Main » 2009»Aprel»23 » Azərbaycan Silahlı Qüvvələrinin əsgəri şəhid olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri şəhid olub.
19.47
Azərbaycan Müdafiə Nazirliyinin Tərtər rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin əsgəri ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. Əsgərin qardaşı Vüqar Quliyevin ANS PRESS-ə verdiyi məlumata görə, 19 yaşlı əsgər Cavanşir Quliyev aprelin 21-də Tərtər rayonu ərazisində güllə yarası alaraq şəhid olub. C. Quliyev bu il yanvarın 3-də Bakının Əzizbəyov rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. O, bu gün saat 15.30-da doğulduğu Şüvəlan kəndində dəfn olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə onlarda bu barədə məlumatın olmadığı bildirilib.
Bunu əvvəldə yazmışdım.Bunu hər gün eşidirik. Həmişədə uşaqlar şəhid olur.19 yaşındakı uşağın sərhəd bölgəsində nə işi var? 19 yaşında uşaq heç bəlkə ömründə heç silah görməyib.