Heç
vaxt unutmayacayıq hər halda uşaqlıq illərindəki batil inanclarımızı.. “Çantanı tərs tutma 2 alarsan”,“Kanalizasıya keçidinin üstündən keçmə
ailəndə biri ölər” , “Nərdivanın altından keçmə uğursuzluq əlamətidi”...Nəysə
keçəndəfəki kimi bu dəfədə Atalar sözlərindən yada məsəllərdən vəya inanclardan
yazıb sensasiyyaya səbəb olmaq istəmirəm:) Ama Yeni Materikimizin Yeni QaraBalasına bu bizim deyimlərdən birini
demək istərdim,ona deyin “Əlini
qırmızıya qoysun yaman çox gülür”))hə nəoldu sizə bu qəribə gəlir?Nə olsunki
47 yaşı var hələdi bu yaşda batil inanclara inananlar tanıyıram,onada deyin
bizdə belə bir inanc var istifadə edə bilər.
Nəysə
boşboğazlıq etməyim mövzuya bu adıı verməkdə məqsədim nədir əvvəla onu
bildirim,QaraBalanın seçim günündə bizim fakultənin imtahanları yeni başlayırdı
deyəvaxt tapıb yazımı yaza bilmirdim
ama mətbuatı yaxından izləyirdim,o seçim həftələrində olan qalan qəpik-quruşuda
QaraBalanın xətrinə qazet ve siyasi
jurnallara verdim elə hansını açırdım elə ilk gözümə dəyən bu bizim QaraBalanın bəm-bəyaz dişləri
olurdu,içimdən-yaman gülürsən haa qarabala – deyirdim..Sanki Ağ evin sahibi
olacağına əvvəlcədən əminmiş kimi..kim bilir bəlkədə əmin idi bəlkədə onuda
Sionist qaqaşlar gətiriblər olduğu yerə.Bunu biz yox bizdən sonrakı yüz illikdə
yaşayanlar biləcək,necəki bizdən əvvəlki yüz illikdə yaşayanlar Atatürkə mason Hitlerə ,Leninə sionist
iddialarıyla yanaşmırdılar..Qısası zaman göstərəcək Obamanın “QaraBala” yoxsa “QaraldılmışBala” olduğunu..
Məntam olaraq deyə bilmərəm Obama kimdi veya nəçidi
ama yazmaq istədiyim bir iki mövzu var,oda çoxu elə bu Qarabalanın seçimiylə
ortaya çıxan şüarlarla,fikirlərlə ona verilən ləqəblərlə və.s bağlıdı
Başlayaq elə Martin Luther KİNG-dən,onun 28 avqust
1963-cü ildə Lincoln abidəsinin qarşısında 210 min insana xitab edərək “ Bir Röya görürəm,Bir gün gələcək ,qara
dərili və bəyaz uşaqlar əl ələ tutub böyüyəcəklər ,bir gün hamı bərabər olacaq”cümlələriylə başlayan o möhtəşəm çıxışında
King yeri gəldiyində kəlimələrin ən qorxulu silahdan belə daha təsirli
olabiləcəyini isbat edirdi..Nəysə sözüm onda yox,indi hamı durub deyirki Martin dayının röyası həyata
keçdi.Mənsə belə deməzdim..Ətrafdakılar elə hərəkət edirlərki elə bil bu qələbə
Qara dərililərin ilk və tək qələbəsidir.Yox əzizlərim bu heçdə qaraların ilk
qələbəsi deyil rəsmi mövqedən baxsaq Edward
Brooke 1966-cı il senata girən ilk qara dərili,Thurgood Marshall 1967-ci Ali Məhkəmənin ilk qara dərilisi,Colin Powell-ideki hər halda deməyimə ehtiyac
yoxdu2001-ci il ABŞ Xarici İşlər
Naziri...Yaxşı bəs Candaliza Rays??
