsedsiz de ORA gedecek......amma ORDA ki mekan eyni olacaqmi?- bu artiq her kesin ozune qalan ishdir.
alinmagina ela alinib.....fikirlerin deyerlidi... coxlarinin qelbine demek olar ki yol tapa bilmisen.... ama yazinin senin gundeliyin olma fikrini goz onunde tutarsaq..... netice cox pisdi.... qehreman meqsedsiz.... hedefsiz irelileyir..... ve...... neyse... insallah seninle elaqesi yoxdur ve olmayacaq......
clumsy Nifrət etdiyimiz işlərdə işləyib lazımsız şeylər alırıq,bizlər tarixin ortancıl övladlarıyıq məqsədimiz yada yerimiz yoxdur,bizim savaşımız ruhani bir savaşdır,televizor qarşısında böyüdülərək milyoner film ulduzu yada rock ulduzu olacağımıza inandıq,ama olmadıq və bu səbəbdən çox hirsliyik..!!” bu hissə fight club filmindən sitat gətirilib yazidada yazildigi kimi.dedimki biləsən.
səmimi deyirəm, oxudum, ilk cümlələrdən xoşuma gəldi yenə də sətraltı eyham və mənalar.... stilin dəyişməyib, amma yazıların getdikcə daha da dolgunlaşır, fikirlərdə qırılmalar yoxdu.
"OLA BİLƏRDİM" məgər bu seçim imkanlarım vardı ki, amma ola bilərdim. Bir Azərbaycanlı oldum, bəlkə bu gün üçün adı, gözə çarpmayan, amma sabah-biri gün kimlərsə məni misal göstərib "O" ola bilərdim yaxud olmaq istərdim deyəcək...
kimisinə görə hekayə,kmisiə görə sadəcə söz yığını... kimisindən mənə nə,öz fikrimi yazım əlaqəsiz kimi görünür amma əvvəlkilərə bağlılığı var,mənə görə bir növ davamı.yenə gizlətmisən cümlənin altında ürəyindəkini,gördüm qismən.demirəm əladı,söz ola bilməz.deyirəm yaxşıdı təkmilləşəcəksən. Nifrət etdiyimiz işlərdə işləyib lazımsız şeylər alırıq,bizlər tarixin ortancıl övladlarıyıq məqsədimiz yada yerimiz yoxdur,bizim savaşımız ruhani bir savaşdır,televizor qarşısında böyüdülərək milyoner film ulduzu yada rock ulduzu olacağımıza inandıq,ama olmadıq və bu səbəbdən çox hirsliyik..!!” dağ çayında sürüklənən çöp dənəsi,özünü o çaydan parça bilmə,sən yadsan. Sonra tapdığı bu qara dəftəri elə aid olduğu bu xarabaxanaya tullayıb gecənin qaranlığında yox olub getdi... getdi hamının etdiyini etdi.bəs yaxşı özü ilə apardığı nə oldu görəsən?
“əgər həyatdasansa ,məqsədsiz gələcəyə doğru addım addım ilərləyən narsist,o biri tərəfdəsənsədə cəhənnəm qapısının nökəri olmusan yəqin..(arzuna çatdın təbriklər)” derkən çoxuna dəxlisiz kimi görünən bu sözlər yadıma düşdü təmsil edə bilməyən təbliğ edə bilməz