Azərbaycan Ordusunun daha bir əsgəri 1989-cu il təvəllüdlü Cavid Eynulla oğlu Süleymanov şəhid olub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, əsgər bu gün Ermənistan silahlı qüvvələrinin Füzuli rayonu istiqamətində atəşkəsi pozması nəticəsində həlak olub.
Qeyd edək ki, Erməni Ordusu bu gün saat 12.00 radələrindən etibarən Füzuli rayonunun Qaraxənbəli kəndində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutub. Şəhid olan əsgər 2008-ci il yanvar ayında Oğuz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdı. O, Oğuz rayonunun Filfilli kəndində anadan olub.
Allah rəhmət elsin!
|