Darıxıram dostlar ama bu dəfə dərdim nə dövlətdi nə millət..Keçmişimdən
ötrü darıxıram…. Qayğısız, şən günlərin həsrətindəyəm... 31 may..məni
cox şeydən ayırdı..O zəng məni məndən ayırdı….
Yoxdu yoxdu
yoxduuu artıq nə sinif otağı, nə üstü cızılmış partalar, nə o
müəllimlərin səmimi çöhrələri, nə də qayğısız günlər var. Hər şey
bitib..darıxıram bəlkədə darıxmağıma səbəb yeni günlərin məni qani
etməməsidi ama yox yox səbəb o deyil səbəb məsuliyyətdir məncə hamı
kimi mənədə həyat məsuliyyəti çətin gəlir
Elə belə şey deyil,
insan həyatında mühüm bir mərhələni bağlayıb, yeni bir mərhələnin
qapısını açır. Bu vaxta qədər hamı bərabər idi, hamı eyni qayğı ilə,
eyni ağrı ilə, eyni məsuliyyətlə yaşayırdı. Hamımızın bir dərdi vardı:
dərsə hazırsan, ya yox? Bundan sonra qayğılar da fərdiləşdi, ağrılar
da, məsuliyyət hissi də. İmkanlılar özünə uyğun yer-yurd təmin edirlər,
kimi universitet qapılarına üz tutur, kimi PAPANIN GÜL BALASI, kimi də
artıq ailənin dolanışığına yardım etməli olduğunu anlayıb, özünü
oda-közə vurur. Dünən hamı bir boyda, bir rəngdə, bir yerdə idi, bu gün
fərqli-fərqli ünvanlarda fərqli-fərqli qayğılarla, fərqli-fərqli
ağrılara yaşayır….Məktəb vaxtı ordan qurtulmaq dünyaya açılmaq
istəyirdim..qurtuldum ama bo.una tələsirmişəm,gərək bollluca dadını
cıxaraydım məktəbin…Darıxıram…bəzilərinə bu acizlik iradəsizlik kimi
gələ bilər ama tam tərsinə bu nə acizlik nə iradəsizlikdir.. buna
XATİRƏ deyirlər….
Adətən, həyatda qazananlar keçmiş üçün
darıxmırlar, onlar üçün hər şey gələcək deməkdir. Daha da irəliyə
getmək, daha da çox qazanmaq üçün çırpınırlar. Keçmiş dostlar da onlar
üçün nə vaxtsa oxuduqları bir kitabın solğun personajı kimi xatırlanır.
Gedirəm yenə bu torpaqlardan kövrəlirəm... yenə uzaqlaşıram səndən məktəbim....
Məktəb illəri..Amma bu bir qanundur və heç nəyi tutub saxlamaq mümkün
deyil Bir zəng bizi bir həyatdan ayırdı, məktəb həyatından. Amma
qarşıda yeni mərhələlər var. Yeni mərhələləri sentimental duyğularla
açmaq uğursuzluqdan başqa bir şey vəd eləmir. Bütün dostluqları
könlümüzün uca yerinə yazaq. Sabahla bağlı qərarlarımızı ciddi
ölçüb-biçək və istədiyimizə nail olmaq üçün gərəkli şərtləri yerinə
yetirək
İllər uzunu bu günün ayrılığını unuda bilməyəcəyik. Bu
günün xatirələri qalır həm yaddaşımızda, həm də unudulmaz yadigarlar
arasında. Şəkillər çəkilir, xatirə dəftərləri yazılır. Bir-birinə pay
verirlər gənclər….Coxumuz ağlamışıq etiraf edək….ama hələdi içdən içdən ağlayanlarımızda var, və məndə o kategoriyadayam ….
Yazar: Xancan Kərimov | Əlavə edən: NEON (2008-10-14)
| Müəllif: Xancan Kerimov
Xancan cox yaxshi yazmisan o zeng bizi usaqligimizdan ayirdi... Bilirsen nece darixiram mekteb illerim ucun bir daha mekteb oxumaq wansim olsaydi her seyi bashqa cur ederdim amma teessufki o gunler geri qayitmir. Bextiyar Vahabzade demishken kecen gune gun catarmi calasanda gunu gune& her gunun oz okmu var onu istediyiniz kimi yashayin bir daha qayitmayacaq cunki... Birdeki o zeng meni hen usaqligimdan ayirdi dostlarimdan, sinifimden, nuellimlerimden ayirdi hemdeki dunyada en cox istediyim insandan nenemden ayirdi... o lenete gelmish gun hami sevinende men oturub aglayirdim... Son zengi bele gorenmedim o zengi bele duyanmadim o gunle bagli hec yaxshi xatirleremim yoxdu