Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə, 2024-05-01, 19.56MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2009 » İyul » 30 » DÜNYANIN 100 BÖYÜK ŞƏHƏRİ silsiləsindən:LONDON
DÜNYANIN 100 BÖYÜK ŞƏHƏRİ silsiləsindən:LONDON
09.12
 
 
London
Britaniya krallığının mərkəzi sayılan London XIX əsrdən başlayaraq dünyanın müxtəlif ölkələrindən çoxsaylı insan axınına məruz qalsa da, şəhərdə o dövrdə yalnız iki və üç mərtəbəli binalar tikilirdi. XX əsrin əvvəlindən etibarən paytaxt əhalisinin sayının ildən-ilə artmasına baxmayaraq, şəhər təzə qaydalarla çətinliklə ayaqlaşırdı. Yaxşı məlumdur ki, ingilislər xasiyyətcə həmişə mühafizəkar olublar, indi də adət-ənənələrə hörmətlə yanaşırlar. Lakin London sakinləri bəzən varlı şirkətlər qarşısında təslim olurdular. Keçən əsrin ortalarına qədər şəhərin hər bir nöqtəsindən öz hündürlüyü ilə nəzərləri cəlb edən, ser Kristover Renin layihəsi üzrə tikilən məşhur Müqəddəs Pavel məbədi indi «Barbiken» göydələnləri arasında görünməz olub. Hər halda, London küçələrini Nyu-Yorkun Manhettendəki nəhəng binaları ilə müqayisə etmək olmaz. «Barbiken» layihəsinin müəllifləri amerikalı həmkarlarından fərqli olaraq, müharibənin törətdiyi dağıntılardan sonra da Londonun kvartallarında çoxsaylı hündür binaların inşa olunmasını istəmirdilər. Lakin o faciəli illərdən sonra ucaldılmış «Şell», «Vikkers» şirkətləri, «Deyli Miror» redaksiyası və digər çoxmərtəbəli kontor binaları, ofislər nəhəng Uoll-stritə bənzəmirdi. Hazırda Londonda təzə inzibati binanın tikilməsinə razılıq almaq müşkül məsələdir. Yerli hakimiyyət orqanlarının qoyduğu məhdudiyyətlərə görə, paytaxt şəhərdə tikintinin aparılmasına çox ciddi nəzarət olunur və torpaq sahəsinə də sərt və kəskin limit qoyulub. London sakinlərini kədərləndirən bir şey varsa, o da, boş ərazinin yoxluğudur. Buna görə də London öz tarixi simasını dəyişmir. Britaniya adalarının ən böyük şəhəri olan London iqtisadi və nəqliyyat xətləri üzrə bələdiyyə rayonlarını, ətraf 32 şəhər və Siti də daxil olmaqla, özündə birləşdirir. Ərazisi 1800 kvadratkilometr, əhalisi 7,4 milyon (2005) nəfərdir. Londonun Siti adlanan ərazisi bu günə kimi aparılan beynəlxalq valyuta hesablamalarının ən böyük mərkəzidir. Bu əməliyyatlar və əldə edilən gəlirlər sayəsində London inkişaf etmiş və dünyanın ən varlı şəhərinə çevrilmişdir. Demək lazımdır ki, londonluların daha çox sevdiyi qədim tikililər və meydanlar - Vestminster sarayı, Vestminster abbatlığı, Travalqar meydanı, Mell, Karlton Xauz-terras, bir çox magistralların qovuşduğu Pikadilli, Lester-skver, onları əhatəyə almış məşhur Nayd-park və Ridjent-park klassik memarlıq layihələri hesab edilir. Amma yuxarıda adıçəkilən yerlərdə qiymətlər baha olduğu üçün orada yaşayanların sayı çox azdır. Orta səviyyəli londonluların məskunlaşdığı kvartalları ötən əsrin əvvəllərində sıra ilə tikilmiş iki və üç mərtəbəli binalar təşkil edir. Kraliçanın yay iqamətgahı - Vindzor qəsri də bu ərazidə yerləşir. Yay aylarında bura turistlərin böyük axını başlayır.
 
