İmtahanlar bitdi nəhayət..Evdəyəm,darıxıram,maraqlıdı
həmişə “darıxıram” deyənlərə gülərdim indiysə mən darıxıram..Nə olub axı mənə?20
günlük imtahan ərəfəsində o qədər fikrim
var idiki imtahandan sonra bunu edəcəm onu edəcəm deyirdim nəoldu bəs hara
getdi o fikirlər,hanı bəs mənim ora bura dəftərlərə kitab kənarlarına yazdığım
qeydlər,yazmaq istədiyim mövzu başlıqları var idi...hə tapdım budur
entropiya.Entropiya?bunu nə vaxt niyə qeyd etmişəm görəsən?...bəs bu nədir
buddizim,bunuda qeyd etmişəm,bu hakda nə yazacaqdımki?digər notlarda var
süsmadchen,eşq üçbucağı,drahoma,idealistin xatirələri və.s bu qeydlər ...bu
barədə yazacam deyə qeydlər almışdım, yazdaa niyə yazmırsan??..uff olmur,olmur,olmur,,,
ruhum yorulub..bu yazını belə gündəliyinbu günü boş qalmasın deyə yazıram..
Darıxıram,olmur belə, nəsə
etməliyəm. Dur ayağa Xancan sən bu deyilsən!!özündə deyilsən sən,son zamankı
hadısələrin axını səni çökdürüb,dur nəfəs al!!Bağla o musiqini bitirir səni,yox
yox bağlaya bilmirəm..hər kəlməsində birazda yorğunluq ümidsizlik çökür üstümə,deyəsən
mənim sonumu bu musiqilər gətirəcək,Şövkət,Mirzə ,Aşıqlar...bağla!!hər bir
notunda həsrət qoxusu var..
Nədir axı bu havadakı
bürkü,eləbil lənətlənib buralar,səmada tək bir canlı belə yoxdur səssizlik
hakimdi hər tərəfdə..hardadı axı bu ev əhli darıxdım lap onlarçün hanı
Hasan,Yakup,Rasim,Fatih,hərə öz kefində..imtahan stresindən qurtulur bəs mən
niyə evdəyəm hamı gəl-gəl deyir mən getmirəm,doğrusu mən gedirəm ayaqlar
getmir,ruhum getmir.nə istəyir ruhum bu boş otaqlardan,qorxmağa başladım
lap,krantdan bir bir enən su damlaları qorxu filmlərindəki səhnələri xatırladır
sanki.. neyləyim görəsən,stresə girən qızlar kimi gedim məndə saçımı
kəsdirim?qızlar bunda nəsə məntiq görür görəsən,yoxsa bu sadəcə batil
inancıdr..eehhx stres məni nə hala soxubsa açıq düşünədə bilmirəm..ətrafımdakı
hər kəsi bir bir itirirəm,hər tərəfdən hər şey və hamı mənə doğru gəlirsə
deməli səhv yoldayam..(?)hə?bu doğrudan belədir?Bəs anam?..o ki məni
hədsiz,əvəzsiz sevir..niyə dünən sərt danışdım onla..lənət olsun
mənə,dilimə,ruhuma!!kim bilir bəlkədə gecəni yatmayıb..yazığ ana..bağışla
ana..sənin xanı balan darıxır yenə..Ya Əsmər?Aytən?onların bu dünyada məndən
çox sevdikləri kim varki..anam atamda dünyanı tutub getməyəcəklər...onların tək
dayağıyam..ama,ama onlara layiq olduqları sevgini vermirəm..mən,mən daşürəkliyəm!!
...zəng etməliyəm,ən azından
bəlkə hal hazırki bu sıxıcı fikirlər tərk edər məni,zəng edim ama
kimə?Elnur?yox o məni anlamır heç vaxt..Bəradər?deyəcək yenə nə uşaq uşaq
danışırsan..Xudaverdi??Sadəcə dua edəcək mənəysə dinləyici
lazımdı..Teymur?deyəcək gəl qaqan sənə bir kef versin gəl görəsən.. yox yox
olmur .bəs kim ??kim məni anlayar...Dediklərimə “boş boş sarsaqlama”
deməyən,məni anlayan əlini çiynimə qoya bilən büdrədiyim bu anlarda hansı
yaxınım məni ayağa qaldırar,buna ehtiyacım var,..ahabudu..O....mənə o lazımdı,fədakar ruhlum mənim,bayaqdan
niyə xatırlamıram səni,mənim ən dəyərli ruhum,beyin ekizim,danışmayacaq sadəcə
susacaq ama məni anlayacaq..tez zəng etməliyəm gec olmadan.(zəng)
-“Arama yapabilmek için yeterli kontörünüz bulunmamaktadır...”....Lənət
sənə kor Şeytan...lənət..
Bəzən olur hər kəsdə elə bir an ki. o anı kimləsə paylaşmasaq sanki içimiz get gedə qaralır.Sıxılır.Tənhalıq bizi boğur.Hər dəfə o anımda tel rehberini dəfələrnən gözdən keçirmişəm əfsus ki o qədər kəsin içində yenə tənhalığımla boğuşmuşam.