-Gedəcik Mikayıl gedəcik,sən yat balam səhər nənə
səni durquzar.
-Gecən Xeyrə baba
-Sənində, mənim şıltaq balam.
….Balaca Mikayıl yerinə uzandı və başladı ulduzları
saymağa..Sabah tez durmalıydı oçura gedəbilməkçün, və babası ona tez yatmaq
istəyəndə ulduzları saymağını öyrətmişdi oda hərdəfə belə edirdi və saymağa
başlayırdı sonra birdə baxırdıki səhər açılıb bugünsə heç saymasınada ehtiyac
qalmadı çünkü səhər oçurdan gəlmişdilər və yaman yorulmuşdu.Bir..İki
Üç..Dördüncü ulduz və o yatdı..
-Mikayık,ay Mikayıl dur nənəqurban, dur
balam-səhərlər Mikayılı durquzmaq elədə böyük əziyyət tələb etmirdi o artıq
öyrəşmişdi tez durmağa və nənəsi Simuzər xanım bir neçə ağız çağırdıqdan sonra
o artıq oyanmışdı
-Gəlirəm nənə durdum.
Hər səhər o başdan durub baba nəvə oçura
gedərdilər,oçur da bütün kəndin mal-qarası toplanar və növbəylə hər evdən bir
ya iki nəfər kənd heyvanlarını otarmaqçün yaylaqa aparadılar.Bu növbəli
sistemində adı oçur idi.Qonşularındakı Əlsoltan bəy bacısı oğlunun toyu
səbəbiylə şəhərə getmişdi və bugündə onun yerinə Əbdül kişi gedəcəkdi
oçura.Əbdül kişi Vətən müharibəsi illərində Stalinqrad uğrunda gedən
müharibələrdə döyüşmüş bir qaziydi,o odlu müharibənin ortasından sağ salamat
çıxmışdı ama 4 qardaş qurban vermişdi və bu onda ağır bir yara olmuşdu.Elə bu
qardaşlarının adınıda nəvələrinə qoymuşdu Məmməd,Kərim,Qəşəm və Mikayıl.Mikayıl
böyük oğlun oğluydu və Əbdül kişi onu çox sevirdi ona ən böyük qardaşının adını
qoymuşdu.Mikayıl hələ 3 ci sinifdə oxuyurdu və yay tətillərində kənd işlərində
kömək olmaqçün babası gilə gəlirdi.Əbdül kişi gil bu kəndə 41-45ci illərdə
müharibə dövründə Yerevan şəhərindən köçüb gəlmişdilər.Kənd havası çox
təmiz,billur tək bulaqları,Meyvə bağları olan hələ birdə yaz gələndə hər tərəfi
yam yaşıl olan bir kənd idi.Mal-qaranı otarmaqçün Mikayıl və babası bir qədər
uzağa,çayın o biri tayına getməliydilər və bununçün səhər o başdan gün qızmadan
yola çıxmalıydılar.
Mikayıl səhər yeməyini yeyib həyətə çıxdı Əbdül kişinin yanına gedib:
-baba mən hazıram
-Hə Mikayıl get nənəyə de boxçanı hazırlayıbsa yola
çıxaq.
Boxçanı
alıb yola çıxdılar,məhlənin başında köhnə kolxozun binası vardı səhər kənd əhli
mal-qaranı oraya yığar oçurçularda ordan alıb yaylaqa aparardılar,Mikayıl və
babası heyvanları alıb yola qoyuldular..uzun bir yoldan sonra gəlib yaylağa
çıxdılar.Axşam saat yeddiyə qədər burda otlaqda olacaqdılar və qarşılarında
uzun bir gün vardı...
Aradan
bir müddət vaxt keçdi. Gəldiklərindən 4 saat keçirdi günortaya az qalmışdıbaba və nəvə oturub boxçanı açdılar və Allah
verəndən yeməyə başladılar.
-Baba mənim adımı sən qoymusan?Mama deyir baban
qoyub hə?Kimin adını qoymusan baba?