 
 
London haqqında bilgilər
London qraflığı əhalisinin sıxlığına görə Britaniyada birinci yeri tutur. Etnik cəhətdən Londonun əhalisi çoxmillətlidir. Qədim dövrlərdən burada məskən salmış britt tayfalarından əlavə, bu ərazidə irlandlar, müxtəlif millətli mühacirlər qrupu, habelə uelslilər və şotlandlar yaşayır. XIX əsrin sonlarında Londona yəhudilər, ardınca Aralıq dənizi sahili ölkələrindən, həmçinin Avstraliya və Çindən köçkünlər gəlməyə başlayıblar. 1950-ci ildə isə Hindistandan gələn çoxsaylı mühacirlər burada məskən salıblar. Göründüyü kimi, London kosmopolit və çoxmillətli əhalisi olan şəhərdir. Sakinlərinin 3%-ni müsəlmanlar təşkil edən Londonun qədim və maraqlı tarixi var. B.e. əvvəl 43-cü ildə Britaniya adalarını işğal edən Roma imperiyası qədim keltlərin yaşadığı ərazidə hərbi düşərgə salır, sonra bu yerə Londinium adını veriblər. Romalıların ilk vaxtlar Temzanın şimal sahilində, körpünün yanında saldıqları balaca şəhərcik 142 hektar sahəni əhatə edirdi. Yüksək templə inkişaf edən London qısa zaman kəsiyində ölkənin böyük şəhərinə çevrildi. Lakin 410-cu ildə Roma imperiyasının süqutundan sonra London haqqında yalnız VII əsrə aid olan salnamələrdə verilən məlumatlara rast gəlmək olar. Bundan sonra da London şəhəri müxtəlif illərdə xarici qəsbkarlar tərəfindən dağıntılara məruz qalıb. 1616-cı ildə isə Londonda baş verən böyük yanğınlar nəticəsində 80 kilsə, o cümlədən Müqəddəs Pavel məbədi tamamilə yanıb kül olmuşdu. Bir neçə il ərzində yenidən tikilən London başqa görkəm aldı. 50 kilsə klassik üslubda tikildi, «Müqəddəs Pavel» məbədinin üstündə təzə günbəz ucaldıldı. 1707-ci ildə İngiltərə ilə Şotlandiya birləşəndən sonra London Böyük Britaniya Krallığının paytaxtı oldu. XIX əsrin birinci yarısında London daha da genişləndi. Bunun nəticəsində avtonəqliyyat, elektrik qatarları və təzə metro xətləri yarandı. 1919-cu ildən 1939-cu ilə kimi London ətraf şəhərlər hesabına beş dəfə artdı. 1939-1945-ci illərin İkinci Dünya müharibəsi 300 min londonlunun ölümünə və böyük miqdarda binaların dağılmasına səbəb oldu.
 
