Anatomiya dərsi,hər nə qədərdə qiymətlərim pis olsada))
sevdiyim fənlərdəndi.qiymətlərin pis olma səbəbiysə sadəcə olaraq Profun dərs
danışdığı zaman mən insane vücüdünün anatomiyasına fiziki yox fəlsəfi olaraq baxdığımdan
dolayıdır.Hər hücrəmizi necədə mükəmməl yaradıb Yaradan.. Ortalama ağırlığı 1,5 kg
olan və insanı digər canlılardan fərqli edən insan beyni, sözün tam mənasıyla
sirrli bir orqandır. İnsan beyni çox inkişaf etmiş komputerə bənzədilir ama
yalnışdı ondanda ötədir məncə, ən inkişaf etmiş kompüterdən çox daha kompleks
bir quruluşa sahib olduğu və daha sürətli işlədiyi aydındır məncə. Digər
orqanlardan çox fərqli bir quruluşa sahib olan insan beyninin işinə bağlı
məlumatlar hələ də qeyri-kafidır. Beynin necə işlədiyi, duyğuların necə meydana
gəldiyi, yaddaş və öyrənmənin mexanizmləri tam olaraq bilinmir.bilinməyəcəkdə..
Beyin bədəndəki bütün orqanları nəzarət etməklə qalmayıb duyğularımızı,
düşüncələrimizi və xəyallarımızı istiqamətləndirir. Qısacası insanı İNSANedir.edəmədikləridəvar əlbət))Beynin əhəmiyyəti köhnə əsrlərdə
bilinmirdi. İnsan şüuru üzərindəki ilk ifadələr E.Ə. 4000li illərdən başlayıb. Şumerlər hər səfər olduğu kimi
yenədə ən qabaqda gələn mənbələrdən biridir bu mövzudada))yəni ilk mənbələr
onlarda varki məsələn xaş xaşın insane beyninə təsiri falan Ama əvvələr insan
şüuru ya da duyğuların qaynağının ürək olduğu düşünülürdü.indidə özünü dərk edə
bilməyənlər elə düşünürə nəsə)) Misirlilər ürəyin həyatın özü, yaxşılıq və
pisliklərin qaynağı olduğunu düşünürdü. beynin anatomiyasıyla əlaqədar ilk
şəkillər E,Ə 2500-cü ilə aid Misir
papiruslarinda var. EƏ 2000-ci illərdən qalma kəllələrindəki dəliklərsə, ilk
beyin əməliyyatlarının bu çağlarda edildiyini göstərir.Təsəvvür edə
bilirsiz??eramızdan əvvəl 2000ci il zarafat deyil həqiqətəndə.. Düşüncə və
duyğuların qaynağının ürək deyil də beyin olduğunu, ilk dəfə sürüdən ayrılaraq
inkar edən (sağolsun) Alkmaeon olub.
Ölmüşün
fikirləri 18ci əsrə qədər dəvam edə bildi)) daha sonar çoxumuzun tanıdığı Romalı
gladyatorlarin həkimi olan Galen beyinlə bağlı araşdırmalar aparmışdı. Ama Orta
əsrlərdə kilsənin insan bədəni üzərindəki əməlyatları qadağan etməsi səbəbiylə,
beyinlə əlaqədar heç bir irəliləmə olmadı.Bu mövzu məni hər zaman düşündürürki
kilsə yəni daha geniş desək dini olaraq otopsi və biopsy günahdırmı orqan
bağışlanması mövzusu,hərə bir cür cava verir buna ..nəysə 17-ci əsrdə Fransız
filosof Dekart beynin iş prinsipi ilə əlaqəli fikirlər söyləmişdi. Beynin
anatomiyasıyla əlaqədar ilk kitabsa 1664-cü ildə yazıldı. Galvani adındakı
bir elm adamı 18.əsrdə insan hərəkətlərinin elektrik cərəyanı sayəsində olduğunu
göstərdi. Bu fikir sinir hüceyrələrinin funksiyalarını araşdıran müasir
nörofizyoloji bilminin təməlini qoydu.1800-cü illərdə beyin və sinir
hüceyrələrinin quruluşu daha yaxşı aydın oldu. Beyindən çıxan sinir
hüceyrələrinin onurğaya, oradan da orqanlara getdiyi göstərildi. James
Parkinsonun 1817-ci ildə "Parkinson xəstəliyi"ni təyin etməsiylə
beynin iş mexanizmləri üzərindəki araşdırmalar sürətləndi.Beynin sirrinin
işıqlandırılması baxımından, bu xəstəlik hələ də ən əhəmiyyətli araşdırma
mövzularından biri. Gage adlı bir dəmiryolu işçisinin başının ön tərəfinə
1848-ci ildə batan bir dəmir, beynin funksiyalarının başa düşülməsində yol açdı.
