Bu
dəfə histologiya dərsindəyik,ama önümdə histologiya kitabı əvəzinə Michel Thibauxun Kleopatra kitabı var,
yuxulu yuxulu oxumağa çalışıram,bu Kleopatrayla əlaqəli oxuduğum 7ci kitab
olacaq deyə demək olarki ssenariləri əzbərə bilirəm ama hər dəfə eyni həyəcanla
oxuyuram..ətrafdan tamamən təcrid olmuşdum, professorun səsini kəsik kəsik səs
dalğaları olaraq qəbul edirdim, bu 20-30dəq belə dəvam etdi,sonar birdən bir
söz eşitdim “Entropiya” , gecənin
zülmət səssizliyində ova çıxmış qurd öz şikarının səsini eşidəndə qulaqlarını
necə şəkləyərsə məndə bir anda istəmədən üzümü prof.a çevirdim,o niyə o
kəliməni işlətmişdi , nə əlaqəsi vardı o kəlimənin histologiyayla? dinləməyə
dəvam etdim, söhbət amino asitlərin meydana gətirdiyi proteinlərdən gedirdi, proteinlərin
quruluşlarındakı nızamsızlıqdan-Entropiyadan gedirdi !!!,,, Proteinlərdə 4
quruluş varki bunlar birincidən başlayaraq mürəkkəbləşir beləki 1ci sadə 2ci nisbətən mürəkkəb 3cü 3D
formata 4cü dahada qıvrımlı….Prof proteinlərdəki bu artan sırayla dəyişən
nizamsızlığa Entropiyya demişdi,Prof bunu deyib dərsə dəvam etdi,və o nöqtədən
sonra artıq profla mənim düşüncəm fərqli tərəflərə ilərlədi o öz dərsinə dəvam
etdi mənsə Entropiyya kəliməsinin dərinliklərinə enməyə başladım ,çox
düşünməmişdimki tənəffüs başladı sözü telefona qeyd etdimki imtahandan sonar bu
barədə mütləq yazmalıyam,indiysə nəhayətki yazıram,saat 3:17dir səhər guyaki
qaçışa gedəsiydim ama görünür yenə qaldı o iş, nəysə biz Başlayaq öz dərsimizə ama histologiya yox ,həyat
,yaşam, fəlsəfədərsimizə.
Entropiya
termodinamikada İstilik enerjisinin hamısının mexaniki işə çevrilməsinin
qeyri-mümkün olduğunu ifadə edən bir göstəricidir. Qısasıbir sistem içindəki nizamsızlıqdır, məsələn
otağın bir tərəfindəki ətir qoxusu hər tərəfə yayılır,yada başka bir misal
şəffaf bir suya rəngli bir maye əlavə etsək o heçdə nizamlı bir şəkildə
yayılmayacaq.Yenə bir bisal məsələn siqaret tüstüsü,hər bir siqaret tüstüsü
nizamsız olaraq ətrafa yayılar.. fikirləşin bir meşədə gəzirsiniz ama bütün
ağaclar sırayla eyni məsafədədir, heç tərəddüdsüz bunun insanlar tərəfindən
edildiyini düşünəcəksiz, niyə? çünki təbiətə müdaxilə edilməzsə o nizamsız
olaraq, cəngəlliklərdən ibarət olardı və bu daim artış göstərərdi.Çox misal
çəkmək olar,məsələn “bağa baxarsan bağ
olar baxmazsan dağ olar” misalı,bağlarımıza baxmasaq nizamsızlıq artar və
otlar basar tikanlar bitər, saçımızı kəsdirməsək dağınıq olaraq uzanmağa dəvam
edər-nizamsızlıq-Entropiya..”Qoz beli qəbir düzəldər”-hər nə qədər
atalarla aram
yaxşı olmasada bəzən istifadə edirəm onlardan))bax elə bu atalar sözündədə
Entropiyaya işarə var..qoz belin beli nizamsızlığa dəvam edir taaki sona
qədər....Bütün bu misalları niyə çəkirəm?Əslində termodinamik bir qanun olan
Entropiyyanın həyatda bizi necə izlədiyini göstərməkçün,yəni heçkim və heçnə nizama doğru addımlamır,hər şey nizamdan
nizamsızlıqa doğru addım-addım ilərləyir…inanmırsız?bu misallar sizi qani
etmir?yaxşı onda bu yazını oxuyub bitirdikdən sonra ayna qarşısına
keçin,üzünüzdəki çizgilərə yaxşı yaxşı baxın,sonra bir iki ay sonra təkrar o
çizgilərə diqqət yetirin artacaqlar..onları xatırlayacaq qədər yaddaşınız
yoxdursa üzünüzdəki çizgiləri müəyyən edəbiləcək bir foto kamerayla üzünüzü
