Yenə gül çiçək forumlarımızın birində
dəyərli istifadəçilərin cinsi azlıqlar barədə müzakirəsini gördüm,çox
ama heçdə təəccübləndirici deyilki dar düşüncəli fikirlər dolub daşır.
cinsi azlıqlar barədə ya heçnə bilmirlər yada biləndə bilirsədə təhşisi
səhv qoyur sanki düşman kimi baxır ama əslindəysə hər şey kənardan
görüldüyü qədər sadə deyil..Bu insanlar haqda fikirlər tamamən səhv
yönəlib.. Fahişəlik və cinsi azlıqlar problemi bu son vaxtlar ən DƏBDƏ
olan mövzulardı. Paytaxt sakinləri hər gecə saat 22.00-ni keçdikdən
sonra «Avropa» otelinin qarşısındakı mənzərəni yaxşı xatırlayarlar.
Amma artıq bir neçə aydır ki, belə «toplantı»lara rast gəlinmir. Öz
doğma məkanlarından didərgin düşüblər,bu əslində müsbət haldır ama
onları ordan uzaqlaşdırmaqla iş bitmir…
sübut olunub ki, seksual
azlıqlar psixi xəstə deyillər. Onlara qarşı heç nə etmək olmaz və lazım
da deyil. Çünki bu insan nə narkoman deyil, nə oğru, nə də qatil. Onu
Allah belə yaradıb və o da şəxsi həyatını bu cür yaşayır. Hətta onun
şəxsi həyatına müdaxilə də doğru deyil. Ümumi götürəndə isə bu insanlar
hamımız kimi normal iş fəaliyyəti ilə məşğuldurlar. Pul qazanırlar,
ailə dolandırırlar. Cinsi azlıqlar da normal insanlardır, hamımızın iş
yerində belə şəxslər ola bilər. Amma şəxsi həyatında kişi kişi ilə
yatır, qadın qadınla. Ancaq bizim cəmiyyət bunu qəbul etmək istəmir.
Çünki hamı belə düşünür ki, «qey» «Avropa» otelin qarşısına yığılan
insanlardır. Ora yığılanlar əslində sex biznessmenlleridir. MƏn bunu
alqışlamırıq və onlarla «28 May» metrostansiyasının ətrafına yığılan
qadın fahişələrin fərqi olmadığını düşünürəm
Bax gəlin bir
düşünək, o insanların əksəriyyəti faydalı işlə məşğul ola bilər. Lakin
onları «transseksual» olduqlarına görə heç yerdə işə götürmürlər. Ona
görə də bu şəxslər seksual xidmət göstərməyə məcbur olurlar.
Məlumat üçün deyimki, «transseksual» insanları ingiliscə «transgender»
adlandırırlar. «Gender» - cins, «trans» -dəyişdirmək deməkdir. Yəni bu
insanların əksəriyyəti cinslərini dəyişdirməyə meyllidirlər.O insanlar
kişi qiyafəsində doğulsalar da, iç aləmləri qadındır. Həyatda kişi kimi
yaşaya bilmirlər. Hətta cinsini dəyişdirə bilməyənlərin çoxu intihar
edir.Mənim bu yazımı oxuyan hamı kim bilir haqqımda nə düşünəcək ama
mənim dərdim bilsiz nədir? Hamı deyirki “ONALRI YANDIRAQ ÖLDÜRƏK MƏHV
EDƏK” bu taməmilə CAHİLLİKdən irəli gəilr !!! . Bu insanlarla işləmək,
normal davranmaq lazımdır. Axı onlar da bizim cəmiyyətin üzvləridir
Söhbət bu işi biznese çevirənlərdən getmir !! doğuşdan transseksual
olanlardan gedir !!! cəmiyyət azlıqlara, çoxluqlara ayrılmasın və bütöv
cəmiyyətdə hərənin öz şəxsi həyatını yaşaması mümkün olsun.
Əslində azlıqlara cəmiyyət neqativ yanaşır və onları qəbul etmir.
Seksual azlığı ataq bir kənara. Məsələn, bir nəfər vergili doğulur.
Yəni o, insanın hansısa əlamətlərindən gələcəyini görə bilir və bunu
deyir. Amma hamımız buna şübhə ilə yanaşırıq, deyirik ki, yalan deyir,
belə bir şey ola bilməz. Hətta onunla salamlaşmağı, münasibət qurmağı
çoxlarımız özümüzə yaraşdırmırıq. Şair var ki, istedadı bütün dünyanı
silkələyir, lakin yaşadığı cəmiyyətdə onu qəbul etmirlər, yalnız
öləndən sonra qiymətini verirlər. Cəmiyyət belədir, növündən asılı
olaraq azlıqlar qəbul olunmur!!! cəmiyyət azlıqlara, çoxluqlara ayrılmasın və bütöv cəmiyyətdə hərənin öz şəxsi həyatını yaşaması mümkün olsun.
Məlumatı olmayan insanlara xatirlatmaq istəyirəm ki,körpə doğulanda 46
cüt xromosomda qız hormonlarının sayı artqığına görə oğlanda qızlaşma
prosesləri gedir və son nəticədə o homoseksuala çevrilir. Əgər
valideyn uşağının elə kiçik yaşlarında homoseksual olduğunu görürsə nə
etməli ? bunu bilmirəm nəqədər doğru olar ya yox ama uşağın cinsini
dəyişmək variantıda var. Ama qaldıki bu işi biznese çevirənlər hə
onlara qarşı tədbir görülməlidir həmdə necə !!!Maraqlıdır bu işləri pul
üçün yox kef üçün edənlərdə var..Məsələn mənim qeyri-rəsmi ,yəni belə
deyək ordan burden eşitdiklərim arasında ELTON Con
,Rooney,Şekspir,Fatih Yürek, yada bizim MİLLİ MƏHSULUMUZ olan Samir
Bagırov hə bax belələri artıq insanlıqdan çıxmış varlıqlardı və tədbiri
görülməlidir..
P.S -- Bir daha qeyd edirəmki anadan gəlmə belə doğulan insanlarla biznesl xətrinə bu işi görənləri qarışdırmayaq !!! P.S -- Yazımı
oxuyan hər hansısa bir kəs “Bu nə mövzudur” deyə düşünürsə,tək
deyəcəyim yuxarı tərəfdə sağda qırmızı fonda olan X işarəsinə klikləsin
!! Bura açıq forumdur və istənilən mövzu müzakirə edilə bilər Bunlar
həyat həqiqətləridir..,bəyənməyən şərh yazmasın yazanda doğru dürüst
samballı bir şərh yazsın.