O neynirdi orda? Gamburger satırdı?? Yaxşı deyəkki bunların işləri rəsmi
işlərdi bunlarıda mason,sionist vəya başka qara əllər idarə edərək o səviyyəyə
çatdırıb bəs can sənə qurban Beyonce?Usher?bəs
50 Cent qurupu nece?siz o qurupu elə xırda pul sanırsız?)) bunlarıda qara
əllər qaldırıb?bunları görə görə Obamanın qələbəsinə “ilk və tək” qələbə desək
Martin dayının ruhunu narahat edərik axı.Martin dayı o çıxışı etdiyi ildə Obama
hələ cəmi iki yaşındaydı,belə deyək “a-ilə
t-nı qanmırdı:)” ama o ildə Sidney
Poiter Oskar almışdı..oda qara dərili..yenədə obamanın zəfərini Qara
dərililərin ilk zəfəri kimi qəbul etməkdə tərəddüd edirsiz??onda hələ bitməyib
tələsməyin yenə var tanımırsızsa gedin
evdə valideyinlərinizdən soruşun tanıyarlar Məhəmməd Əli necə?Oooo dayanın unutmadan onuda deyim hər nə qədər
dəri rəngini dəyişsədə elə qara dərili vaxtlarından öz musiqisiylə sözünü deyən
Maykl Cekson..Bəs aramızda neçəmizi xəyallar
dönyasına aparıb Gloria Gaynor,Diana
Ross Lionel Richie və nəhayət Mariah Carey!!..çox saymaq istəmirəm
formaların üstündə rəsimləri olanKobe
Bryant,LeBron James,Allen İversondan...bu siyahını artırmaq istəyən varsa o
Google oda klaviatura axtarın tapın baxın neçə “QaraBala”lar olub..Yəni demək
istədiyim mənim bu saydıqlarımın çoxu öz iradəsi,əzmi və səbriylə bu
səviyyələrə gəlib çıxıb ama bu Qarabalanın bir fırıq işi var əlbət:)
Qarabalaya yaman
ləqəblərdə qoşublar "Alabama" ,“Torpağın
oğlu”,"Yo Mama" ,”Rock Ulduzu” .Uşaq vaxtıda dostları onu Obomber (Bombaçı) deyə səsləyirmiş))
Adının hərfi tərcüməsidə O-Ba-Ma “O
bizdən biri” deməkdir.Digər adı Hüseyin olduğuyçündə başı çox bəlalar çəkib
Qarabalanın..hə hakkında bilmədiyimiz çox şey var hələ Qarabalaİndoneziyada yaşayarkən it və ilan əti ilə qızarmış çəyirtkədə yeyib))Və İndoneziyadakı yoldaşlarının çoxunun 'küçə
uşaqları' olduğunuda deyib.. Gənclik illərində marixuanavə kokoindəndə istifadə edib
yaramaz qaqaş)Görünür Qarabalanın bioqrafiyası yaman maraqlıdır ama bunları
yazaraq vaxt itirməyim.
Seçimlərdən bir gün
qabaqki TV proqramındakı müsahibəsini çoxları unutmayacaq yəqinki çünki orda
Qarabala hər nə qədər “oyuncaq” olsada öz zəngin milliyətçilik fəlsəfəsinin
olduğunuda ortaya qoydu beləki ona “Atanız
Qara ,Ananızsa tam tərsi...Əgər seçilsəniz siz özünüzü hansı rəngdə hiss
edəcəksiniz” sualına Qarabala “
Amerikan bayrağının rənglərində hissedəcəm ”deyərək öz güclü fəlsəfəsini
göstərdi..Hə Qarabalanın müsbət cəhətləri çoxdu onu sevənlərdə çoxdu,istər
Amerikada istər xaricində.Gör işin harasıdıkı Obamanı təbrik edənlər arasında Hugo Çavez,Əli Həməney,Medvedev,Hu Çintao
kimiləridə var..Hətda ən qəribə tərəfiysə Fidel
Castroda Obamanı dəstəklədiyini bildirmişdi,Rus milliyətçi Vladimr Jirnovskiysə “ABŞ-ı məhv edəcək
Amerikan Qarbaçovu” ifadəsini işlətmişdiki bundada bir qədər həqiqət ola
bilərdi ama yenədə inanmıram.
Bir dostum seçimdən sonra mənə sms
yazıbki “Obamanın kalbinin
derinliklerinde bir insan sevgisi var,Hatta o müslüman olacak gibime
geliyo,Gülme !” əlbətdəki oxuyub güldüm))çünki Obamanın insan sevgisi ola
bilər o müslümanlığı qəbulda edə bilər ama bu heçdə hadisələrin yönünə çoxda
yüksək səviyyədə təsir etməyəcək Qara əllər yenə nəyi istəyir onuda edəcək ama
Bush bunu açıq aşkar edirdisə Obama gizli edəcək.Təbiiki bunlar sadəcə mənim
fərziyyələrimdir nəyin nə olacağını zamanla görəcəyik. Qarabalanın həm öz ölkəsinə həmdə beynəlxalq
arenaya verdiyi əsas 5 vəd varki bunlardır:
1.
