Dünyasının Radiusunu Bilən var ??? ...O vaxtlar uşaq idim hələ 1-ci siniftə oxuyurdum,səhərlər atamla
qalxar qısa müddətli qaçışlar və idman hərəkətlərindən sonra,səhər
yeməyini yeyər və dərsə birlikdə gedərdik,yolun yarısına qədər birlikdə
gedərdik atamla,şahmat məktəbi var idi onun yanından ayrılardıq mən
dərsə atam işinə gedərdi,hər səfərində atam mənə həyatdan misallar
gətirər,nəyin doğru nəyin yalnış olmasını öyrədərdi.. bu hər gün belə
davam edərdi..o yollarda keçən günlər mənə çox şey verərdi,yolun uzun
və palçıqlı olmasıysa söhbətlərin uzanmasına səbəb olurdu..o həmişə
mənlə bir böyük kimi danışardı,sanki onunla yaşıdammışkimi.. ama bəzən
hələ balaca olduğumuda nəzərimə çatdırardı. Mənə istədiyim azadlığı
verərdi ama hərzaman diqqəti üzərimdəydi.. Yenə belə qışın
qarlı-yağışlı günlərindən biriydi,atamla yolun axrına gəlmişdik,yol
boyu palçıqların ucbatından,doğru dürüst yolda söhbətdə edə
bilməmişdik,məktəbə yaxınlaşanda atam mənə:
-“Xanı,mama deyir dünən evə gec gəlmisən,hardaydın?Futbol ya Şahmat?”
-“Hə papa uşaqlarla şahmatdaydım yenə”
-“Orxan gillə?”
-“Yoxe papa olarnan küsmüşəm,Ağılsızdı
olar, pis uşaxlardılar ,təzə dostlarım var, valideyinlər iclasında
göstərərəm sənə” yolun axrıydı ayrılmalıydıq,atam ayaq saxladı,mənə
tərəf döndü,aşağı əyildi və sağ əlini başıma qoyaraq,sığal cəkib:
-“Xanı,adam
təzə dost tapanda köhnələri unutmaz,birdəki heç vaxt yadınnan
çıxartma,bir insana Ağılsız demək ona ediləbiləcək ən böyük
təhqirdi,bunu heç vaxt unutma...”..bunları deyib ayağa qalxdı və “bugün evə yenə çoxlu “beş”gətir oğlum”-deyib arxasını dönüb getdi..
O gün atamın orda mənə dediyi bu sözlər sırğa olub qulağımda qaldı bir ömür boyu, “ağılsızlıq və köhnə dostlar”,ikinciyə
hər zaman əməl etməyə çalışıram ama birinci məsələ-ağılsızlıq barədə
təhqirəysə demək olarki heç əməl edə bilmirəm,çünki ətrafda“Ağılsızlar”
çoxdur,mən ağılsız deyərkən nəzərdə tutduğum insanlar sadəcə sadə
xalqın nümayəndələri deyil,bu bir professor,yada dünya tarixinə iz
salmış biridə ola bilər.Ama Ağıllının çox güclü olduğu demək deyil bu. “Ağıl Ağıldan üstündür”“Ağılsız”Sokratın o məhşur deyiminə bənzəyir o deyirdiki- “bir şeyi bilirəmki heçnə bilmirəm” o
əslində çox şey bilirdi ama bilmədiyi şüylərin yanında sıfır sayılacaq
qədər bilgisi olduğundan belə deyirdi,yəni o əslində bilirdi..bu ağıl
məsələsidə elə,ağılsız dediyimiz insanlarda əslində ağıl var
ama sıfır səviyyəsinə yaxındır deyə elə deyirik.bəs biz düz
edirik?yoxsa mənim atam o vaxt mənə dediklərində həqiqətən
haklıydı??Nİyə bəzilərinə “Ağılsız” deyirik?Bir ağlın başka bir ağıla belə deməyə hakkı var? Jung
insanları beynin psixoji funksiyaları baxımından təsnif edib ama
bunlardan sadəcə biri hakim mövqedədir, bu tiplər düşünən, romantik,
duyğu və hissə görə hərəkət edən tiplərdir. Hərəmiz bu funksiyalardan
birinin hakimiyyətindəyik.Bəs yaxşı düşünən bir tipin romantik tip üçün
“Ağılsız” deməsi nə dərəcədə doğrudur? Məncə ağıl hər kəsdə var
ama sərhədləri var- çox yüksək və çox az dərəcədə ama yenədə
var,ağılsız insan olmadığı kimi mükəmməl ağıla sahib insanda yoxdur
məncə,bir misal gətirim.Kim olduğunu bilmirəm ama bir müdrikdən, “ Bir
