Necəsən?..mən heçdə yaxşı
deyiləm ..... yenə göz yaşlarıma mane ola bilmirəm.. yənə film izləyirdim
yalnız ,kimsəsiz otağımda...qaranlıqda..bilirsən artıq yalnızlıqda məndən qaçır
bezib o da məndən.... hamı kimi məndə filmdəki baş rol oyunçusunu özümə
bənzətdim,onda özümü görürdüm.....həyatı sevirəm,ama bu həyat mənə əzab
verir,bu yazını necə yazıram heç özümdə bilmirəm....sadəcə sıxıldım aldım
klavyeni əlimə klaviaturanın həriflərinə klikləyirəm təsadüfi olaraq,nə yazıldı
yazıldı....gecə düşür,çıxıram gecələr gəzirəm ki bəlkə açılaram,başım qarışar
ama tam tərsi olur nədənsə...heçdə açılmıram ..nəfəsim daralır..bügünlərdə Adana
çox yağışlıdı,bax elə yenədə pəncərəmdən çöldə yağır o yağış... bax sənə bir
dostumdan danışım. Adı Cavid .illər
əvvəl yağışdan söz düşəndə “Qışda başımı
biləyimin üstünə qoyub yağışın və birdə qolumdakı saatın çık-çık səsinə qulaq
asaraq yorğan altında yatmağı heçnəyə dəyişmərəm”-demişdi.O vaxtı ona “Yatmaq insanoğlunn düşmanıdı”
demişdimsədə indi elə istəyirəmki yatmaq..birneçə saatlıq belə olsa bu dünyadan
qopmaq..ama bir yata bilsəm..nəysə..fikirlərim qarışır.. kimlərisə xatırlayıram
keçmişimdən,indi yoxdular uzaqdayam sevdiklərimlə aramızdakı məsafələr bizi
ayırır ama o məsafələr istədiklərini əldə edə bilməyəcəklər....o tikanlı yollar
mənim çiçəklənən sevgimə əngəl olmayacaq,ola bilməyəcək...bilirsən kleom ,içimdə
bir işıq var işıltı var səs var bəzən ,ama bəzənsə qəlbim sıxılır,boğuluram
həmin o işıq sönür səs kəsilir yerini tufan alır nəfəslərim saniyələrlə ötüşür
və sonra(...)
****
-Kimyazıb bunu??- oldu ilk reaksiyası,orta məktəbdə xoşladığım Seva deyə bir
qız günlüyümdən olan bu yazını oxuyanda.
-Mən –deyə cavab verdim sonra o
-Aaa mənə yazmısan??-dedi.mən əvvəl çaşdım
qaldım,çünkiyuxardakı yazı sevgi
məktubu deyildi sadəcə ağlıma nə gəlmişdi yazmışdım, nədəki lap sevgi yazısı
olsada o qızla aramıza elədə güclü bir sevgi yox idiki onun uğruna nələrsə
yazım.Uzun bir səssizlikdən sonra:
-Yox, nə bilim ee. Elə belə
yazmışam.günlüyümə yazmışdım bunu.elə belə ümumi bir yazıdıdaa.-deyə mən
vəziyyətdən birtəhər kəkələyə-kəkələyə çıxmağa çalışdım,həm qarşımdakı insanın
qəlbini qırmamaq,həmdə yazı hakta fikirlərini öyrənməkçün.Ama kaşki elə
səninçün yazmışam desəydim,çünki elə mənim kəkələməyimlə birlikdə qızın üzü
soldu.
-Hmm məndə elə bildim mənə yazmısan.kimə
yazmısan bəs?
Offf bu necə sual idi axı !!
-Heç kimə yazmamışamee sadəcə içimdən
keçənlərdidəə,sıxıldım oturdum yazdım günlükdüdəə rəsmi məktub deyilki nələrəsə
diqqət edim-deyə fikirlərimi daha aydın çatdıqmaqçün nisbətən aydın danışmağa
çalışdım.
-Başa düşdüm,ama nəyə yazırsanee. Nə faydası var?bəs mənə nəsə yaza
bilmərsən...??
-Bəs yaxşı nə demək istəmisən bu yazında?-
dedi Ürfan bu yazını oxuyanda.
-Necə yəni nə demək istəmisən.Elə hər yazıda
nəsə demək lazımdı?
-Bəs nə?Əlbətdə lazımdı.Yoxsa belə boş-boş
yazsan nə faydası var oxuyana.Nə xeyir verərsənki oxuyana?
-Oxuyana nəsə bir fayda vermək niyətim yoxdu
axı elə belə yazmışam ay Ürfan.