İraqdakı əsgərləri müəyyən vaxta ordan
cıxartmaq.
2.
İqdisadi durğunluqla mübarizə məqsədilə yeni bir iqtisadi paket hazirlanması.
3.Wall Streetdə zəifləməsidə daxil olmaqla,
maliyyə sektorunda yeni tənzimləmələr ediləcək
4.
İllik gəliri 200 min dolların altında olan Amerikan vətəndaşlarına vergi
endirimi vəd etmişdi.
5.
Seçilsə, ABŞ əleyhdarlığı ilə tanınan dövlətlərin liderləriylə görüşməni
arzuladığını ifadə etmişdi. Bu ölkələrə nümunə olaraq İran, Küba və Venezuela
sayıla bilər.
(mənbə: Reuters)
Maraqlı olan bir neçə fakt daha
var.Obamayla sionistlər arasındakı əlaqəylə bağlı əvvəla onu deyimki İki qızıda YaleUniversitetində
oxumaq istəyir burdada məndə yenə şüphələr oyanır.Yale Universiteti
Sionistlərin əlindədir və o Universiteti bitirənlərin gizli işlərdə əllərinin
olduğu artıq hamıya məlumdur.Elə Corc
Bushda o Universiteti bitirmişdi orta məktəb illərində CC notlar alan çox
zəif bir tələbə olan Bush o Universitetin sayəsində Sadəcə pulun və gücün ala
biləcəyi zirvəyə qalxdaı(qaldırıldı).Və Bush seçilərkəndə onun Rəqibi adını
xatırlamıram ama oda Yale Universitetinin tələbəsi olmuşdu.İndi bu balaca
qızlarda deyirlərki (yada
dedizdirilillərki) biz Yalede oxuyacağıq..Başka bir faktda Rahm Emanuellə bağlıdır.Ərəblər gözlərini Obamaya
tikmişdilər ama oda yəhudi-İsrail tərəfdaşı çıxdı buda Ərəblər üçün yenə mənfi
nəticə oldu beləki Obamanın seçiminin ardından Əmr Musa Obamaya Filistin-İsrail
məsələsinə tez bir müddəttə baxılmasını istəmişdi ama Obama Rahm Emanueli Ağ Ev Ümumi Katibi edəcəyini
açıqladı.. Emmanuelin Ümumi katib olması İsraildə bayram kimi qarşılandı.
Maarivqəzetinin ana səhfəsində ‘AğSaraydakıAdamımız' yazısı
yer alırdı onun katib seçilməsindən sonra .ABŞdakı Yəhudi lobbisinin ən təsirli
güclərindən biridir.Ləqəbi Rembo...Başçının ən yaxın Sağ Qolu Kindar
və söyüşbaz olaraq tanınır. 91ci ildə Səddam Hüseyinin İsrailə göndərdiyi
mərmilərə qarşı canlı qalxan oldu.
