Qadınlarla bağlı yazacağım yazı var
idi ama,bu gün ağzı süd qoxan,itimin qurd dayısı səbir kasamı dolduran son
daşıda bostanıma atdı.. Beşdə alacağım yox üçdə vereceyim,ama nəyə görəsə
sərsəmlər məndən əl çəkmirki çəkmir.Yenə lənətlənmiş e-mailimə gələn 2-cə cümlə
məni yerimdən oynadıb, səhərdən sinir semptomlarım alnımın üstündə nağara
çalır!! Çox uzatmayım mailimə gələn o 2 cümlə məhz ataların
sözləridir.Müəlllifini belə bilmədiyimiz, sayı minlərcə olan bu sözlər
həqiqətəndə doğrudur?ya necə deyim hamısı doğrudur?Yəni o Ataların səhvləri
olmayıb?Yoxsa bizlə zarfat ediblər))Mən demirəm tamamilə yalnışdı,yox yox
Elələri varki Boynum qıldan incədi o sözlərin qarşısında ama bəs bu sözlər elə
biz durduqca duracaq??hər dövrə uyğundu?Yoxx..deyəsən dəvənin quyruğu yerə
dəysədə bəzi səhv sözcüklər dünya durduqca duracaq..Ama bunlara birinin dur
demə vaxtı gəlib və keçib !!ama qorxmayın burdayam ))ölməmişəmki )) yetənə
yetərəm yetməyənə daş ataram)Mən demirəm mən aydan arı sudan duruyam
,sadəcəbir azcıq düşünsəniz sizdə mənə
hakk verərsizki hər gün işlətdiyimiz Ataların sözlərinin bəziləri yox yox bir
çoxu nisbi məna daşıyir və leksikologiyamızdan çıxarılmalıdır..
Həə belə belə işlər qara qızın dərdi
var əzizlərim..Atalar sözləri..Məni başa düşməyə çalışın əgər buraya qədər
oxumusuzsa onsuzda axıra qədər oxuyacaqsınız)Mənim kəlimələrim məngənə kimi
beyninizi durmadan sıxa bilər ama səbir edin mənə hirsi olan varsada səbr
etsin, Səbir acıdır ama meyvəsi dadlı olur və səbir ümüd etmə sənətidir..Oxuyun sonra etiraz
edərsiz(əgər etməyə cəsarət edəcəksicə)) Baxın dürüst insane hər zaman doğrunu
söylər ağıllı olan isə zamanı gələndə və mən ağıllı bir insan olarakdan)) artıq
bununda zamanının gəldiyini düşünürəm nədə olsa Kiçik dərdlər danışar böyüklər
susarvə mənim böyük yox Nəhəng
dərdlərim artıq su üzünə çixma vaxtının gəldiyini işarə edirlər. Bax elə
mövzunun axınına uyğun olaraq bir neçə atalar sözləri yazacam və yalnış
olduqlarını da öz fəlsəfəmlə sübut edəcəm inkar edənlər zəngdə qalsınlar bir
daha başa salım)) nəysə uzatdım bugün yenə kefim yerindədi deyəsən .Ok Başlayaq- BİRİNCİ ata sözü olaraq elə bu yazını gecə
yazdığımçün bunu seçirəm – “Gecenin Xeyrindense
Gündüzün Şəri Yaxşidir” –Yalansa elə bunu deyənin..bu düzdü yəni??necədə səthi düşünən bir atamız
deyib bunu.belə ata sözləri görəndə az qalıram Darvvinə inanıb)) meymundan
fərqli hansı atamız deyə bilər axı belə sözü) )nəyə görə gecələri bu qədər
pisləyirikki?bax inanın mənə 19 ildi gecələr yatmıram hələki bir ziyanını
görməmişəm) nəysə gecədən keçək səhərə İKİNCİ sözümüz “Xoruz Yox İdi Seher
Acilmirdi?”- cavabım açılırdı
açılırdı ama ala bula açılırdı))Bu bilirsiz nəyə bənzəyir? “Çvetnoy” TV-ler yox
idi yuxularimiz BEZ ÇVET idi dee))oldu rəngləndi)) nəysə qatılmıram bunada
ÜÇÜNCÜ sözümüz “Dünyada Vətəndən Əziz Nə Var?”-cavab əlbətdə çox şey elə birinci sağlıq,mən
milliyətçi deyiləm elə bir axmaqlıqda etmərəm,ama onu bilirəmki milliyətçiyədə