-Sənin adın mənim qardaşımın,böyük qardaşımın adıdı
Mikayıl.Oad şərəfli addır Mikayıl..
-Bəs qardaşın hardadı baba?O niyə bizimlə deyil?
....Sual təsir etmişdi yaşlı kişiyə ,qəlbi
titrəyirdi sanki..
-O bizimlə ola bilməz Mikayıl, o canını vətən
uğrunda qurban verib,dünyasını dəyişib müharibə illərində,ama sən fəxr etməlisənki
ele bir insanın adını daşıyırsan,o biləyini bükəndə bütün kəndin cavanları
yığışardı ama onun biləyini aça bilməzdi.Müharibələr aldı onu bizdən..
-Müharibələr niyə olur baba?
Balaca Mikayılın sualları həmişə yaşlı kişini
düşündürürdü,oda əlindən gələn qədər cavab
verməyə
çalışırdı
-Müharibələr acgözlükdən yaranır mənim
balam,acgözlükdən ,qısqanclıqdan,və “qonşumda var məndə yox”dan
yaranır.İnsanlar qəbul edə bilmədikləri yada onlarda olayıbda bir başkasında
olan bir şeyə qarşı hər zaman savaşır müharibə elan edir və qan tökürlər.
-Ona görə nənəm həmişə müharibəni
lənətləyir?Hirslənəndə köpəyoğlunun müharibəsi bizi nə günə saldı deyir bəzəndə
köpəyoğlunun qaçarabovu bizi nə günə saldıdeyir.o nə deməkdi baba?
Əbdül kişi balacanın bu sözünə gülümsünüb cavab
verdi:
-“Qaçarabov” yox mənim balam ,nənən Qarbaçovu söyür
ama sən fikir vermə elə şeylərə nənədidə hirsləndi gözü heçkimi görmür.
-Bəs baba xaraba qalası dünya niyə
deyirlər?xarabalıq nədiki?
-Xarabaxana heç kim yaşamayan uçuq dağınıq yerlərə
deyirlər Mikayıl.
-Baba axı dünyada biz yaşayırıq həmdəki uçuq
dağınıqda deyil axı.
Elə bu vaxtı Əbdül kişigilin qonşularından Elxan
gəlib yaxınlaşdı:
-Sağol Elxan,biz yaxşıyıq sən necəsən atan gil necədi?
-Sağol Əbdül dayı yaxşıdılar məndə elə burdan
keçirdim sizi gördüm dedim bir baş çəkim.Ama başınız söhbətə necə qarışıbsa
gəlməyimi heç hiss etmədiz-deyib gülümsündü.
-Həə Elxan ,Mikayıl məni yenə öz suallarıyla
düşündürür.
-Mikayıl balayla bir neçədəfə danışığımız olub
ağıllı uşaqa oxşayır,yenə nə sual verib bu kişibala?
-Deyir baba bu dünyaya niyə xaraba deyirlər,nənəm
niyə həmişə dövranı söyür.
-Yaman sualdı ama ,həqiqətəndə Əbdül dayı niyə bu
dünya belə dəyişib ?heçnəyin marağı qalmayıb,insanlara inam qalmayıb nə vaxtdan
belə oldu insanlıq yoxsa elə belədə yaranıb? Bəs axı niyə?danış Əbdül dayı sən
danış biz qulaq asaq,sizin kimi müdriklərimizdən öyrənəsi çox şeyiimiz var.