Beynin "frontal lob"
olaraq adlandırılan ön tərəfinə batan dəmir parçası, işçinin ölümünə gətirib
çıxarmamış ancaq şəxsiyyət dəyişməsinə gətirib çıxarmışdı.Bu müşahidə, beyin
cərrahisinda əhəmiyyətli bir inkişafa səbəb oldu. Müxtəlif davranış pozuqluqları
göstərən kəslərin frontal lobları çıxardılaraq təcavüzkar ya da xəstəlikli
şəxsiyyət xüsusiyyətləri müalicə edilməyə başlanıldı. 19. əsrin sonlarında
şizofreniya, depresiya kimi ruhi xəstəliklər təyin olunaraq bunların beyinlə
əlaqəsi araşdırıldı…Bu mənim anatomiyadan öyrəndiyim bir iki cümlə)) maraqlı
deyildi düzdü?? Ay sağolun bu hissəsi maraqlı deyil və mənim dərsdə yuxuya
getmə səbəbimdə budur))indiysə anatomiyanın,beynin fəlsəfik tərəfinə baxaq Nə
qədər araşdırılsada bu bir sirr olaraq qalacaq..insan
beyni..sürəti,yaddaşı,gözəl bir metaforadır insane beyni və komputerlər və mən
bu metaforanı birazda gücləndirmək istəyirəm necə?belə düşünək,Kopmuterlərdəki
Anti viruslar var.Bəs Beynimizdə??Maraqlıdı hm?təəssüfki hər insane öz
beynindəki o anti sistemi özü qrumalıdır və çoxlarə qura bilmir insanlıq məhvə
gedir..Beynimizdəki anti virus siteminin göstəricisi olaraq iradəni göstərə
bilərəm hə iradə beynimizə girən Mənfi düşüncələrə məğlub olur və o düşüncələr
beynimizi zəbt edir..Buna görə iradəmiz o qədər güclü olmalıdır. Necəki Anti
viruslarda günlük UPDATElər(yeniləmələr)
olur hər gün çıxan virusa qarşı yeni anti viruslar çıxır və istifadəçılər
yükləyir.Bizimdə iradə sistemimiz Ətraf mühitdəki mənfi düşüncələri,hər gün
artan və yenilənən mənfi düşüncələri məhv edə biləcək qədər güclü olmadlıdır..Heç
düşünmüsüzmü bu barədə??sizcə mən ağzıma gələni yazıram ya ağlıma gələni?bunlar
cəfəngiyyatdı hamısı??bir düşünün..nəsə tələm tələsik bitirəsi oldum hələlik
P.S – Beyninizi qoruyacaq Antivirusçün
lisenziya almağa gərək yoxdur o sizə Tanrınız tərəfindən verilib..
bu cumlelere gore sene minnetdaram dostum bu gece cox pis idim ama tesadefen bu yazini gordum indi daha rahatam minnetdaram iyiki varsin menim beyin ekizim
" Gage adlı bir dəmiryolu işçisinin başının ön tərəfinə 1848-ci ildə batan bir dəmir, beynin funksiyalarının başa düşülməsində yol açdı. Beynin "frontal lob" olaraq adlandırılan ön tərəfinə batan dəmir parçası, işçinin ölümünə gətirib çıxarmamış ancaq şəxsiyyət dəyişməsinə gətirib çıxarmışdı.Bu müşahidə, beyin cərrahisinda əhəmiyyətli bir inkişafa səbəb oldu. Müxtəlif davranış pozuqluqları göstərən kəslərin frontal lobları çıxardılaraq təcavüzkar ya da xəstəlikli şəxsiyyət xüsusiyyətləri müalicə edilməyə başlanıldı. " hardasa oxumuşdum, beyin yarımkürələrinə müvafiq fiziki təzyiqlər etməklə psixoıoji pozgunluqları aradan götürməyə çalışırdılar.
"Beynimizdəki anti virus siteminin göstəricisi olaraq iradəni göstərə bilərəm " Xancano yazılarında bilirsən nə xoşuma gəlir, faktlaa əsaslanaraq öz baxışınla müqayisə etmən və bir də yazılarında fikirzənciri qırılmır. sonuna qədər formalaşır