“Eurovision-2009” rəqs
müsabiqəsində Ermənistanı təmsil edən rəqqaslar Azərbaycana gələ
bilərlər. “İTV” telekanalının baş direktoru İsmayıl Ömərov “Eurovision”
rəqs müsabiqəsi ilə bağlı fevralın 11-də keçirilən mətbuat konfransında
belə deyib.
İ.Ömərov qeyd edib ki, əgər Ermənistan təmsilçisi müsabiqədə iştirak
edəcəksə, onların Azərbaycanda keçiriləcək “Eurovision” rəqs
müsabiqəsinə qatılmasında heç bir problem yoxdur.