insanın ağıl səviyyəsini necə ölçürsüz deyə soruşduqlarında o “Danışmağından anlayıram”deyib “bəs heç danışmasa?” müdrik gülərək “ O dərəcədə Ağıl insan yoxdur” deyib,el arasında bu lətifə olaraq danışılsada “müdrik” bir lətifədir..Hə ağıl insandan insana dəyişir kimiləri özünü “dünyanın ən Ağıllısı”
sayır, bu mümkündür, çünki o özünü öz bildiyi sərhədlərdə Ağıllı sayır,
yəni o bildiklərini hamısını bilir elə düşünürki başka heçnə
yoxdur,bilmirəm başa sala bilirəm ya yox ,o insan bilmədiklərinin
fərqində deyil onun sadəcə bildiklərindən xəbəri var,elə insanlarda
varki onlar bilmədiklərinində fərqindədirlər yəni bilmədiyi bir şey var
və bilirki o bilinməyəni o bilmir, məsələn bir misal mən balaca vaxtı
elə bilirdim ən Ağıllı insan mənəm ,dünyanın sadəcə evimiz,
məktəbimiz,və oyuncaqlarımdan ibarət olduğumu düşünürdüm və onları çox
yaxşı qavradığımçün elə bilirdim mən ən Ağıllı sıyam. Atam mənə o vaxtı
“hələ təcrübən azdı böyüyəndə çox şey görəcək və az şey bildiyini anlayassan” deyərlərdi
ama təbiki inanmazdım ,əslindəysə məni kənardan izləyən atam haklıydı
çünki nə qədər məhdud bir dünyada yaşadığımı çox açıq formada görürdü .
Çünki o dünyanın bir ev, bir sinif və bir neçə oyuncaqla məhdud
olmadığını anlaya biləcək bir təcrübəyə və məlumata malik idi .Bunları
o mənim atam idi deyə belə demirəm,bütün atalar-yəni yaşı həddi buluğu
keçmiş, ailə sahibi olmuş insanlar bu nəticəyə gələ bilər,istər Ağıllı
olsun istərsədə aşağı səviyyəli ağıla malik olsun ,fərqi yoxdur,yenədə
o yaşda mənə nisbətən daha təcrübəlidir,yəni qısası “ən Ağıl adam mənəm deyən” insan əslində ən Ağıllı nın nə olduğunu tam olaraq anlamış biri deyil.“İndiki Ağılım olsaydı falan cür edərdim o vaxtı”
deyər çoxları. Deməli ağıl insanla bərabər yetiş və insanda bunu
zamanla qəbul edir necəki mən indi o vaxtki Xancanın əslində az
bildiyini anladığım kimi,ama o vaxtlar heç kim mənə nə vaxtsa geri
dönüb baxdığımda əslində az şey bildiyimi inandıra bilməzdi.. Yəni “Ən Ağıllı ”“Mən bütün dünyanı dərk edə bilirəm”
deyən bir insan əslində yalan danışmır o haklıdı,ama özü özlüyündə,yəni
öz dünyasında ən Ağıllı odur.Bayaq bir dostum burdaydı bəzi şeylər
danışdıq iki məsələ məni ağıl barədə düşünməyə vadar etdi ,sizə ellə
gələcəkki bunun mövzumuzla əlaqəsi yoxdur ama açıqlayacam
tələsməyin,deməli danışdığımız mövzulardan biri yer kürəsinin
radiusundan danışırdıq unutmuşdu məndən soruşdu mən dedim ama biz
sadəcə yerin coğrafi ölçülərindən danışırdıq elə - belə ,bir digər
mövzuda yenə coğrafi bitkilərin təsnifatından ibarət idi və o mənə
maraqı bir fakt dedi,babmuk ağacı əkildiyi ildən etibarən 5
il müddətində sulanır ama heç vaxt boyu uzanmır,kökləri uzanır,o
ehtiyat qida maddəsi yığır ama torpağın üstündəki boyu isə elə balacada
qalır bu beş ildə ama 5ci ildən etibarən boyu uzanır və təxminən 40-50 m6378,4 km-dir,bu bütün insanlara görə belədir,ama ondan bilirsiz nəyi düşündüm?Bu dünyanın birdə “mücərrəd radiusu”
var,yəni hər insanın dünyanı qavraya bildiyi böyüklükdə radiusu.Ağıl
səviyyəsi aşağı bir insan dünyanı qavraya bildiyi radiusda görür -
sadəcə ev-iş-ev,o sadəcə bunları düşünür,ama bunun birdə Ağıllı insan üçün olan radiusu varki ,burda ev-iş sadəcə kiçik bir faktor dur onun dünyasında daha vacib şeylər var yaşama məqsədi,səbəbi kimibir çox suallar… və daha nələr.Yəni bunu riyazi miqyasla ölçsək,bir filosof üçün “dünyanın radiusu” sıradan monoton bir həyat tərzi-düşüncə tərzi sürən insanınkindən 100lərlə böyükdür, “Ən Ağıllı ” “Ağılsız” söhbətidə elə burdan doğur.Dostumun danışdığı ikinci məsələ- Bambuk