heç sağlıq olmasa vətən gərəkməz. DöRDÜNCÜ sözümüz –„Qürbətdə Xan Olunca, Vətənində Dilən, Gəz“ sən öl özüm ölüm bişmiş toyuğun gülməyi gəlir
çıxın qürbətdəki azərilərdən soruşun bunu 2- 3 ü inkar edər oda hələ yatandada
mişkasıyla yatan xanımlarımız var Oxfordda falan onlar inkar edər))qalan heç
bir Qərib Xanı buraxıb vətənə gəlməz inanin mənə.məndə darıxıram Vətənçün ama
Vətənim Məndən Dəyərli deyil Mənimçün !!! BEŞİNCİ sözümüz “Oğul öydürər,Qız Söydürər”- bunuki hər halda inkar edən olmaz)) ən azından xanımlar
etməz))bu söz atalarımızın dövründə qadınların elə obyek olaraq qaldığını
göstərir ama indi elədimi??yoo..Elə bizim evdə papanı məndən başka utandıran
olmayıb(( nəysə((ALTINCI söz “Bey veren atin dishine baxmazlar”baxır o bəy hədiyyəni kimə verib
!!bəlkə elə özündən böyük bəyə verib)) YEDDİNCİ-ONUNCU sözlər- “Tek elden ses cixmaz”“Palaza
bürün , elnən sürün
“Elsiz duran yıxılar „“Birlik
harada, dirilik orada.”- Qadası Tarixi
dəyişdirənlər tək əlləriylə yox bircə barmaqlarıyla dəyişiblər bu bir ikincisi
onlarda palaza bürünüb ellə sürünsəydilər İnqilab deyilən bir şey olmazdı !!
üçüncüsü elsiz duran yıxılsaydı o dahilər neylərdi,Və nəhayət axırıncı)) birlik
harda dirlik ordaymış)) valla bizim sinifdə 250 nəfərdi hər gün üyni sinifdə
dərs keçirik quruplaşmalar var və ən böyük birlikdə mən dirlik falan görmürəm hüyvan
sürüsündən heç bir fərqi yoxdu)) necə deyiblər Qarğalar sürüylə
Qaartallar yalnız uçar bu söz elə aid bütün deyimləri yerlə bir etməyə
yetər məncə))ON BİRİNCİ – “Anasina Bax Qizini
Al....”yenə yazıq xanımlar.qatılmıram qardaş səhvdi ne olsun 20 il eyni
evdə yaşayıb onda deməli axmaq ananın qızı sərsəm olmalıdı??qatılmıram,gözəllik
məsələsindədə qatılmıram,məsələn elə mənim Kleomun anası özündən daha
gözəldi))nəysə ON İKİNCİ – “Anası gəzən
ağacı qızı budaq budaq gəzər” eyni zibildi buda səhvi qardaş ON ÜÇ və ON DöRT “Dost dar gündə
tanınar.” “Dost dosta yaman gündə gərəkdir.” Səhvi səhvi səhvi nəyimə gərəkdi o dostki sadəcə mənim yasımda tanınır !!
yam tərsi yasımda yox sevincli anımda mənlə birlikdə olmalıdı.deyəcəksizki
saxta dostta sevincli anında sənlə ola bilər yox əzizlərim saxta dostun
içindəki qısqanclıq ona mənim sevincimi bir artist kimi paylaşmağa mane olar !!
ON BEŞ- “Qələm yazanı qılınc poza bilməz.”deyirəmdəə elə!! ona görə
Türkmənçaydakı 100 illik müqaviləmizi Rus İran qılıncı pozdu??Hansı əsrdə
deyilib bu söz görəsən.ayə harda görülübki insanlar kağızlara fərmanıara
uysunlar.Boş yerə TV xəbərləri hər gün bar bar bağırmıre falan iş elə kağız
üstdədə qaldı.. nəysə ON ALTI “Ağac bar verəndə başın aşağı dikər.” Bu
sözü məktəb vaxtı Üzeyir Müəllimdən eşitməkdən qulaqlarım mazol
olmuşdu,tamamilə səh fikirdi mən nə qədər çox bilsəm o qədər Dik gəzərəm(məcazi
mənada)yəni özümə inanmım olar..haklyam biridə var cox bilən az danışar.buda
səhvdi gedin bir məclisə görün kim çox danışır?kim dinlənilir?əlbətdə az bilən
susur..ON YEDDİ “ət
dırnaqdan ayrılmaz” Ayrılmasada ayırarlar qadası..ON SƏKKİZ “Özgəsinə quyu qazan özü düşər” Amin!
