Dünya...heç
yorulmamısan??yorğun deyilsən?bütün bu olanlara necə dözə bilirsən dünya,dünya
biz gecələr yatırıq bəs sən?sən necə dincəlirsən dünya?dünya necədə
sədaqətlisən,mərhəmətlisən..dünya sənin başına nə oyunlar açdıq..heç
incimirsən?İncimirsən Sezardan?Nerondan?Titodan?Hitlerdən?bu qəssabların üzündə
buraxdığı izlər,ləkələr səni çirkinləşdirir ama sən o saf gözəlliyini necədə
qoruyursan dünya... Dünya sənin “ağ ciyərlərin”-i Amazon cəngəlliklərini hər
gün məhv edirlər necə nəfəs alırsan dünya??..için sızlamır??dünya sən necədə
dözümlüsən,məğrursan..dünya Sənin o şəffaf geyimini məhv edirlər səni çılpaq
buraxırlar,səni qoruyan Ozon-u bitirirlər..necə qoruyursan özünü
Günəşdən??əziyyət çəkmirsən??...dünya biz sənə yük oluruq hə?..hələ birdə verdiyimiz
bu əzablar...Dünya yağış yağır haa,o sənin göz yaşlarındı??məncə yox çünki elə
olsa fəsildən fəsilə ağlamazdın...hər gün ağlayardın..Dünya heç
üşümürsən?..Dünya o meteorlar səni ağrıtmıt?Dünya sağ tərəfindəki yaralar sağalmayıb
hə?Xirosima-Naqasaki yaralarını deyirəm...bəs solundakı Çernobil necə??çox
incidir hə??bizdə çox şey itirdik dünya.. 15min insanı itirdik, 50 min insan
şikəst qaldı, 5 milyon adam radiasiyadan təsirləndi, 30 kilometrlik sahədə
həyat dayandı,və..və… Radiasiyanın təsiri bölgədə 48 min il daha qalacaq
dünya…və 300 il ora o gözəl təbiətdən məhrum qalacaq.. quşlar bülbüllər
olmayacaq.. gül çiçəklər olmayacaq..dünya bu nadinc övladlarını ,bizi bağışlaya
biləssən dünya..??Dünya bəs ‘Böyük
Böhran'-a necə dayandın??Bəs Adolf Hitlerin törəddiklərinə??dünya mən utanıram əcdadlarımdan..
etdiklərindən.. Yəhudi soyqırımı... Nürnberg Məhkəmələri... Fələstin
problemi...İsrailin quruluşu..Sənin abidələrini dağıtdıq yenə bizlər
etdik aramızdakı sapı özümüzdən olanlar etdi… Dünya deyirlər Hitlerin əkizi
klonlamaq istəyirlər hə?dünya mən qorxuram ondan.. qoyma kopyalasınlar..dünya
68-də tələbələr çox nadinclik etdi hə?..bəs Kübadakı mərmilər dünya?? səni 14
gün boyunca rahat buraxmadıq,nəbzin 14 gün boyunca çox sürətlə atdı ...Dünya
səncə bu niyə belədi??sən bilərsəndə səbəbini.Axı hamımızı görmüsən, sən
əcdadlarımızı qonaq etmisən. dünya biz
çox ziyanverici qonaqlarıq hə?Dünya ilk qonaqğın-Adəmdə beləydi?oda
ziyanverirdi?cənnətdən qovulubsa deməli oda günahsız deyildi hə?onda qanımızda
vardaa hə??..Bütün bu olanlara necə tamaşa edə bilirsən dünya..necədə
təmkinlisən..dünya o bəzən lərzəyə gəlirsən haa bizdə zəlzələ dediyimiz şeydən
bəhs edirəm,sən elə lərzəyə gələndə mən çox qorxurdum uşaq vaxtı..Dünya
qonşuların Mars Venera və o birilərinin sənə xayınlığı tuturki səndə həyat var
deyə ama bilmirlərki nə əzablar çəkirsən..sənə həsəd aparırlar ama onlar bu
ağrılara tab gətirə bilərdimi? Dünya necədə ürəyi açıqsan,pisədə yer verirsən
yaxşıyada.. bitərəfsən,yamanlığa yaxşılıq edirsən..səni məhv edirik ama bizə suyunu
havanı verirsən,dünya necədə Sadiqsən Tanrına..o səni Yaratdı və bizləri sənə
göndərdi bunları qonaq et dedi sənsə heç səsini belə çıxartmadan insanoğlunun
əzablarına dözdün,insanoğlu sənin şəffaf bulaqlarını tükətdi,qol-qanadlarını
kəsdi ,budadı, doğradı, nəfəsini daraltdı, xəstələndirdi səni,insanoğlu öz
qanın qanından olan qardaşlarını yoluxucu xəstəliklərə dücar etdi..Spid
virusunu yaratdı,öz əlləriylə..Dünya bəs heyvanlar necə onlarda səni incidir
hə?..ama bizim qədər yox..hm??otlaqlarını çöllərə çevirdi heyvanlar..deyəsən ən
az zərəri verən yada heç verməyən bitkilərdi hm?Dünya səndən bir şey istəsəm
verərsən??səndən günlüyünü istəsəm verərsən?mən tarixi görmək istəyirəm,saxtalaşdırılmış
tarixi yox, həqiqətləri görmək istəyirəm,dünya sənin günlüyün mənə çox
maraqlıdı,nələr var orda kimlər var..Birdə ,dünya,səndən bütün əcdadlarım
adından üzr istəyirəm dünya..bağışla insanoğlunu..
heyifki her bi kes bunu derk etmir.yeni eledikleri zererleri sadece durmadan gedirik...ama kimse cixib bize xatirladanda indi senin elediyin kimi durub dusunur pesmanciliq hissi cekdiyimi,cekdiyimizi anlayiriq
Çoooooooox yaxshi yazmisan tebrik edirem. Dünya bizden yüz faiz bezib sadece elinden gelen hec ne yoxdu axi qiyameti gözlemekden bashqa qiyamet günü dünyanin bayrami olacaq azadliğa çixacaq biz insanlardan canini qurtaracaq
Eh dünyada bir vaxt eyni biz insan tək yorulur.Bizim dilimiz hər şeyi hər kəsə şikayət edərkən lal dinməz dünya məcburdu susqun bu halı ilə bizi daşımağa. Hər zamn olduğu kimi supersen