çəkib sonralar yenidən baxıb fərqi görə bilərsiz..bu misalda bəs eləmir
sizə?onda tarixə baxaq , əcdadımız.. Adəmdən
başlayaq..Cənnətdən qovuldu,edilməməsi lazım olan səhvi etdi , qaydaları
pozdu,bu taa o gündən bu günə nizamsız olaraq artan insan xarakteridir,eləcədə
Adəmin etdiyi səhvi ilk fürsətdə Həvvanın
üstünə atmağıda insanoğlunun xarakterində silinməz bir yer buraxıb,şər atmaq , satmaq,o gündən bu günə
insanlar arasında artış göstərə göstərə gəlmirmi?yaxşı ilk tayfalar?bir birinin
çörəyinə göz tikməmişdimi?indi necədir bəs?indiki Tayfalar bir birinin canına göz tikiblər…yenə Entropiya.. Özlərinə
və cəmiyyətə zərərli insanlar necə ortaya çıxırlar ki?!... Onlar dünyaya bu
hallarıyla gəlirlər?!... uşaqlıqdan gənclikdən ailə tərbiyəsi görməyən,yada heç
ailəsi olmayan küçələrdə böyüyən uşaqlarda hansı əxlaqdan danışmaq
olarki??hansı ac insan küçədə gördüyü bir çörəyi alıb yeməz??küçələrdə aclıqdan
ölən biri olsanız bir miqdar pul tapsanız sahibinidə bilsəniz onu sahibinə
verərdiz?şəxsən mən qarnımı doyurardım.o insanlarda belə,küçələrdəki həyatlar...
Gözlərimizin qarşısında mənəvi Entropiya
yaşayan insanlardır onlar., əxlaq potensiallarını gedərək itirən və asan yoldan
pul qazanmağa çalışan insanlar, kobud, təcavüzkar, davamlı haqq tapdalayan,
insanların mallarına göz dikən, namusa cana qəsd edən canavarlar...Əslində
onlarda günah varmı?Hitlerin atası
sərxoş biri olmasaydı onu tez tez kəmər altına salıb döyməsəydi o yenə belə
olacaqdı??“ Bu belə gəlib belədə gedəcək”-yox
əzizim bu belə gəlib ama belə getməyəcək dahada artacaq entropic olaraq
nizamsız olaraq.Başqa bir deyim,Bir insanda bir problem olanda hamı bir ağızdan
“ əşi düzələr,dərd eləmə”
düzəlməz,düzəlməz düzəlməz,nizamsız olaraq artış göstərər,əslində bir müddət
sonra bizə elə gələrkki bu düzəldi ama yox əslində düzəlmədi düzəldisədə biz
əvəzində eyni səviyyəli nələrisə itirdik,bu bir evdəki TV-nin xarab olmasına
bənzəyir,usta onu düzəldir ama qarşılığında pulumuzu itiririk bu nə oldu indi
bu düzəlmək oldu?? ”Qara ölüm” bəşəriyyət tarixində 100 milyonun ölümünə
səbəb oldu,quş qribi və.s sonra bitdi bu yoluxucu xəstəliklər dedilərki
düzəldidəə,hara düzəldi ? ya ölənlər??məsələyə başqa bir pəncərədən baxaq,bəşər
tarixindəki cinsi pozğunıuqlara diqqət yetirək, cinsi əlaqəyə “giriş” yaşlarına
baxaq,avropada bu rəqəm ortalama 16-17dir,və cinsi pozğunluqlar günbə - gün
artır,nizamsız olaraq,nizamsızlığa doğru…yəni boşuna Bakının dərdini çəkməyək..Başka bir misal,aldığımız maşını
təmizləməsək bir müddət sonra nizamsız olaraq çürüməyə başladığını
görərik,əslində təmizləsəkdə çürüyəcək..əlinizin altındakı klaviaturaya diqqət
yetirin,köhnəlib,Entropiya,nizamsız olaraq
artış,uşaq vaxtkı yatma saatlarımızı xatırlayaq, indikinə baxaq-Entropiya-nizamsızlıq..siyasətə
baxaq…Obama ha özünü öldürsün “change!” Erdoğan ha boğaziçinin
başını bağladı bağlamadı qəti olan bir şey varki oda entorpiyadır,heçnə
düzəlmir,nizamsızlıqa doğru artır.. daş
dövrü,tunc dövrü,feodalizm,imperializmin… insani fəlakətlərin
artması..mənəvi fəlakətlər..sadədən
mürəkkəbə… ilk insanlar daş qayalarda sadə heyvan rəsimləri çəkirdilər
indiysə illuziyalar…metro
çıxışındakı nizamsızlıqlar hər gün artır,çünki insan sayı artır ordakı qarışıqlıqda buna mütənasib