-Onda heç yazma,məqsədsiz yerə nəyə
yazırsanki.Belə yazıları heç başa düşmürəm boş-boş.Sadəcə boş məşğuliyyət.Nə faydası var?Get dərsini oxu a bala..
Bu dedikləriylə qəlbimi qırmışdı
Ürfan.Əhvalım korlanmışdı.özümə suallar verməyə başlamışdım.heçbir işə
yaramıram.nə faydam var kiməsə.nə yararım nə xeyrim var ??Ürfan şair idi və
arasıra bizim rayonun qəzetində şeirləri çıxırdı:
Səni sevirəm
dünya qədər,
Məni bürüyüb qara
kədər..
..kimi gözəl(!) şeirləri. Ama o boş yazmırdı
da hm?(!!..)yoxsa onu rayon şairlər birliyinə sədr seçməzdilər(!!..))..
****
-Hmmmmm- deyə mızıldadı bu yaxınlarda bu
yazını oxuyan Aydan adlı bir qız.
-Noldu?bəyəndin?-deyə sual verdim
-Yaxşıdı - dedi qəribə bir tərzdə
Sonra birdən mənə baxdı və həyəcanla:
-Bir şey soruşacam ama düzün de,Kleo mənəm?
-Offff yoxxXX..o xəyaldı..
Sakit və qaş qabaqlı tərzlə:
-Hmm.Anladım..(bir qədər sükut..)..Nəyə yazırsan axı belə?Nə faydası var?..
Xülasə : Praqmasitlər məni oxumasın!!! Yeni dəbdə olan `izmlərdən biridə Praqmatizmdadır.Praqmatizmanın
görə Faydalı vəYararlı olan nə varsa
doğru qəbul olunur.və eyni zamanda bunun tam tərsinidə inkar edir və səhv
olduğunu müdafiə edir.Yəni məsələn bir din faydalıdırsa o doğrudur və
həqiqətdir.fərqli prizmada baxsaq işə yaramayan faydasız bir insanın yaşamağa
haqqı yoxdu(?)!William James`in ortaya qoyduğu bu ideologiyada
nəyi göstərmək istəyib bilmirəm.Ama günümüzdə "mən praqmatistəm" deyibdə başkalarıyçün yararlı olanıda özləri
bir yarar görmədikləriyçün "Yararsız"
adlandırırlar.Məndaha
çox bu ideologiyanın əleyhinə olan Rasionalizmin
tərəfindəyəm ,çünkü rasyonalizmə görə
bir mülahizə yada hər hansısa bir fikir yararlı olduğuyçün həqiqət
deyil,həqiqət olduğuyçün öyrənilməyi yararlıdır.
P.S- Bu yazını
oxuyanlarında arasında Praqmatist var??)))) yəni hər yazıda özünə görə bir fayda axtarıbda sonra tapmayanda "bu yazı lazımsızdır" deyən var?
yazin eladi mene faydasi ise praqmatizm idealogiyasinin yaradicisi yadimdan cixmishdi eslinde belke de her birimizin bele yazilari olub am o yazilari gizletmish oxumamishiq kimese "faydasizdir" deyileceyinden ehtiyat etmishikmi?ne ucun?
Gülnar şerhini cox beyendim.beli ustu orulu şekilde kimlerese nese catdirmisham.bele deyek ikili oynamişam.birdekş mwn demirem william james bunu lazşmsız yaradıb .deyirem göresen neye yaradım sebeb nedi
Ese men demirem axı olma deyırem niye olursan/ sual ediremö yeni Ve millet tekrar edirem demirem poragmatizm pisdi Barakc obama ve Abdullah gwl kimi dövlet prezidentleri pragmatisdir.ama ora siyasi alemdi.insanlar arasında pragmatizm tam minasında qebulk etirem.ve egert aranızda müselman varsa bunu qeydsiz şertsiz qebul etmelidir çünki islam pragmatizme qarşıdır..