İraq Döyüşünü dəstəkləyir.Görək bu günə qədər İslam dünyasınıda adəta bir
"soyqırım" törədən ABŞ yeni dövrdə İraq, Fələstin, Əfqanıstan və
Pakistandakı qırğınlarına davam edəcək mi?(!).. Bilinən və dəyişməz tək şey,
Amerikalı Yəhudilərin oyunun içində əsaslı bir parça olduğudur. Ərəb mənşəli Amerikalı ekspertlər,
yeni başçının Emanueli yalnız Yəhudi mənşələrindən ötəri deyil, administrativ
və siyasi Qabiliyyətinə ehtiyac duyduğu üçün də seçdiyini ifadə
edirlər,türklər demişkən“Bizde
inandık:))))”.. . Obama zəfəri, elə bil dünyanın zəfəriymiş kimi
qarşılanılması normal deyil məncə.Qarabalanın seçimi ABŞı yenidən
qurmayacaq.Türkiyənin Van bölgəsində Obamanın seçimi səbəbiylə qurban kəsənləri
görəndə verdiyim reaksiya sadəcə başımı qaşımaq oldu))Yəni xülasəm ondan
ibarətdirki Obamanında heş bir fərqi yoxdur məncə..Axşamacan “Change,Change”eşitməkdən bir təhər
olmuşduq indidə “Yes We Can, Yes We Can”
deyir Qarabala.Dünən bələdiyyə avtobuslarının arxasındakı reklama gözüm sataşdı
bilirsiz nə yazılmlşdı?))) “Değişim-Her
kes İstikbale gelsin”hara baxırsan Qarabalanın şüarları doludu.Seçım
ərəfəsindədə Türk Qazetlərindən Milliyetdə nə oxusam yaxşıdı “Hər ülkeye bir Obama lazım,hatta hər eve”
a balam Obamanın hələ heç and içmə mərasimidə olmayıb hələ heç bir fərman
imzalamayıb nə Obamizmdi bu belə ?Qarabalanı yaman matili-matan eliyiblər haa.. Dəyişməkimə görə, iqtisadi dəyərlərin ədalətli
paylaşımı, fərdi və ictimai haqq və azadlıqlar üzərindəki məhdudlaşdırmaların
qaldırılması, ictimai və ya mədəni rifaha çatılması, inanc azadlığının təmin
edilməsi istiqamətində bir məna daşıyarkən, kimilərinə görə də tam əksinə bir
vəziyyət olaraq qiymətləndirilə bilər,bəs yaxşı ay Obama sən bu sənə səs
verən 300 milyonun hamısının qəbul edəcəyi dəyişimi necə edəssən? Sadəcə Barak Obamanın ABŞ Başçısı
olmasıyla dəyişə biləcək görəsən dünya ? Hər şey bu qədər sadə deyil məncə. İnsanlar,
Başçılar dəyişsə də "nizam" eyni qalacaq...
Tarix boyu insanoğlu hər şeyi görə görə gəlir,ABŞ Başçıları Taxt-Taca keçəndən sonra, seçki
atmosferində dediklərinin çoxu, havada qalıb. Onlara verilən məlumatlar, strateji ortaqlıq və dostluqlar,
dünyanın və ölkələrin geopolitik mövqeləri inkişaf və dəyişmələrlə Başçıların
namizədliklərindəki sözləri geridə qalmış, həqiqətlərlə üzləşincə
fikirləridəyişmiş, ABŞın müəyyən xarici
siyasətində “Change”-lər olmamışdır.
Bu dəfə də eyni sujet xettinin tekrar olacağını sanıram.Yenə, "Hərzamanki
kimi olacaq" kimi klassik ,qəlib kəlimələrlədə fil qulağında yatıb
qalmaqda doğru deyil.Ama məncə
Qarabalanınən önəmli dəyişikliyi Ağ
evdə qurmağı planladığı Basketbol sahəsi olacaq))
Uzun sözün qısası
mənimdə bu yaraşıqlı qara balaya simpatiyam var xarici görünüşü inam
vericidir,boy buxunlu yaraşıqlı , sportiv bir Lider və eyni zamandada Yazardır.
Kitabları www.Amazon.com adresində son həftələrdə ən çox satan ilk 25
kitabın arasındadır.Bioqrafiyasında ən çox sevdiyim hissə isə İngiltərədəbacısının nişanlısının təşkil etdiyi subaylığa vəda gecəsinə qatılıbmış, ancaq bir striptizçinin səhnəyə çıxdığını görəndə
oranı tərk edib...Gəncliyində
it əti yesədə marixuana vəya başqa maddə qəbul etsədə belə tərbiyəsizliklərə
qarşı çıxırsa
deməkki O-Ba-Ma))(oda bizdən biri)
Nəysə bəyəndiyim çox cəhəti
var ama bu bir həqiqətdirki Siyasət sözü çirkin
oyun deməkdir-ərəbcə-yəni, bu oyuna giribsə Obamada....nəysə məndən bu
qədər gerisi oxuyana qalsın..
P.S- Deyirlər Ağ evə, ora gələnlərin dəri rənginin
“ağ” olduğuna görə “Ağ ev” deyirlərmiş yaxşı bəs indi necə olacaq?)) “Qara ev”??
yox yox “Qaraldılmış ev”...
Heç bir zəfərə çiçəkli yollardan gedilmir (La Fonddasina)