olaraq artmaqdadır..Entropiya kimi böyük bir qüvvəyə istədiyiniz qədər misal
gətirə bilərik yaxşı bəs onunda sonu
yoxdur?? Yaxşı, bəs necə olurki Entropiyanın dağıdıcı gücünə baxmayaraq,
həyat onu bəsləyərək və böyüdərək özünü var edə bilir? Necə bu qədər kövrək
quruluşa və həssaslığa baxmayaraq həyat dəvam edir? Günəşimizin diametric
dünyanın diametrindən 109 dəfə böyükdür. İstilik və işıq qaynağımız günəşdə hər saniyə 564 milyon ton hidrogen heliuma
çevrilir. Bu reaksiya nəticəsində günəş kütləsindən 4 milyon ton itirir
(enerjiyə çevrilir). Əgər maddə əbədi olmuş olsaydı,yada Entropiyaya uyğun olaraq nizamsız hərəkət etsəydigünəşimiz indiyə qədər çoxdan kütləsini
itirib sönmüş olacaqdı. Elə isə maddə əbədi deyil,və həmdə Entropiya kimi böyük
bir qüvvə burda sona yetir çünki onun
bir Yaradanı vardır…aha göründüyü kimi Entropiya deyilən qüvvənində kainat
və təbiət baxımından bir istisnası var. Entropiyayagörə əgər maddə və zamanın ilk yaradılışı bir
böyük partlama (big bang) ilə
başlayıbsa, bu partlamadan zaman içində bu günki qalaktika və ulduz
sistemlərinin ortaya çıxması, Günəş sistemi və Dünya kimi dəqiq işləyən
nizamların mövcudluğu Entropiyanınburda sona yetdiyini göstərir. Bayaqdan Entropiyaya
misallar sayıram heç ağlınıza bunun tərsi olan hallar gəldimi?yəni nizamdan
nizamsızlığa gediş ama təkrar nizama dönüş,bir misal çəkim:. Baxımsız bir
ağacın budağında çürümüş bir meyvə torpağa düşər , ölər. Ölmüş meyvənin ölmüş
nüvəsi düşdüyü yerdə çürüyər, yəni Entropiyaya
boyun əymiş görünər ama yeni bir həyatın, yeni bir ağacın doğulmasına səbəb
olar, Entropiyaya müqavimət göstərər,meydan oxuyar, İlahi qüdrət ölüdən diri çıxardar.. Təbiət baharda yamyaşıl bir örtü olar, məhsul verər. Qışda,qışın
soyuqluğunda hər şey nizamsız olaraq məhv olar ama, bir müddət sonra ilahi iradə ölmüş təbiəti,nizamsız
təbiəti canlandırar,buda Entropiyanın sonu.. Əlbətdə yox,səbəb-nəticə məntiqiylə hərəkət etsək görərikki
yox.Elə bu mövzuyla bağli qarşı çıxdığım deyimlər var məsələn
O histologiya dərsindən sonra elə sinifdəki tələbələrlə
basketbol oynuna getdik, dərsdən sonra elə hey Entropiyyanı düşünürdüm ,bizim evdəki uşaqlardan biri gəldi mənə:
-“ee dostum eyleniomusun?”-dedi
-“yok yaw,şu profun entropiyle
ilgili sölediklerini düşüniodum,hayatdakı entropilerimizi,mesela bak şu basket
sahasına,iki kişi olursa sadece basketler arasında gidilebilecek en kısa yolu
giderler hedefe ulaşmakçin ama kişiler arttıkca gitdikleri yollar
düzensizleşir, ne mükemmel bir entropi ama dmi?!”
-“üfff,artist
herif,yinemi hayal kuruyosun,bırak şu hayallerin peşini gerçek hayata dön salak
!”-deyə mırıldandnı,mənsə ona
Allenin məşhur sözlərini xatırlatdım:
-“Dur Hasan
gitme,dinle, dünyanın gördüğü her büyük başarı önceleri bir hayaldi.. En büyük
bir çınar bir tohumda,en büyük kuş bir
yumurtada gizliydi.. benim düşünceleriminde gerçek olduğu gün gelecekdir
dostum, sabr et sen…”
P.S – Artıq
Entropiyyanın nə olduğunu daha yaxşı bilirsiz, bəs, həyatınızdakı Entropiyaları
nizama salma vaxtı deyilmi? bu gücə maliksiz??(!)
Xancan Kərimov ,
5:42AM,24 / 11 / 20008 , Turkey/Adana,
Entropiya - indiye kimi bu haqda demek olarki hec ne bilmirdim. Maraqli idi hec bele dushunmemishdin indi ise tam mentiqli bir sey oldugunu anladim dushununce...