hmm.faydasiz olan hec ne yoxdu,bize faydasiz olan seyler var.yeri gelende menim de bunu neye yaziblar dediyim olur(yeqin esebi vaxtima tesaduf edir) William James`in ortaya qoyduğu bu ideologiyada nəyi göstərmək istəyib bilmirəm-bu cumlenle sen de bir nov pragmatist hereket etmisen deyesen,yada mene bele gelir yazini beyendim,cunki yazinda bir nov daxili dunyani eks etdirmisen,belke de icinde qopan firtinalarin tesirinden yazmisan.bunu deqiq deye bilmerem.belke de yazmaqla deye bilmediklerini gizli sekilde,ustuortulu de olsa bolusmek istemisen.en azindan her inasnin bolusmeye ehtiyaci vardir deye dusunmek lazimdi. yada maraqla oxudugumuz sevgi seirlerini xatirlayaq.onlari da kimse kimese yazib,amma biz maraqla oxuyuruq.eynen senin yazin kimi
Bəlkə də kimisi özünə görə haqlıdır yenə hər oxuduğunda nəsə anlamaq nəsə götürmək və nələrisə ummaq niyyətindədir. Amma bir şeydə var ki, insan bəzən yazdığını beyni dushunur ureyi yashayir ve yazir bu o demekdir ki, ozu oz yazisini anlayir ve ola bilsin ki, bashqasina fikri tam anlami ile catmir ve belelikle yazmaga stop etmelidir deye bir qayda yoxdu. Men de cox shey yaziram oxuyan sevdiyimi sanir hetda sevib ayrildigimi dushunur bezen ise ne ucundur bu yazilar axi sirf sevgi meyusluq bedbinlik deyir amma ne qelemimi sindira bilir ne de yazdigimi cira bilir.
yazin maraqli ve faydali idi. Praqmatistliyin yaxsi olmadigi oyrendim.Lakin bu o demek deyil ki, bunu fayda goturmek ucun oxudum. Icinde ne yazildigini bilmirdim ancaq bilsem ve faydali olmasaydi da oxuyardim. Ve faydasiz olsaydi demezdim ki, faydasizdi. Bir az sixici olardi lakin sixici olmagi faydasiz olmagi demek deyil ve men praqmatist deyilem, fayda ucun oxumuram. Ancaq oxusaydim da seninki faydalilardan olardi. Amma faydasiz da pis deyil
Lazımlı ya lazımsız demək məncə də düz deyil,ən azınnan ona görə ki,hamı üçün lazımlı olan bir şey mənim üçün lazımsız ola bilər,ya da əksinə ...Bunlar subyektiv fikirlərdir,subyektdən subyektə də dəyişir ... Bəlkə də mənim həyatımın mənası halına gətirdiyim nəysə,başqa biri üçün heç nədi ... Ona görə də fikirlərimi danışmağı sevmirəm ... Küçümsəməsini qəbul eliyə bilmədiyim üçün ... Mənasız suallar eşitməmək üçün ...susmağı seçirəm ...
Yazı əla alınıb Xancan.Özüm yazmışam kimi doğma gəldi ...
Xancan, həmişəki kimi əladı. Bir baxıma düz deyirsən. Əgər mənim də yazıma belə desələr az qala dəli olaram. Amma hər halda Nəyə lazım deyənlərdə özünü sənin yerinə qoymaq bacarığı yoxdu. Bir də bu pragmatist məsələsinə toxunmasam ürəyim parttıyar )). Xancan, bizim gördüyümüz tərəfdən onlar səhv görünür. OK bununla razıyam amma bir dəfə də biz özümüzü onların yerinə qoyaq. Onlar güzgüdə düz olanı görürlər və belə də qəbul edirlər.Bizi isə səhv görürlər. Bu da onların düşüncəsidi də... Bir tərəfdən deyirsən ki mənə Nəyə lazım demə. Bir tərəfdən də Pragmatistləri pisləməkfason bi şey eləyirsən. Bəs o pragmatist dediyin deməz ki niyə mənə Nəyə lazım pragmatist olmaq deyirsən?
Mencede haqlisan isteyinde... Lazimsiz demek duz deyil en azinnan onu eziyyet cekib yazan var, vaxtini itirib o yaziya, kim bilir nece maraqla yazib insanlarin emeyine hormetsizliye cox pis baxiram
Xancan yazini oxudum texmini ne demek istediyini anladim. Proqmatist deyilem ancaq bezen mene maraqsiz olan yazini yarida qoya bilirem. Hem men buna inaniramki mene maraqsiz lazimsiz olan bir yazi bashqasinin belkede gunlerle axtarib tapanmadigi yazidi yeni isteklere telebata ve sunya gorushunun ehate dairesine gore deyishir bu
Cavab: aha mənə bu lazımdı yazını bəyənməyən oxumaya bilər ama bu lazımsızdır deməsinin əleyhinəyəm Minnətdaram
Praqmatist deyiləm, yazını bəyəndim bir anlıq çox sevdiyim yagışlı havada axşam üstü pəncərəmi döyəcləyib mənə nələrisə anlatmaga çaılşan yagış damlalarının səsini duyan kimi oldum sag ol