Muzeylər və beşulduzlu hotellər
Müharibədən sonra aparılan quruculuq işləri İngiltərə paytaxtının klassik görkəminin müəyyən dərəcədə itirilməsinə səbəb oldu. Buna baxmayaraq, elm və maarifin mərkəzi sayılan London ölkənin mədəni həyatında böyük rol oynayırdı. Burada London Kral Cəmiyyəti (1660), Universitet (1836), Britaniya akademiyası (1901), Kral İncəsənət Akademiyası (1920) fəaliyyət göstərir. Salamat qalmış muzeylər və təzə tikilən, hazırda varlı ərəb şeyxlərinə məxsus olan beşulduzlu hotellər xarici qonaqların bu şəhərə axınını gücləndirir. Bundan əlavə, onlarca iri teatr, konsert salonu, kinoteatr daim sənətsevərlərin üzünə açıqdır. Məşhur «Old-Bik» teatrının yaxınlığında şəhərin ən böyük konsert zalı - «Röyal - Festival - Holl» yerləşir. London 1908-ci ildə IV və 1948-ci ildə XIV Olimpiya oyunlarına ev sahibliyi edib. İndi isə 2012-ci ildə keçiriləcək möhtəşəm Olimpiya oyunlarının hazırlığı ilə məşğuldur. Paytaxtın mərkəzində çoxsaylı qədim memarlıq nümunələri və tarixi abidələr toplanıb; Müqədds Pavel məbədi, Manşen-Xaus (şəhər bələdiyyəsinin iqamətgahı), Giild-holl (Ratuşa), Tauer və Böyük yanğının (1661) qurbanlarının xatirəsinə ucaldılmış 61 metr hündürlüyü olan monumental abidə. Burada XVII və XVIII əsrlərdə tikilmiş kilsələrə rast gəlmək olar. Keçmiş London həbsxanasında hazırda işgəncələr muzeyi yerləşir. Tauerdə Britaniya tacına məxsus xəzinə saxlanılır. Trafalqar meydanında admiral Nelsonun şərəfinə heykəl qoyulub. Onun yaxınlığında Milli şəkil qalereyası və Britaniya Admirallığının binası yerləşir. Qeyd etmək lazımdır ki, Londona gələn xarici turistləri daha çox maraqlandıran İngiltərə Krallığının iqamətgahı olan Bukingem sarayı və Parlament meydanındakı paytaxtın simvolu sayılan Biq-Ben qülləsidir. Ondan bir qədər aralıda Britaniya Krallığının tacqoyma mərasiminin keçirildiyi yer - Vestminster abbatlığı seyrçilərdə gözəl təəssürat yaradır. Burada görkəmli dövlət xadimləri, yazıçı və alimlər dəfn olunublar. Abbatlığın yaxınlığında Parlamentin rəsmi kilsəsi hesab edilən Sent-Marqaret dövlət xadimlərinə xidmət göstərir. Göründüyü kimi, London mədəniyyət ocaqlarının və tarixi abidələrin sayına görə, bəlkə də dünyada ən zəngin şəhərdir. Viktoriya və Albert muzeyi, elm və təbiətşünaslıq muzeyləri və Kral coğrafiya cəmiyyətinə gələnlər çox böyük təəssüratla buradan gedirlər. «Olimpiya» sərgi zalı və Qrinviç sarayı həm yerli tamaşaçıları, həm də xarici qonaqları öz möhtəşəmliyi ilə valeh edir. Qeyd edək ki, bu, mədəniyyət ocaqlarının tam siyahısı deyil.
 
London həm də sənaye mərkəzidir
London şəhəri, eyni zamanda, ölkənin iri sənaye mərkəzidir. Burada elektrotexnika, radioelektronika, maşınqayırma, avia, avto, cihazqayırma, gəmi təmiri zavodları, telefon və radioaparatlar və digər sənaye məhsulları istehsal edən müasir texnologiyaya malik çoxsaylı müəssisələr var. Bunlardan əlavə, kağız, poliqrafiya, tütün, ərzaq, toxuculuq, kimya və mebel sənayesi çox inkişaf edib. Avropada ən qədim metro Londonda 1863-cü ildən işləməyə başlayıb. Paytaxt əhalisinin məişət və ticarətinin daha səliqəli və abadlaşmış ərazisi Uest-End hesab olunur. Azərbaycanın turizm həvəskarları yəqin ki, dünyanın möhtəşəm şəhərlərindən biri olan Londona qiyabi olaraq «Oralar» teleserialı vasitəsi ilə səyahət ediblər. Şübhəsiz ki, yaxın gələcəkdə ölkəmizin turistləri də İngiltərənin paytaxtı Londona səyahət edib, əyani surətdə onunla tanış olmaq imkanı əldə edəcəklər.
 
Category: Ordan-burdan | Views: 1014 | Added by: mehriban-p | Rating: 5.0/1
Total comments: 3
2009-08-01
3. Kenan (NEON) [Giriş ]

rumpeltelskin ele yaxsi is olar ki)

2009-07-30
2. nazimi (clumsy) [Giriş ]

əlaaa.sag ol mehri.superrr.

2009-07-30
1. rumpeltelskin (Rumpeltelskin) [Giriş ]

sağol Mehri smile növbəti şəhərlərdən birini mən hazırlayacam

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024