ağacı isə mənə insanın yaşa dolduqca ağıllanmasını göstərdi ama bu
ağıllanma müəyyən bir yaşdan sonra daha konkret olur əvvəllər o sadəcə
baza toplayır,babmuk ağacının kökləri kimi, ama 17-18 yaşda(bu yaş insandan insan dəyişə bilər)o
nun ağlı artıq genişlənməyə dünya görüşü artmağa başlayır,və konkret
fikirlər söyləyə bilir.Əvvəlki yaşlarda isə onun beynindəki suallara
cavabı yox dərəcəsində idi.
İndi gələk ağılın göstərilə bilib göstərilməyəcəyinə ,mən çox vaxt “mənə Allahını göstər” deyənlərə “Səndə mənə ağlını,fikirlərini göstər” deyirəm,onlar susurlar ama əslində onların mənə verə biləcəkləri mükəmməl bir cavab var.Çünki ağıl əslində həm maddə həmdə mücərrət olaraq mövcuddur,başqa
cür deyim ağıl özü özlüyündə mücərrəd ama hərəkətləriylə maddəylə
əlaqədar bir şeydir.Həm konkret maddə həmdə mücərrət
fikirdir,məsələn,biz Televizora toxunanda bizi elektrik vurmur ama onun
özü-yəni tərkibimi deyim,içimi deyim,elektrikdən ibarətdir,ağılla beyin
(hüceyrələrin meydana gətirdiyi orqan-yeni konkret bir maddə olan beyin)
arasındada birbaşa olmasada bənzər olaraq belə bir əlaqə var,yəni beyin
görünən maddə,ağıl isə onun görünməyən qismi belə deyək elektriyidir.
Bəs zəka ilə ağıl arasında fərq nədir? Zəka da ağla yaxın bir termindir ama eyni deyillər.Məhşur bir deyim var “Ağıl zəkanı işlədə bilmə qabiliyyətidir”,burdan belə bir nəticəyə gəlirikki zəka hər kəsdə var ama onu işlədə bilmək lazımıdır.Yəni ağıl alətdir,o aləti işə salan isə Ruhdur,bu
barədə yəni ruh barədə yeni bir yazı yazacam ona görə bu mövzuda ona
toxunmuram,qayıdaq ağılla zəkaya.Zəka doğuşdan genlərlə gələn bir
şeydir ama ağıl yox.Ağıl zəkadan daha dərin mənalara sahibdir belə
deyim əgər zəka insanın düşünə bilmə qabiliyyətidirsə,ağılda doğru
qərar verməsidir,yəni bu ikisi əzlində bir biriylə vəhdət təşkil
edir,ama burda bir incə məsələ var,əvvəlcə misalla deyim 1+1
sualını düşünə bilməkçün zəka lazımdır,ama cavabən iki olduğunu deyə
bilməkçünsə ağıl gərəkdir.əgər fikir verdizsə burda çox incə bir məsələ
var,burdan belə bir nəticə çıxırki,ağıl olmazsa zəka öz özlüyündə sual
verə bilər.ama zəka olmazsa ağılda olmaz –sual yoxdursa cavab necə
olsun?demək istədiyim,zəkalı bir insanda ağıl olmayada bilər ama ağıllı
insanda mütləq zəka var,bunu sübutda etdim.Zəka ağıla nisbətən doğuşdan
gəlir ama oda zamanla arta bilər.Zəka özü özlüyündə 1+1=2
olduğunu müəyyən edə bilər ama bu hər zaman olmayada bilər yəni o səhv
cavabda verə bilər.Məsələn Fizika sahəsində nobel mekafatı almış bir
zəkalı insan başka bir sahədə vəya həyat problemi qarşısında aciz qala
bilər,çünki nobeli ağıllılara vermirlər sadəcə əhəmiyyətli kəşflər edən
bir fizikə verirlərki o fizik ağıllı olmasada zəka sahibi biri olaraq
əzbər,təcrübə, çalışaraq ya da özünü öyrədərək, əldə etdiyi məlumat
və.s kimi faktorlarla hər hansı bir alət kəşf edə bilər.Ama o heç vaxt
dahi adlandırıla bilməz.dahilər bir neçə sahəni birləşdirib ortaq fikir
yeridə bilən insanlardı,qısası Üstünzəka+ Yüksək səviyyəli ağıl=Dahi olmuş olur.
