Allah
- Bütün varlıqları yaradan və ümumilikdə idarə edən
ilahi Varlıq.Sözün özü “İlah”dır.İlah
sözü nəzərdə tutduğumuz Allah - yaradan, yaşadan, yardım
edən, ən uca ən böyük və s. kimi mənaları özündə
əks etdirir. Bismillah
- “Allahın adı ilə” yaxud “Allahın istəyi ilə”
deməkdir.Yola çıxdıqda, evə daxil olduqda, yeməyə-içməyə
başladıqda, kitab oxuduqda, yataga uzandiqda, hətta cinsi əlaqəyə
girdikdə belə əvvəlcə “Bismillah” demək bütün
işlərdə Allaha sığınmaq, onu özünə arxa, yardımçı,
dayaq bilməkdir. Əl-Həmdülillah
- “Bütün təriflər Allaha məxsusdur”
deməkdir.Yemək yeyib yaxud su içib bitirdikdə, səfərdən evə
döndükdə və ya hər hansı başqa bir işi sona yetirdikdə
müsəlman olan hər bir şəxs bu imkanları ona bəxş edən Allahını yad
edib “Əl-Həmdülillah” deməlidir. Maşallah - Bu ifadə “Allahın istədiyi kimi olmuş” mənasını verir. İnşallah-
Bu ifadə “Allah istəsə”, “Allahın istəyi ilə”
deməkdir.Hər hansı bir işin nəticəsi haqqında gələcək planlar barəde
danışdıqda bu ifadəni söyləmək lazımdır.Bu sözü
söyləməklə insan hər şeyin yalnız Allahın izni ilə baş verdiyini
bir daha təsdiqləmiş olur.Belə ki, istisnasız hər bir iş məhz Allahın
əlindədir.İnşallah bu mövzunu oxuyandan sonra siz də bu ifadədən
tez-tez istifadə edərsiniz.
|