İnşallah! Yaşayarıq görərik! Ermənilər əsirlərdir qazdıqları quyulara bizi
sala bilir ,bəs necə oldu? Nəysə ON DOQQUZ “Bağa qınından çıxdı, qının
bəyənmədi „ əşi bu vapşe
dəhşətdiyee papacanı)) bu nədiye belə mən məcburam doğulub böyüdüyüm mühiti
sevim?onda Lütfi Zadənin Adına Amerikada Universitet açmazdılaree
qağəli.ağıllı adamdı vətəni neynir??qını bəyənməyib getdi düzdə elədi !!İYİRMİ-“Ilanin agina da lenet qarasina da!”Sən
öl özüm ölüm səhvdi düşmənin içində qınını bəyənməyənlər ola bilər və onlar
ilanın ağ olanlarıdır ,bunla bağlı ayrı bir yazım olacaq onsuzda. İYİRMİ BİR “Əri
döyən arvada it hürər „ yenə
zavallı qadınlar.BU atalarımız niyə belə xanımlara qarşı pessimist olub
axı..Yazıq arvad zorla getdiyi ər evindən atılıbsa ölməlidimi atam ?!Varya mən
xanım olmalıymışamee bunu hər gün bir az dahada anlayıram.Qadın olsam elə
Müdafiə edərdim öz cinsimi !!hara baxıre bu Qadınlar.Niyə cavabını vermir bu
Ataların!!İYİRMİ İKİ Və ÜÇ “ayagini yorganina göre
uzat”“Başın girməyən yerə
burnunu soxma” İkisidə səhvdi ! bu mənim keçən dəfəki fofobi yazımla
əlaqəlidi bir növ.ayağımı yorğanıma görə uzatsaydım burnum girməyən yerə başımı
soxmasaydım indi mən MƏN olmazdım..heçnə bilməzdim.. İYİRMİ DöRT“Ey öz-özünü bəyənən, qoy səni el bəyənsin” Səəəəhvdii !!!! Bu söz
məhv edir məni mailimə gələnlərdən biridə buna oxşar idi .ayə mənim nəyimə
gərək kimsə bəyəndi bəyənmədi?onlar məni məndən yaxşı tanıyır?Heç atamda
bilmirki mən yaxşıyam ya pis.Ətrafımdakı insanlarda bilirki mən MƏNƏM MƏNƏM
deyənlərdənəm)) xalq nə deyir desin..o xalq vaxt vardı Fredrixidə bəyənmirdi
Nooolu bəs atam?! İYİRMİ BEŞ Işləməyən dişləməz- ama işləyəninkindən dişləyər..İYİRMİ ALTI “Dostunu göstər deyim sən
kimsən”- ya mənim baxdığımvə oxuduğum bütün filmlər kitablardakı doktor – psixi
xəstə arasındakı dostluq səhvi uydurmadı yada bu cümlə..İYİRMİ YEDDİ “Yerin
də qulağı var” bəlkə Rəhmətli Şaban demişkən bu söz belə olmalıydı “ aramızda
casuslar ola bilər))” İYİRMİ SƏKKİZ “Gülmə qonşuna gələr başına”
onda mən indi gərək Ateist olaydım)))zuhahaha))İYİRMİ DOQQUZ “Çayı keçməmiş
hop demə” yaxşıye ta.ciddisən?onda bəs ümidlərim?mənim sönməz
işıqalarım?dualarım?tam tərsi tulllanmamış tullanmış kimi əmin olmaq lazımdi
ürək-dirək məsələsi OTUZUNCU və ən nifrət etdiyim söz- “Bir şeyi
bilirəmki HEÇnə bilmirəm!” sokratdan heç gözləməzdim belə söz.Guya bu söz
nisbəti göstərməkçün deyilibki yəni hər dəfə bir şey öyrənəndə görürsənki sən
həqiqətəndə AZ bilirmişsən yoxsa heç bilmirəm demək səhvdi məncə....OTUZ BIR “ ya olduğun kimi Görün Yada Göründüyün
kimi ol” birinci hissəsi tamamən yalnış fikirdir heç bir kəs olduğu kimi
görünə bilməz!!bunu istəsədə edə bilməz !!etsədə bu onun daxili gözlər önünə
sərəki heç birimizində içi gözəlliklər diyarı deyil,qısası bu səhvi edən bir
kəs sadəcə özünə zərər edər .Əminən ki 30 sözün heç birini qəbul etməyənlər
olacaq çünki illər boyu beyninizdə paslanıb qalıb bu düşüncələr.etiraz etmək
isətəyirsiz mənə ??əvvəlcə öz düşüncələrinizə bir dönüb bbaxın ondan sonar mənə
çatarsız !!Risk edin Adət ənənələri silib atın bir tərəfə !! onların heçdə
hamısı doğru deyil !!əmin olunki yaşamın iki hədəfi var– istədiyin hədəfi əldə
etmək və əldə etdiyinin dadına baxa bilmək,yalnızca ən ağıllı insanlar ikincini
tətbiq edə bilər sizdəəldə edə bilərsiz
dada bilərsiz əmin olun !! keçin çayın bu tərəfinə mən keçirəm başlamışam,yol
uzundu 19 ildi hələ keçə bilməmişəm ama hələki gec deyil ayrılın bu toplumsal
fikirlərdən !! bu dünyanı bu toplum qurmayıb !! nəyə görə onlara qulaq verəsiz
!!Allah var !...ondan başka kimsənin yoluyla getməyə məcbur deyilsiz !!Bu yolda
dostlar sevgilər yalan ola bilər ama sizdə kəmərinizi Koroğlu kimi möhkəm tutun
aldanmayın Bernard mükəmməl deyib Bir kimsə məni birdəfə aldatsa ona təəssüflər
olsun ama 2ci dəfə aldatsa mənə təəssüflər olsun haklıdıda !!!! təsirli sözlər
bilmək istəyirsiz??onda buraxın bu yalan sözləri kimliyi bilinməzlərin yazdığı
cümlələri gedin Sokratlar,Fredrixler,Freudlar,Heroklitoslar
oxuyun,anlayın,bilin, öyrənin, söylənin və sındırın !!