Əbdül kişi tez tez şəhərə gedib gələrdi və o sovet
dövründə kendin Nerimanov adına mektebinde 10 il psixoloq işlemişdi,və insan
psixologiyasını əlinin içi kimi bilirdi.Biraz düşündüb qarşısındakı qarpuzdan
bir dilim aldıqdan sonra Mikayıl və Elxanın suallarına cavab verməyə başladı::
-Düzdü Elxan dünya maraqsızlaşıb çünkü insanlar
maraqsızlaşıb ,insanlar dəyişib çünkü ruhlar maraqsızlaşıb sadələşib adiləşib
səmimiyyət itib zamanə,dövran dəyişib, Elə bil izdihamlı bir liftdəymişcəsinə,
bir-birimizə dəymədən yaşayırıq. Hər birimiz qapıya tərəf dönmüş, əllərimizi
qarşıda birləşdirib başımız aşağı, kimsəyə toxunmamağa və kimsə tərəfindən
toxunulmamağa çalışırıq.Necəki liftdəki insanlar bir birinə soyuq yanaşır
bizlərdə elə.Liftdən nə fərqi var bu dünyanın?necəki liftlərdə insanların
üzündə inanılmaz bir ciddiyyət olur bizdələrdə elə yolda yeriyən insanlar
işləyən insanlar metrolar avtobuslar,insanların üzündə elə bir ciddiyyət varki
sankihamı bir birinə düşmən kəsilib, ara
sıra şəhərə gedəndə oğluma bir baş çəkim deyirəm və yolum metrodan düşür, ama
hərdəfə o metrolara girəndə birdə minmərəm deyirəm,hərə bir səhv tapır
metrolarda çoxu deyir pozğunluq başlayıb metrolarda çoxü deyir böyüyə yer verən
qalmayıb,ama mənim dərdim bu deyil,mənim dərdim bilsən nədi Elxan,insanların
üzündən zəhirmar yağır,hansıki tək qalan insanlar var tək dayanıblar düm düz
əllərini bərk bərk dirsəklərdən tutub düm düz qarşıya baxırlar sağa sola baxmaq
olmaz ciddiyyəti pozmazlar,ofis uşaqları var sanki robotlaşıblar kostyum əyində
səliqəli daranmış saç və əldə çanta,bəzəndə yaşlı qadınlara baxıram,maskalanıb
oturublar, daşıya bilməyəcəkləri ağırlıqda qır-qızıl,başlarındada bir şlyapa üz
kosmetika onlarda eynilə dümdüz qarşıya baxırlar,sanki zaman durdurulub
onlarçün.Dümdüz, duyğusuz bir ifadəylə sabitlə baxışlarını. Metro dayananda da
sürətlə hərəkət edib, ayrıl metrodan, və yaxud yoldasansa, sərt, qərarlı
addımlarla get yoluna, hara gedəcəksənsə. Sanki çox əhəmiyyətli bir işin varmış
kimi davran.Onlar belə düşünür Elxan. Bir dilənçiuşaq yaxınlaşır,baxan yoxdu ,yada baxanda
söyüb qovur uşaq düz keçib gedir,sonra bir başka uşaq gəlir bu dilənçi deyil
əlində “Quran” yada “Allah” yazan surələr satır,onuda tərsləyirlər yazıq uşaq
peşman olur,yaxşı bayaqki dilənçi heç.Bəs bu yazıq satıcının günahı nədir?özüdə
satdığı şey sənin dinindisə?oda özünə görə bir biznesmendi alır-satır mayasını
gəlirini hesablayır,evindəki yetim bacı qardaşına pul aparır.niyə tərsləyirlər
bilirsən?çünkü ayağında cırılmağa üz tutmuş bir ayaqqabı, rəngi solmuş bir
köynək, dilənçi qılığında bir çantası var və belələri Etik cəmiyyətimizə uymur
guyaki.Tərsləyirlər çünkü ümumiyyətlə başlarının içinə deyil xariclərinə maya
qoymağı sevirlər, Tərsləyirlər çünkü Onun bahalı ayaqqabısı yoxdu tərsləyirlər
çünkü o qazandığı azcıq pulu verib saçına sürtməkçün zirt-zibil almır o
qazandığı pulu evinə aparır bir parça çörək ala bilsin deyə, Tərsləyirlər çünkü
ondan gözəl ətir qoxusu yox xoşagəlməz qoxular gəlir, Tərsləyirlər çünkü o
aşağı təbəqədi, çox aşağı,ama unuturlarki hərkəs eyni dərəcədə yaranıb, Tərsləyirlər
çünkü o uşaq metroya jetonla minməyib o qaçıb insanların arasından tez bazar
keçibki nəzarətçi onu görməsin oda alver edə bilsin və bunu insanlar oğurluq
adlandırırlar ama düşünmürlərki o uşaqlar kimsəsizdir, o qap qaradı çünkü
küçələrin uşağıdı qalacaq,təmizlənəcək yeri yoxdu,kir pas içindədi,adınıda
qaraçı qoyublar.