Başqa sözlə zəkalı biri, müəyyən bir nöqtədə tıxanıb qalar, həll tapa
bilməz, girişdiyi bir işi nəticələndirəmməz, səhv tapa bilər.Ağıllı bir
insan isə təhsil almadığı, təcrübəli olmadığı, hətta ilk dəfə
qarşılaşdığı bir mövzuda belə, illərcə o mövzuda təhsil almış bir
kimsədən daha iti və daha məqsədəuyğun nəticələr əldə edə bilər. Zəkada
ikiyə ayrılır biri İQEQ(romantik zəka) Filosoflar,EQ-nün İQ-dən daha əhəmiyyətli olduğunu deyirlərki,bu həqiqətəndə belədir.EQ hislərdir,İQ isə məntiq,ağıl,bir insanın yalan danışmasını EQ vasitəsilə müəyyən edə bilərik məsələn..İQ doğuşdan insanda var olan bir xüsusiyyətdir, romantik zəka (EQ)
doğuşdan gəlmir. İnsan beyninin quruluşu səbəbindən, uşaqlıqdan alınan
romantik dərslər, həyat boyunca davranış tərzini təyin edir. İQ, doğuşdan gələn bir zəka olsa da onu istifadə etməyi öyənmək lazımdır ..
İnsan ağlının qavrayamadığı şeylərdə var inasan ağlı çox incə və çox
böyük məsələləri qavraya bilmə qabiliyətinə sahib deyil,necəki hər
tərəzinin darta biləcəyi minimum və maksimum yüklər vardır. Bir tonluq tərəzilə, nə on tonluq dəmir dartıla bilər, nə də on qramlıq qızıl. Hər
iki halda da, alət bizə bir nəticə verməz, yalnız hərəkətsiz qalar,
eynilədə insan Nə hüceyrəsindəki hikməti nədə Kainatın sonsuzluğundakı
mənanı anlaya bilməz,onlar insan ağılının sərhədləri xaricindədir ,Ağıl
“kainatın necə yaradıldığı”Metafizikanın
belə ən incə məsələlərini anlamağa, ən dərin problemlərini həll etməyə,
ən uzaq doğrularını kəşf etməyə çalışır insanoğlu..Halbuki ağılın da iş
görə biləcəyi müəyyən sahələr vardır. Hələ bəzi mövzularda insanın,
deyil danışması, icra etməsi belə doğru deyil.
Ağıldan söhbət edəndə ilk ağla gələn Kant olur,ama Hegelin Dekartın birdə müasir psixoloqlardan Dr.Daniel Qolmanın
fikirləri məni daha çox qani edir. Yenədə mən öz fikirlərimi
bildirdim,yazını bəyənməyənlər ola bilər,vəya yazı kimlərisə qani
etməyə bilər əgər qani etmirsə onda yuxardakı filosofların kitablarını
incələməyi məsləhət görərdim onlarda mənim yazdığımdan daha çox fikir
var. Mənim yazdıqlarım yalnışda ola bilər,çünki sadəcə 18 illik
təcrübəm var..yazım həcmcə yada azda ola bilər,çox yazmaq istərdim ama
çox yazandada heç kim oxumur təəssüfki…((Halbuki ağılı 4 səhfəlik bir
yazıyla yazıb bitirmək mümkün deyil.Nəysə buda son,mənim atam haklıydı,ağılsızlıq ən böyük təhqirdir..
P.S – Bəs sizin dünyanızın Radiusu nə qədərdir? Ev-iş-yataq? Yoxsa daha
geniş?...hə birdəki xahiş edirəm,yazı hakda fikirlərinizi və qəbul
etmədiyiniz yerləri deyinki məndə səhvlərimi görə bilim..Əvvəlcədən
minnətdaram,,,