Main » 2009»May»17 » Eurpvision 2009-da Azərbaycan 3-cü oldu
Eurpvision 2009-da Azərbaycan 3-cü oldu
11.29
Final gecəsini rus müğənni Alsu və məşhur teleaparıcı İvan Urqan idarə ediblər.
Finalda Türkiyə, Portuqaliya, Malta, İsveç, Finlandiya, İsrail, Bosniya-Herseqovina, Rumıniya, İslandiya, Ermənistan, Azərbaycan, Xorvatiya, Ukrayna, Litva, Albaniya, Moldova, Danimarka, Estoniya, Norveç və Yunanıstan yarışıb.
Azərbaycan təmsilçiləri Aysel Teymurzadə və Araş 11-ci səhnəyə çıxıblar.
İştirakçılar performanslarını nümayiş etdirəndən sonra Beynəlxalq Kosmik Stansiyadan səsverməni açıq elan ediblər.
Səsvermədə iştirak edən ölkələrdən Çexiya Azərbaycana 10, İsveç 8, Fransa 1, İsrail 6, Rusiya 7, Çernoqoriya 6, Bolqarıstan 8, Litva 5, Yunanıstan 8, Bosniya və Hersoqovina 3, Ukrayna 10, Türkiyə 12, Albaniya 4, Serbiya 4, Kipr 8, Polşa 6, Niderland 10, Estoniya 7, Xorvatiya 10, Rumıniya 4, Danimarka 8, Moldova 10, Ermənistan 1, Macarıstan 10, Norveç 10 xal verib.
Azərbaycan isə 12 xalını Türkiyəyə göndərib.
Yekun nəticəyə görə, müsabiqənin qalibi Norveç təmsiçisi Andrey Rıbak, ikinci yerin sahibi İslandiya, üçüncü yerin sahibi isə Azərbaycan olub.
Qeyd edək ki, bu ilki müsabiqədə 42 ölkə iştirak edib. Həmin ölkələrin 20-si mayın 12-də və mayın 14-də keçirilmiş yarımfinallardan finala vəsiqə qazanıb. Beş ölkə isə birbaşa finalda iştirak edib. Gələn il “Eurovision-2010” müsabiqəsi Norveçdə keçiriləcək. Müsabiqənin I yarımfinalının mayın 18-də, II yarım finalının mayın 20-də, finalın isə mayın 22-də keçirilməsi qərarlaşdırılıb.