Sonra
dönüb arxamdakı qapıya söykənmiş cavanlara baxıram,biri bi başkası hakda: O
namussuz,şərəfsiz,özünü bəyənmişin biridir deyə kiminsə arxasınca danışır,məndə
maraqla bu insanın üz ifadələrini izləyir və düşünürəmki,bir başkasını bu cür
dəqiq qəti ifadələrlə təsrvir edən bir insan görəsən özü hakda nə
düşünür?Aynaya baxanda nəylə qarşı qarşıya qalır?Çox qəribə bir paradoksdur
bu,o metroda tək tək insanlara yaxınlaşıb soruşsan hər kəs özü özlüyündə yaxşı
bir insan olduğunu deyəcək deməsədə sözündən bu cıxacaq, yənin məsələn tək tək
o metrodakı hamı yaxşıdı polislər, əsgərlər, müəllimlər, tələbələr, müsəlmanlar,
milliyətçilər, allahsızlar, marksistlər, komunistlər ,kapitalistlər və.s və.s
Hərkəs Özü özlüyündə yaxşıdı. Heç kim özünə söz dedirtməz, özünü müdafiə edər
hakkında deyilən həqiqəti inkar edər, inkar edə bilməsədə amma-larla başlayan
müdafiə mexanizmasını işə salar ,cümlələriylə bəhanələr tapar.
Yaxşı
tək-tək, hər kəs yaxşıdırsa, ən azından "əksəriyyəti" yaxşıdırsa,
yaşanan həyatlar, nə üçün bu qədər pisdir?. Mənim bildiyimə görə yaxşı insanlar
yaxşı həyat yaşayar. Bəs hamımız yaxşıyıqsa həyat niyə adiləşib? Adiləşib çünkü
saxtakardırlar, saxtakarlığın,əks mənası dürüstlükdü, Dürüst insan isə, özünə
kənardan baxıb, özünü olduğu kimi görə bilən və gördüyündəki, mənfiləri qəbul
edəndir. Onlar isə özlərini çılpaq gözlə görə bilmirlər daha. Adiləşib çünkü
ədalətli deyillər ,insan vicdanının ən əsas xarakteri olan ədalət yoxdu
onlarda, Hansıki bu günə qədər gəlmiş-keçmiş bütün fəlsəfi, dini, etik, ideolojik
"ifadələr", siyasətçilər bu kəliməyə dayanıb, amma nə qurduqları
ictimai təşkilatların, nə də tək-tək insanların ədalətlə yaxından uzaqdan
əlaqəsi yoxdu. Adiləşib çünkü hörmət qalmayıb,insanların ruhları o qədər zəngin
deyil özü özünə hörmət edə bilməyən başkasına necə etsin. Adiləşib çünkü
Məsuliyətsizdirlər bir həyatı olan hər insan məsuliyyətli olmalıdır ,və həyatın
məsuliyyət tələb edən məqamlarında insanlar mızmızlanıb kənara çəkilir. İnsanlar
bir birlərini kategoriyalara böldülərbəziləri qapıçılar, hamballar, fahişələr, allahsızlar, dilənçilər oldu
digərləriysə nazirlər,varlılar oldular və arada bir xətt çəkdilər,belə halda
isə barışıqdan sülhdən söhbət gedə bilməz,evdə ailədə özündən balaca qardaşa
buyurmaqdan fürsətdən əl çəkilmədi əlverişli şəraitdən istifadə edildi evde
balacaya buyruldu,işdə müdür işçiyə buyurdu və nəticədə altdda qalanlar üsyan
qaldırdı insanlıq bir birinə girdi və bunun nəticəsində bugünlərə gəlib
çıxdıq,nəticədə belə oldu.