Çirkabdan çıxln !!Bizə dedilərki “ Çirkaba
Daş atma üzərinə sıçrar!” bizdə bu sözü bir hikmət zənn edib atmırıq LAkin
Çirkaba daç atılmalıdır həm də doluncaya, yox edilincəyə ortadan vucudları
qaldırılıncaya qədər daç atılmalıdır mümkün qədər böyük daşlar atılmalıdır !!
qayalar Yuvarlatılmalıdır !!! haklıyam !! çıxın QININIZDAN!!! MƏHKUM DEYİLSİZ
!!sağolsun Hüseyinzadə…sürü halında yaşayıb elədə öləcəksiz??ok elə olsun ama
unutmayın HƏYAT BİR DƏFƏ VERİLİR..Ataların zarafatlarıyla yaşamayın bu həyatı…
P.S- Aranızda
filolog falan varsa etiraz etsin görüm mənim qarşıma cıxa biləcək qədər
qüdrətlidirmi))Hə birdə KLEO on birinci sözü oxuyanda əsəbləşmə haa))
İnsanlar
3 cürdür-sayı saya bilənlər və bilməyənlər !!!...
Bilirsen? Eslinde senle raziyam HEYAT BIZE BIR DEFE VERILIR onu ele yasamaliyiq ki hec olmasa qocalib arxaya baxanda nese yadda qalan bir yaxsi xatiremiz olsun. Amma adet eneneni silib bir kenara atmaq deyirsen, bu mumkun deyil axi. Onda gerek her seyimizi silib ataq, Atamizi, anamizi ne bilim yaxinlarimizin hamisini. Cunki onlar bize adet- enene ile hereket etmemizi detirler.
Çox fikirlərinlə razıyam,amma bezilerilə razı deyiləm.Meselen Vetenle bağlı olan fikirlərinlə.Her şey lazımdı amma Veten her şeyden öncedi.Çoxsu deyə bilər Vətən mənimçün nə edib və yaxud nə verib.Amma Veten bize verilən ən böyük nemetdi.
Bəzi sözlərinə qatılıram üstünə basaraq deyirəm ha bəzilərinə....Atalar sözlər ümumi deyilir yəni ola bilsin bəzən tutmasın bu o demək deyil ki, səhv fikirdi...Çkdiyin misallar düzdü üstünə düşür amma mən də misal çəksəm haqsız olmayacam necə deyərlər hərənin bir düşüncəsi öz meydanında haqlıdır.
Xancano, bunlar düşüncə tərzlərində özlərinə yer eləmiş məsələlərdi, dövrünə görə aktuallıgını itirən bəzi şeylər kimi inan ki bir çoxları özünü çoxbilmiş göstərmək üçün məna fərqinə və yerində deyilməsinə baxmayaraq həmin sözlərdən boluca istifadə edir onların hamısının məntiqsiz olmasını demək düz olmaz, amma onlardan bəziləri artıq dəyərini itirib, sənin misal çəkdiklərinin içində onlar aydın göstərilib ` "Səbir acıdır ama meyvəsi dadlı olur və səbir ümüd etmə sənətidir.." məgər səbrimizin yaşı 15 ildən artıq deyil ? amma hələ də bar vermir ki vermir
"“ayagini yorganina göre uzat” " ən sevmədiyim sözdü, axı niyə görə, bəlkə mən elə istəmirəm, böyük arzulardan böyük nailiyyətlər əldə olunur, niyə də arzumu reallaşdırmayım, kasıbam deyə ?