1. Bir amerikalı çox bahalı və nadir tapılan siqar alır. Onlar
o qəfər bahalı və nadir olur ki, o hətta onları sığorta da edir, eləcə
də yanğından. Bir müddət sonra bu siqarları çəkib qurtaran bu şəxs
sığorta şirkətinə müraciət edib, kompensasiya istəyir. Bildirir ki,
sigarlar kiçik yanğın nəticəsində məhv olub. (yəni onları yandırıb
çəkməyi nəzərdə tuturdu). Sığorta şirkəti təzminat ödəməkdən imtina
edib. Amma məhkəməyə müraciət edən bu insan qələbə qazanıb və sığorta
şirkəti ona 15000$ ödəməyə məcbur olub. Çünki yanğından sığorta
bəndində sigarların hansı yanğından məhv olması bəndi qeyd olunmurdu.
Yəni onları çəkərkən də yandırıb çəkib deyə bu da yanğın sayılıb. Lakin
bu şəxs bu prosesi hec də sona kimi qazanmayıb. Ona 15000$ məbləğində
çek varilən kimi o həbs edilib. Sığorta olunmuş obyekti qəsdən məhv
etdiyinə görə. Cərimə 24 ay həbs və 24000$
2.
Detroiddə 2 nəfər oğru dükana daxil olurlar. Biri "Heç kim tərpənməsin,
yoxsa vuracam deyir." Bu zaman digər oğru kassaya tərəf hərəkət etmək
istəyir. Öz sözünə sadiq qalan həmkarı isə onu gülləylə vurur. Yaralını
polislər ələ keçirir.
3.
Amerikalı bir nəfər küçədə gəzərkən polis maşınına quraşdırılmış yeni
avadanlığın nümayiş etdirildiyini görür. Bu avadanlığın axmaq oyuncaq
olduğunu bildirir. Polislər avadanlığın işlədiyini sübüt etmək üçün
onun sənədlərini alıb avadanlıqdan məlumatlar almağa başlayır. Həmin
şəxs dərhal həbs edilir. Avadanlıq onun 2 il əvvəl baş vermiş silahlı
oğurluq törətdiyini göstərir.
4.
Mağaza oğurluğunda təqsirləndirilən şəxs məhkəmədə öz vəkilini qovub,
özü özünü müdafiə edəcəyini bildirir və bu onda doğurdan da yaxşı
alınır. Bu zaman məhkəməyə həmin dükanın meneceri olan xanım şahid
dəvət olunur və o, oğrunun bu şəxs olduğunu bildirir. Əsəblərini
cilovlaya bilməyən təqsirləndirilən xanımın üstünə hücüm çəkib onu
yalan danışmaqda günahlandlrlr. Lakin sözlərinə fikir verməyərək "Gərək
onda mən sənin boş başını güllələyərdim" deyir. Və bundan sonra həbs
edilir.
5. Məhkəmədə narkotikdən
istifadəyə görə təqsirləndirilən şəxs, polisin onun üzərində ordersiz
axtarış apardığını bildirir. Bu zaman hakim bildirir: "Polis sizin
üzərinizə nəzər salarkən ona elə gəlib ki, kurtkanızda silah var. Bu
halda isə ona order lazım deyil." Axmaqlıqdır-deyib təqsirləndirilən.
"Həmin anda mən indi əynimdə olan kurtkada idim. Alın baxın görün sizə
də elə gəlir?" Kurtkaya baxış keçirən hakim isə onun cibindən narkotik
tapır
6. Yüksək sürətə görə
radara düşən ingilis, bir müddət sonra poçtla radara düşmüş
avtomobilinin şəklini və 40 funt cərimə olunduğu barədə kvitnsiya alıb.
Cəriməni ödəmək əvəzinə isə o, 40 funtun şəklini çəkib poçtla polisə
yollayır. Cavabında isə daha bir şəkil alan bu şəxs dərhal cəriməni
ödəyir. Çünki polisdən gələn bu şəkildə qandal şəkli çəkilmişdi.
7.
Bank oğurlamaq istəyən bir nəfər Bank of Amerikaya daxil olub, bu
bankın blankına "Bu oğurluqdur, xəzinədəki pulları paketə qoyun." yazıb
növbəyə dayanır. Lakin növbədə dürmağa səbri çatmır və o, yaxınlıqdakı
Fargo Bankına gedir. Burada növbə az olur. O, blankı operator qıza
təqdim edir. Xanım isə belə bir oğrunun axmaq olduğunu anlayır və ona
bildirir ki, bu blank Bank of Amerikaya aiddir. Onlar bunu qəbul edə
bilməzlər. Ya bizim blanka yazın, ya da Bank of Amerikaya müraciət
edin. Məyus olan oğru bankı tərk edir. Bundan sonra həmin xanım dərhal
polisə zəng vurur və oğru, həbs edilir. Təsəvvür edirsiz harda? Bank of
Amerikada növbədə!
8. Bir xanım
maşınının oğurlanması barədə polisə şikayət edir və bildirir ki,
telefonu da maşında qalıb. Polis dərhal həmin nömrəni yığır və bu
maşını elanda gördüyünü, almaq istədiyini bildirir. Oğurladığı maşına
alıcı tapdığını düşünən oğru dərhal razılıq verir və görüş yerində həbs
edilir.
9. Mağaza oğurlayan şəxs
pulları aldıqdan sonra piştaxtadakı viskiyə gözü düşür. Viskini də
tələb edən oğru satıcıdan rədd cavabı alır. Səbəb kimi isə satıcı
oğrunun azyaşlı olduğunu bildirir. Təngə gələn oğru öz sürücülük
vəsiqəsini cığarıb satıcıya göstərir və viskini alır. Lakin tezliklə o
həbs edilir. Çünki satıcı onun adını, soyadını və yaşadığı ünvanı
polisə bildirir.
10. Cavan ana öz
oğluna məktəbdə polislərin nümayiş göstərməsi zamanı həbs edilir.
Narkotik axtaran itləri uşaqlara göstərən polislər gözlənilmədən xanımı
həbs edirlər. Çünki itlər onun çantasında narkotik tapırlar.