Elxan
bax mənim 4 qardaşımı alıb Faşistlər,Ermənilərdə Yerevandan çıxardıb bizi ama
indi bunun üstündən durub savaş elan etmək düşman gözüylə baxmaq insanları
birbirinə düşman edər buna ehtiyac yoxdur əgərki sülhdən barışıqdan söhbət
gedirsə onda oturub bir razılıqla həll olunmalıdır Elxan yoxsa 2-3 yaşında
uşaqlarımızın beynini her gecə yuduq ve düşməni öyrətdik Ermənini faşisti
yahudini düşmən olaraq tanıtdıq budu insanlıq?Erməni pis millət ola bilər lap
murdarda ola bilər ama unutmamalıyıqki hamımızı yaradan var və hərəni bircür
yaradıb onlar elə yaranıbsa günah onlarda deyil.
Televizoru
kəşf etdik artistlər muğənnilər yaratdıq hamıya göstərdik sonra o artistlərdən
xoşlanmağa başladıq heyran olduq can qurban verdik kimi onlar uğrunda özünü
atdı asdı kəsdi,paltarlarımızın üstünə adlarını yazdıq,ilahiləşdirdik
ölümsüzləşdirdik,onların xoşagələn xarakterlərini özümüzə götürdük, əzbərlədik,
sonra bi baxdıq o olmuşuq,biz özümüz yox bir başkası olmuşuq və belə qəbul
etdik ama başa düşə bilmədikki başqasının ikinci versiyası olmaqdansa özümüz
olsaq daha təbii alınar. Cırıq ayaqqabılardan solğun şalvarlardan yazısı
silinmiş geyimləri kürəyimizə keçirməkdən utandıq Heçkimküçədəki gəncdən soruşmadı ay balam niyə
geyiminə bu qədər düşkünsən deyə çünki qorxduq utandıq belə geyinibsə bir
hikməti var dedik cahilliyimizdən qorxduq.
İnsanlar
dünyanın mənasını zövqlərdə gördülər,həzz uğruna nələr nələr qurban getmədiki
ay Elxan. insanlıq başa düşmədiki həyata məna verən daha dəyərli hisslər
var,onlar hər şeyi dünyəvi zövqlərdə görürlər .Və başa düşmək istəmədilərki
zövqlərin sərhəddi yoxdur və eyni zamanda təkrarlanan həzzlərdə bezdirici
olurlar və bunun nəticəsində insanlıq yeni yeni həzzlər axtarmağa başladı
narkotik,spirtli içkilərdən qopamaz hala gəldilər.Buda bizi indiki hala yəni
Sabirin deyimiylə desək "Yatmışların" əsrinə gətirib çıxardı Elxan
Nə
tariximizi bildik nə gələcəyimiz nə fəthlərdən xəbərimiz oldu nə
məğlubiyyətlərdən bugünlərə necə gəldiyimiz heç kimi maraqlamdırmadı ,tarix
anlamadıq,əzbərlədik beynimizi əzbərlə doldurduq,rəqəmlər əzbərlədik, nəticədə
cəmiyyət olaraq cahillimizin gün yüzünə çıxmasından utanmaz hala gəldik.
Uzun bir müddətdir danışırdı Əbdül
kişi və boğazı qurumuşdu bu yayın istisində,yan tərəfdəki ayranı açıb üç
bardağa süzdü,Elxan fürsətdən istifadə edib sualını verdi:
-Hmm
sənin ürəyin lap doluymuşki Əbdül dayı,sən belə danışdıqca məndə hansı
xüsusiyyətdəki insanların daha çox sevildiklərini düşünməyə başladım. Heç
dedi-qodu etməyən, söz verdiyi sözündə duran, boş danışmayan, qürurluluq
göstərməyən, kimsəyə haqsızlıq etməyən, kasıblara və aclara kömək edən,
qohumlarını unutmayan vs. bir insanın nə qədər də mükəmməl ola biləcəyini
düşündüm ama sonra ətrafıma baxdım heç tanıdığım belə biri yoxdu burdan nə
nəticə çıxır bəs Əbdül dayı?niyə beləyik
Əbdül kişi başını qaldırdı cavan oğlanın
gözlərinə baxdı,Elxan hələ həyatının baharındaydı və bu yaşlarda insanların
beynində “niyələr” olur?,Əbdül kişininsə 74 yaşı vardı və bu yaşındakı
insanların ağlında niyələrin yerini çünkilər almış olur:
-Çünkü
insanıq…-bir qədər sükutdan sonra Əbdül kişi dəvam etdi-heç kimi qınamağa
dəyməz əslində,çünkü belə yaranmışıq və bizlərə bu hisslər verilib,kin nifrət
və sevgi bir arada.
…söhbət
çox uzun çəkmişdi balaca Mikayılda axşam mehinin gətirdiyi sərinliklə babasının
dizinin dibində yuxuya dalmışdı mal-qara yaylaqda bir kənarda otlayır,Əbdül
kişiyləElxansa Söyüd axacının altındakı
bulaq başında söhbətlərini bitirirdilər və artıq hava qaralırdı evə getmək
vaxtıydı..
PS: Hər Şey Axıb Gedir – PANTA
REİ
Heraklitos (B.E.Ə. 576-480) – Fəlsəfənin əsas qanunlarından...
Dünya niyə pisə doğru gedir? Məncə bu sualı vermək artıq çox gecdi.İnsanlıq bu niyəyə cavab axtardığı müddətcə,dünya çox böyük bir uçurumun kənarına çatıb.Düşdü düşəcək. Dünya neyləsin axı,biz insanlar,onu bu uçuruma sürükləmişik.Bəzən bilə -bilə,bəzən də anlamadan. Çünki yaradılışımız belədi?Yoxsa biz niyə yarandığımızı unudub,üst-üstə səhvlər edirik?Hər səhv,daha böyük və daha çoxsaylı səhvə səbəb olur.Pozitiv feadbacklərnən yaşıyıb gedirik.Əslində,yaşadığımız həyat,böyük partlayışdan sonra artmaqda olan hər şeyin kiçik parcasıdı.Bizə düşən isə sadəcə,hissələri birləşdirərək, bu böyük və mürəkkəb puzzle-ni çözməkdi. İnsanlar,texnikanı inkişaf etdirir,yeni kəşflər edir,amma nafilə,hər şey daha da pisləşir.Bəlkə də biz çıxış qapısını yanlış yolda axtarırıq.Bəlkə də heç çıxış yoxdu.Hər şeyə belə proqlamlaşdırılıb və belə də olmalıdı.Necə ki pozitiv feadbacklər insan həyatını ölümə aparır,bu həyatda bəlkə nə vaxtsa öləcək. Amma bu bəlkələr içində,çırpınarkən,insan bir şeyi unutmamalıdı.Hissələri birləşdirə bilmirsənsə,ən azından öz hissəni qoru,və təmiz saxla ...
Biz hamımız,bir niyəyik,məqsədimiz öz çünkimizi tapmaqdı.Amma niyələr çünkilərinə qovuşanda film bitir.İyi seyirlər
uzun zaman idi yeni yazın yox idi oxudum, axir ki, kitabın haqqında müəyyən məlumat əldə edə bildik, bunun üçün sag ol bir az Hemunqueyvari yazıbsan
Quote (xancano) bu yaşındakı insanların ağlında niyələrin yerini çünkilər almış olur:
əla frazadı
Quote (xancano)
İnsanlar dünyanın mənasını zövqlərdə gördülər,həzz uğruna nələr nələr qurban getmədiki ay Elxan. insanlıq başa düşmədiki həyata məna verən daha dəyərli hisslər var,onlar hər şeyi dünyəvi zövqlərdə görürlər .Və başa düşmək istəmədilərki zövqlərin sərhəddi yoxdur və eyni zamanda təkrarlanan həzzlərdə bezdirici olurlar və bunun nəticəsində insanlıq yeni yeni həzzlər axtarmağa başladı narkotik,spirtli içkilərdən qopamaz hala gəldilər.Buda bizi indiki hala yəni Sabirin deyimiylə desək "Yatmışların" əsrinə gətirib çıxardı Elxan